Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-30/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs - Şəxs MMC-nin direktoru Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqqında 19 dekabr 2023cü il tarixli, EP seriyalı ******* nömrəli protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ''Trust Lux'' Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) – (bundan sonra mətndə ''Trust Lux'' MMC) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Şəxs MMC 30000.00 ABŞ doları məbləğində vəsaiti 12 noyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 15839.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən Şəxs MMC-nin direktoru Nümayəndə məhkəməyə təqdim etdikləri etiraz ərizəsini müdafiə edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs MMC-nin direktoru Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X6 tərəfindən Şəxs X4 barəsində EP №0141995 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki: Şəxs X4 30000 ABŞ dolan məbləğində vəsait 12 noyabr 2021-ci il tarixdə xaricə köçürülmüş və 2 il müddət keçsədə, 15839 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 13 noyabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanda törədilmişdir. Yekunda Şəxs X4 tərəfindən AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi qeyd olunmuşdur. Mərkəzi Bankın Şəxs X5 tərəfindən AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi barədə mövqeyi ilə razılaşmırlar. Belə ki, Şəxs NEW WANXİANG İNT*L TRADE CO LİMİTED şirkəti arasında xx.xx.2021-ci il tarixdə Müqavilə bağlanmışdır. Müqavilə öhdəliklərinə əsasən Şəxs MMC üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmiş və müqavilədə göstərilən bəndlərin tələblərinə əməl etmişdir. Şirkət tərəfindən müvafiq məbləğdə pul vəsaiti ödənilmiş və bunun müqabilində əks tərəf vaxtaşırı razılaşdırılmış məhsulu bunun müqabilində Şəxs MMC-yə göndərmişdir. Müqavilənin şərtləri yerinə yetirilərkən qüvvədə olan Qanunvericiliyin tələblərinə tam olaraq Şəxs MMC tərəfindən əməl edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin Şəxs X4 barəsində EP №0141995 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında tərtib etdiyi protokolu əsassız hesab edirlər. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, müqavilə əsasında göndərilmiş mal Azərbaycana cəmi bir neçə gün gec daxil olmuşdur. Belə ki, malı gətirən avtomobilin sürücüsü İran İslam Respublikasının vətəndaşı, pasportunda olan etibarlılıq müddətinin bitməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının sərhədini keçə bilməmişdir. Bu səbəbdən də sürücü İran İslam Respublikasının ərazisində qalaraq təkrarən pasport alması üçün müvafiq orqanlara müraciət etmiş və pasportunu aldıqdan sonra malı Azərbaycan ərazisinə keçirə bilmişdir. Malı Azərbaycan Respublikasına gətirən İran İslam Respublikasının vətəndaşı X10 Şəxs X1 anbarına malı təhvil verən zaman bildirmişdir ki, Sərhəd keçmə zamanı onun pasportunun vaxtı bitdiyi müəyyən edilmişdir. Sərhəddi kecə bilməmişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə məcburiyyət qarşısında qalaraq yeni pasportun alınması üçün Polis Xidmət Mərkəzinə (Təbriz şəhəri) müraciət etməli olmuşdur. Pasportu xx.xx.2023-cü il tarixdən hazır olsa da belə o, pasportunu yalnız xx.xx.2023-cü il tarixdə ala bilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə X7 Azərbaycan Kömürüyünə buraxılmışdır. Malı vaxtında qəbul etsə də, gecikmə ilə Azərbaycana çatdıra bilmişdir. NOVİN TARABAR RAYKA İNT TRANSPORT CO şirkətinin Şəxs X3 ünvanladığı xx.xx.2024-cü il tarixli 2 məktubundan müəyyən edilir ki, malın Azərbaycana gec gəlməsinə səbəb sürücünün sənədlərində olan problem olmuşdur. Belə ki, məktubda göstərilmişdir ki, LANU4863131 nömrəli konteyner xx.xx.2023-cü il tarixində boşaldılmış və xx.xx.2023-cü il tarixində teleksləşdirilmiş və xx.xx.2023-cü il tarixində Bandar Abbasdan yüklənərək yola salınmışdır. X13 Mahboubi 4 gün yolda, 8 gün isə terminalda olub. Sərhəd gömrüyə girmək üçün növbəyə durmuş və 3 gün çıxış növbəsində olmuş və xx.xx.2023-cü il tarixdə yeni pasport almış və xx.xx.2023-cü il tarixdə Bileh Savar gömrüyündən Azərbaycan gömrüyünə buraxılmışdır və bundan sonra mallar Şəxs MMC-yə göndərilib. Malların gecikməsinə səbəb X13 Mahboubinin sənədlərinini qaydasında olmaması olmuşdur. Bundan başqa "xxxx" ASC-nin «Memar Əcəmi» filialının direktoru A.A.Nəsirov tərəfindən imzalanmış N1609 saylı, xx.xx.2024 tarixli məktubunuza cavab olaraq bildiririk ki, Şəxs MMC-nin (VÖEN **********) Bank Respublika ASC-nin Memar Əcəmi filialında olan AZ74BRES40160US**********002 saylı hesabından Hong Kongda fəaliyyətdə olan NEW WANXİANG İNTL TRADE CO LİMİTED-in 42648130 saylı hesabına xx.xx.2021 tarixdə, 30000 USD məbləğində avans ödəniş edilib. Avans ödəniş e.customs.gov.az (X9)-da 3 YGB əsasında bağlanıb.xx.xx.2023 tarixdə **********0139 saylı YGB əsasında 9440USD, xx.xx.2023 tarixdə **********1807 saylı YGB əsasında 4721 USD və xx.xx.2023 tarixdə **********1959 saylı YGB əsasında 15839USD bağlanmışdır. Qeyd olunan avans ödəniş üzrə Şəxs MMC-nin bank qarşısında heç bir öhdəliyi qalmamışdır.” Yuxarıda göstərilən məktubdan da müəyyən edilir ki, Şəxs X1 bank qarşısında qeyd edilən avans ödənişi üzrə heç bir öhdəliyi qalmamışdır. Demək göstərilən protokolun tərtib edilməsinə heç bir əsas yoxdur. Halbuki son dərəcə üzürlü və obyektiv səbəblər nəzərə alındığı təqdirdə Şirkət tərəfindən hər hansı bir inzibati xəta sayıla biləcək əmələ yol verməmişdir. Xüsusilə vurğulamaq istəylər ki, göstərilən anlaşılmazlıqda Şirkətin təqsiri yoxdur. Təqsir olmadığı təqdirdə isə məsuliyyətdən söhbət gedə bilməz. Şəxs MMC tərəfindən müqavilə tələblərinə əsasən ödənilmiş pul vəsaitinə görə mal Azərbaycana çatdırılmışdır. Protokol tərtib edilərkən onların işitakı təmin edilməmişdir. Həmin zaman MMC-nin nümayəndəsi iştirak etsə idi hesab edirlər ki, protokol belə tərtib edilməzdi. Çünki təqdim edə biləcəkləri faktlar və sənədlər hesab edirlər ki, protokol tərtib edən orqan tərəfndən düzgün qiymətləndirilərdi. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində göstərilmişdir ki, «Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.” Qanunun istinad olunan maddəsinin məzmunundan da görünür ki, Şirkətin həmin maddə ilə məsuliyyətə cəlb edilməsi üçün maddənin dispozisiyasmda sadalanan əməllərə yol verilməmişdir. Müqaviləyə əsasən pul məbləği köçürülmüş əvəzində mal digər tərəf olan şirkət vasitəsi ilə göndərilmiş və mal daşıyan şirkət isə göndərilmiş malı gətirib ünvana çatdırmışdır. Sadəcə olaraq malın çatması onların şirkətin günahından yox sənədlərdə olduğu kimi malı daşıyan şirkətə görə bir neçə gün gecikmişdir. Sürücü özü də malı gec gətirməyini vurğulamış və pasportuna görə sərhəddi keçə bilməmişdir. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmiş, işlər görülmüş və ya xidmətlər göstərilmişdir. Ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına əsas yoxdur. Bildirirlər ki, Şirkət qanunvericilik aktlarının pozuntusuna yol verməmişdir. Konkret hazırki halda Şirkət Müqavilə tələblərinə uyğun hərəkət etmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X6 tərəfindən Şəxs barəsində tərtib edilmiş EP №0141995 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol qanunsuz və əsassız olduğu üçün başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan NOVİN TARABAR RAYKA İNT TRANSPORT CO şirkətinin Şəxsnə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, LANU4863131 nömrəli konteyner xx.xx.2023-cü il tarixində boşaldılmış və xx.xx.2023-cü il tarixində teleksləşdirilmiş və xx.xx.2023-cü il tarixində Bəndər Abbasdan yüklənərək yola salınmışdır. X13 Mahboubi 4 gün yolda, 8 gün isə terminalda olub. O, sərhəd gömrük məntəqəsinə daxil olmaq üçün növbəyə durmuş və 3 gün çıxış növbəsində olmuş, xx.xx.2023-cü il tarixdə yeni pasport almış və xx.xx.2023-cü il tarixdə Bileh Savar gömrüyündən Azərbaycan gömrüyünə buraxılmışdır və bundan sonra mallar Şəxs MMCyə göndərilib. Malların çatdırılmasının gecikməsinin səbəbi cənab Omran Mahboubinin sənədlərinini qaydasında olmaması idi. İş materiallarında olan "xxxx" ASC-nin «Memar Əcəmi» filialının direktoru A.A.Nəsirov tərəfindən Şəxsnə ünvanlanmış N1609 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC-nin (VÖEN **********) Bank Respublika ASC-nin Memar Əcəmi filialında olan AZ74BRES40160US**********002 saylı hesabından Hong Kongda fəaliyyətdə olan NEW WANXİANG İNTL TRADE CO LİMİTED-in 42648130 saylı hesabına xx.xx.2021 tarixdə, 30000 USD məbləğində avans ödəniş edilib. Avans ödəniş e.customs.gov.az (X9)-da 3 YGB əsasında bağlanıb. xx.xx.2023 tarixdə **********0139 saylı YGB əsasında 9440USD, xx.xx.2023 tarixdə **********1807 saylı YGB əsasında 4721 USD və xx.xx.2023 tarixdə **********1959 saylı YGB əsasında 15839USD bağlanmışdır. Qeyd olunan avans ödəniş üzrə Şəxs MMC-nin bank qarşısında heç bir öhdəliyi qalmamışdır.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X12 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Məhkəmə inzibati işin materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin etirazında göstərilən dəlillərə dair sübutları məhkəməyə təqdim etdiyindən və inzibati protokol tərtib edilənədək sözügedən məbləğ üzrə bank qarşısından olan öhdəlik yerinə yetirildiyindən inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki iş materiallarından da göründüyü kimi Şəxs MMC tərəfindən qəsdən Azərbaycan Respublikası İXM-nin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: AZ5000, Sumqayıt şəhəri, məhəllə 1, ev 4A, mənzil 47-də olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-30/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-30/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver