Məhkəmə qərarları › İş №3(060)-30/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-30/2023

16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-30/2023 16.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, qərardan şikayət vermiş X3, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin, polis kapitanı X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin inzibati tənbeh vermə haqqında 17 dekabr 2022-ci il tarixli TP ******* saylı qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, DYPŞ-nin 17 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarı ilə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata əməlində inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətində göstərmişdir ki, Sumqayıt şəhər DYPŞ-nin 17 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarı ilə o İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40,00 manat məbləğində cərimə olunmuşdur. DYPŞ-nin 17 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarından narazı olduğundan, aşağıda sadalananlara əsasən qərarı əsassız və qanunsuz hesab edir. Qeyd edir ki, həmin günü DYPŞ-nin yol Patrul Xidməti xx.xx.2022-ci il saat 12:20 radələrində Sumqayıt şəhəri, Niyazi küçəsi ərazisində olan işıqforun yaşıl işığını keçib sola dönmək üçün ondan solda başqa maşın olmadığı üçün sola dönmə işığını yandıraraqa qarşıdan gələn maşınları buraxmaq üçün dayandığı anda kəskin əyləc səsi eşidərək mersedec markalı maşın onun maşınının arxa sol qapısı tərəfdən zərbə ilə vurduğunu görmüşdür. Hadisə vaxtı arvadı 6 aylıq hamilə olan Babayeva Səadət arxa oturacaqdan sağ qapıya çırpılmış və ağladığı üçün o qabaqdan gələn maşınların yoluna çıxmamaq üçün arxaya maşınını çıxartmış və sol tərəf açılmadığı üçün sağ tərəfdən düşüb ona kömək etməyə çıxçış, bu zaman yoldan keçən Fazil adlı sürücüdən su alaraq yoldaşını sakitləşdirmiş və sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə xəbər vermişdir. Sumqayıt şəhər DYPŞ-nin polis kapitanı Niyaməddin hadisə yerinə gəlmişdir. Hadisə ilə bağlı sığorta şirkəti olan Azərbaycan Dövlət Sığorta şirkətinə məlumat vermiş, sığorta nümayəndəsi də hadisə yerinə gəlmiş və şəkillərini çəkdikdən sonra Niyaməddin polis kapitanı onları DYPŞ-nə dəvət etmişdir. DYPŞ-də bildirmişdir ki, guya o sağ tərəfdən sola keçərkən qəza törətmişdir. O, etirtazını bildirmişdir ki, o, sağ tərəfdə olmamış, şöbədə olarkən hadisənin həyəcanında olduğu üçün ona yazılan İXP ******* nömrəli protokola oxumadan imza çəkmişdir. O, qərarı əldə edə bilmədiyindən (ona deyilmişdi ki, bayramdan sonra gəlib götürərsən) ona görə də müddət keçməsin deyə protokoldan şikayət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin hakimi cənab Zaur Hacıyev də şikayətini bu əsasla geri qaytarmışdır, hal-hazırda o, həmin qərarı rəsmi qaydada əldə etmiş və ona görə də şikayəti təkrar vermişdir. Məhkəmə əgər müvafiq hadisə ilə bağlı, həmin hadisə yerindəki videogörüntüyə, müşahidə kameralarının görünütlərinə baxsa aydın olar ki onun heç bir təqsiri olmamışdır. Qeyd olunanlara əsasən Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin inzibati tənbeh vermə haqqında 17 dekabr 2022-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. X5 tərəfindən verilmiş şikayət 23 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Şikayətə baxılması 16 yanvar 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında X5 şikayətinə uyğun izahat verərək barəsindəki 17 dekabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs DYPŞnin yol nəqliyyat hadisəsi üzrə inspektoru, polis kapitanı X4 izahatında bildirdi ki, X5 xx.xx.2022-ci il tarixdə saat 12:20 radələrində idarə etdiyi “Hundai Elantra minik” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Sumqayıt şəhəri, Niyazi küçəsində idarə edərəkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq sola hərəkət edən zaman yol nəqliyyat hadisəsi törətmişdir. X5 tərəfindən qeyd olunan qayda pozuntusuna yol verməsinə görə tərəfindən İXM-nin 327.1-ci maddəsi ilə İXP ******* saylı inzbati xəta haqqında protokol üzrə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsini əks etdirən DVD diski məhkəməyə təqdim edərək şikayətin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. İş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin və qərar qəbul etmiş şəxsin izahatlarını dinləyərək, məhkəməyə təqdim olunmuş DVD diskdə qeydə alınmış görüntüyə baxaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X5 barəsində 17 dekabr 2022-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 17 dekabr 2022-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X5 barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 40,00 (qırx) manat məbləğində cərimə olunmuşdur. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsaslardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında 17 dekabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən qəbul olunmuş 17 dekabr 2022-ci il tarixli TP ******* saylı qərar qanunvericiliyin tələblərinə uyğundur və X3 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə İX bəndinə görə yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. “Hundai Elantra minik” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Sumqayıt şəhəri, Niyazi küçəsində “Hundai Elantra minik” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 xx.xx.2022-ci il tarixdə saat 12:20-də (Sumqayıt şəhəri, Niyazi küçəsində) “Yol hərəkəti haqqında” Qanunun (hərəkətə başlama, manevr etmə) tələblərini pozmuşdur. DYPŞ-nin 17 dekabr 2022-ci il tarixdə TP ******* №li qərarı ilə X3 40,00 (qırx) manat cərimə olunması qərara alınmışdır. Məhkəmə iclasındakı araşdırma zamanı X3 İXM-nin 327.1-ci maddəsinin tələbini pozmaqla qeyd olunan qayda pozuntusuna yol verməsi məhkəməyə təqdim edilən diskə baxılarkən öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, polis kapitanı X4 tərəfindən qəbul olunmuş 17 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də X3 şikayəti təmin olunmamalıdır. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin, yol patrul xidmətinin inspektoru X4 tərəfindən qəbul olunmuş 17 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar