Məhkəmə qərarları › İş №3(060)-300/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-300/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-300/2023 13.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Qüdrət oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, xx.xx.1992-ci ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin (DYPŞ-nin) yol nəqliyyat hadisəsi üzrə inspektoru, polis kapitanı X3 tərəfindən 14 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 327.8-ci maddəsi ilə AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə, saat 21:30 radələrində “Mercedes-Benz minik” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Şəxs Sumqayıt şəhəri, S.Vurğun küçəsində hərəkətdə olan zaman idarə etməni itirərək **- SC-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz minik” markalı avtomobillə toqquşaraq Melisa Səvzixanova bədən xəsarəti almışdır. İnzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 31 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 13 fevral 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və DYPŞ müvafiq olaraq gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Polis İdarəsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:18 radələrində X6 idarə etdiyi “Mersedes Benz E240 minik” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə H.Z.Tağıyev qəsəbəsi istiqamətində avtomobillərin hərəkət etdikdən sonra "Ləman” mebel evinə çatdıqda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla qaşı əks hərəkət yolu ilə düzünə hərəkətdə olan nəqliyyat vasitələrin hərəkət axınını gözləmədən sola məhəllə yoluna dönmə manevri etmək üçün hər iki yolun kəsişməsində yerləşən yolayrıcına daxil olmaqla sola dönmə əməliyyatı etdiyi zaman, qarşı əks hərəkət yolunda S.Vurğun küçəsi ilə Sumqayıt şəhər istiqamətində düzünə hərəkət edən və əvvəlcədən qarşısında yaranmış mövcud təhlükəni görməklə hadisənin qarşısını almaq iqtidarında olduğu halda hadisənin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirmədən özünəgüvənərək hərəkətinə davam edən, sürücü Şəxs idarə etdiyi Mersedes Benz E240 markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yolayrıcında toqquşaraq sonuncu avtomobildə sərnişin qismində X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlğa yüngül zərərvuran xəsarətlər almasına səbəb olan və maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 ci hissəsinin tələbinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə qeyd edir ki, Şəxs Qanunun bu tələblərini pozaraq, əvvəlcədən qarşısında yaranmış mövcud təhlükəni görməklə hadisənin qarşısını almaq iqtidarında olduğu halda hadisənin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirmədən özünəgüvənərək hərəkətinə davam etdiyindən yol nəqliyyat hadisəsi baş vermiş, hadisə zamanı avtomobildə sərnişin qismində X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlğa yüngül zərərvuran xəsarətlər almasına səbəb olan və maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Beləliklə Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X4 1NK-/1314 saylı yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 327.8-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 327.8-cü maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq ona nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 04 (dörd) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmməddov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar