Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3/2025 05.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçi Vəkil iştirakları ilə xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş 29 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəndə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək vurulmuş ziyanın bir misli məbləğində, yəni 513 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən şikayət verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmışdır. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08:21 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində “Chevrolet” markalı avtomaşını cızaraq Zərərçəkmiş şəxs 513 manat məbləğində maddi ziyan vurmuşdur. Sumqayıt ŞPİ-nin 1-ci PB tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş 1-ci PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək izahat verdi ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən “Səma” mebel mağazasında 22 ildir satıcı işləyir. Hər gün səhər tezdən işə gəldikdən sonra o, mağazanın qarşısını təmizləyir. Zərərçəkmiş şəxs dəfələrlə satıcı işlədiyi mağazanın qarşısında günlərlə özünə məxsus “Chevrolet Cruze” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlamış, mağazaya mal gələndə gediş-gəlişə mane olduğu üçün bir neçə dəfə Mübarizə irad bildirmişdir. Zərərçəkmiş şəxs isə onun iradlarına məhəl qoymayaraq avtomobili həmin yerdə saxlamışdır. 07 oktyabr 2024-cü il tarixdə saat 08 radələrində işə gəlmiş, Zərərçəkmiş şəxs “Chevrolet Cruze” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilini mağazanın qarşısında saxladığını görmüş, avtomobilin mobil telefonu ilə şəkillərini çəkmiş, lakin həmin vaxt onu cızmamışdır. Mübarizin dedikləri yalandır, ona şər atır. Qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş edir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, o, sözügedən mağazanın qarşısını hər gün müxtəlif saatlarda təmizliyir. İşlədiyi obyektin təhlükəsizlik kamerası vardır. O, təmizlik etməsi ilə bağlı məhkəməyə görüntülər təqdim edə bilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, avtomobilini bir neçə dəfə Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən “Səma” mebel mağazasının qarşısında saxlamışdır. 2024-cü ilin oktyabr ayında avtomobilinin yanına gələndə avtomobilinin qapısının, kapotunun cızıldığını görmüşdür. Şəxs iddia etdiyi kimi həmin gün təmizlik işləri aparmamışdır. Belə ki, hər gün təmizlik departamentinin işçiləri oranı təmizləyir, həmçinin həmin vaxt Şəxs əlində süpürgə və ya təmizlik alətləri olmamışdır. Əgər Şəxs həqiqətən avtomobilinə zərər vurmamışdırsa hadisə gününün görüntülərini nəyə görə onlara təqdim etməmişdir. O, qanuna uyğun formada icazə verilən yerdə avtomobilini saxlamış, Şəxs bildirdikləri isə həqiqət uyğun deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Bundan əlavə Zərərçəkmiş şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, çox güman hadisə günü baş verənlərin qeydə alındığı görüntülər Şəxs tərəfindən silinmişdir. Hadisənin baş verdiyi ünvanda digər obyektlərə məxsus kameralar mövcud olmuşdur. Avtomobilindəki izlərlə bağlı özündə də şəkillər vardır. Sığorta şirkəti ona daha əvvəl olmuş xəsarətlə bağlı ödəniş etmişdir. Hazırkı vurulan ziyanlar əvvəlki ziyanlardan fərqlidir. Ona dəymiş zərərin məbləği 513 manat təşkil edir. Avtomobilin ön sağ qapısı, ön sağ qanadı, arxa sol qapısı və ön sağ bufer hissəsində cızıq izləri vardır. Yolun qarşısında olan aptekin təhlükəsizlik kameralarında Şəxs avtomobilinə zərər vurması ilə bağlı görüntülər movcuddur. Məhkəmə iclasında müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Vəkil oğlu bildirmişdir ki, həm təhqiqatçı tərəfindən, həm də sahə rəisi tərəfindən aparılmış araşdırma natamam olmuşdur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsin avtomobilinə bu hadisədən bir müddət əvvəl də eyni avtomobilə ziyan dəymiş, bununla bağlı soğorta şirkəti zərərçəkmiş şəxsə sığorta ödəniş etmişdir. Hazırda mövcud görüntülərlə avtomobilə sözügedən xəsarətlərin məhz Şəxs tərəfindən yetirilməsini sübut etmək qeyri-mümkündür. İXM 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İş materiallarına əlavə edilmiş videogörüntülər və şəkillərdən müşahidə olunur ki, Şəxs yalnız avtomobili müşahidə edir, hər hansı ziyan vurmur. Həmçinin, zərərçəkmiş şəxs tərəfindən iddia edilən xəsarətlərin süpürgə ilə törədilməsi ilə bağlı qeyd etmək istəyirəm ki, inzibati araşdırma zamanı sözügedən xəsarətlərin məhz hansı vasitələrlə yetirilməsi araşdırılmamışdır. Bu sübutlarla Şəxs qeyd olunan inzibati xətanın törədilməsində təqsirli bilinməsi qanunaziddir. Qeydolunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt ŞPİ TŞ-nin təhqiqatçısı, polis mayoru Şamo Mehdiyev 17 oktyabr 2024cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, baş vermiş hadisədə cinayət tərkibi yaradacaq əsas və səbəblər olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 232-1-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə aidiyyatı üzrə tapşırıq verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş ziyan aktından görünür ki, “Chevrolet Cruze” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 513 manat məbləğində maddi ziyan dəymişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu küçəsi Məcburi Köçkünlər şəhərciyinin yanında yerləşən “Səma” mebel mağazasının qarşısına baxış keçirilmişdir. Hadisə yeri asfalt yolun sol tərəfində yerləşir. “Chevrolet Cruze” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qapısı və kapotu üzərində cızıq izləri vardır. Bundan sonra hadisə yerinə yaxın yerdə olan kameraya baxış keçirilmiş və Şəxs mebel mağazasından çıxaraq “Chevrolet Cruze” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdığı və ətrafında bir müddət qaldığı görünür. Məhkəmə iclasında diskə və fotoşəkillərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Şəxs mebel mağazasından çıxaraq “Chevrolet Cruze” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, önündə və sürücü qapısı hissəsində müvafiq olaraq 10 və 5 saniyə (təxmini olaraq) olmaqla dayanır. xx.xx.2024-cü il tarixli 3 (105)-542/2024 nömrəli Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən Sumqayıt ŞPİ 1-ci PB-yə hadisə gününə aid əlavə videogörüntü əldə edilməsi üçün sorğu göndərilmiş, lakin əlavə videogörüntü əldə edilməsi mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli 3 (105)-542/2024 nömrəli Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən "xxxx" ASC-yə müvafiq sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq dəmirçi, rəngsaz, armatur işi olmaqla ön sağ qanadın və ön bamperdə işlərin görülməsi qeyd edilmiş, cəmi zəhmət haqqı isə 280 manat müəyyən edilmişdir. Qeyd olunan zədələr, inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb olan cızıqlarla eynilik təşkil etmir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş videogörüntülərdən məlum olur ki, xx.xx.2024-cü il tarixində Şəxs avtomobilin qarşısına gələrək təxminən 10 saniyə dayanır, sonra sürücü qapısının yanında gələrək təxminən 5 saniyə dayanaraq avtomobilin arxa hissəsindən hadisə yerindən uzaqlaşır. Görüntülər uzaq məsafədən qeydə alındıqdan avtomobilin sonuncu tərəfindən cızılması öz təsdiqini tapmır. Həmçinin, zərərçəkmiş tərəfindən təqdim edilmiş avtomobildə olan cızıq hissələrini əks etdirən şəkillər Şəxs dayandığı hissələrlə tam eynilik təşkil etmir. Zərərçəkmiş şəxsla Şəxs aralarında ədavətin olması, sonuncunun avtomobilin yanından keçərkən hər hansı küt alətlə cızması ehtimalını yaratsa da, videogörüntü və Şəxs izahatı həmin halı təkzib edir. Bundan əlavə Şəxs tərəfindən təqdim edilən şəkildən məlum olur ki, xx.xx.2024-cü il tarixində saat 08.38-də ** HG *** d.q.n-lı avtomobilin ön hissəsinin şəkilini çəkmişdir. Qeyd olunan xüsusat da, videogörüntüdə olan Şəxs avtomobilinin qarşısında dayanmasının səbəbini izah edir. Şəxs Azərbaycan Respublikasının İXM-in 8-ci maddəsinə əsasən Şəxs həmin Məcəllənin 232-1-ci maddəsində təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “Chevrolet” markalı ** HG *** d.q.nlı avtomobilini cızan şəxsin müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi Sumqayıt ŞPİ 1-ci PB-yə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 114.1.4, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “Chevrolet” markalı ** HG *** d.q.n-lı avtomobilini cızan şəxsin müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi Sumqayıt ŞPİ 1-ci PB-yə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver