Məhkəmə qərarları › İş №3(060)-3004/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3004/2021

29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3004/2021 29.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, İnzibati tənbeh vermə qərarı qəbul etmiş şəxsin nümayəndəsi - Sumqayıt şəhər X9 X10 Xidməti İnspektoru baş serjantı X3 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 04 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən qəbul edilmiş 04 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, o, barəsində tərtib olunmuş qərarla razılaşmır. Belə ki Sumqayıt şəhəri Bakı küçəsi “Asan Xidmət” tərəfdən sağa dönərkən dönmə işığından istifadə etmiş, həmin vaxt YPX inspektoru X5 tərəfindən saxlanılmışdır. Saxlanılma səbəbini soruşan zaman polis əməkdaşı onun xarici işıq cihazlarına müdaxilə etdiyini, dönmə işığının düzgün işləmədiyini və qabaqdan gələn nəqliyyat vasitəsinin fikrini yayındırdığını bildirmişdir. Bununla razılaşmayıb Sumqayıt şəhər X9 Şöbəsinə yaxınlaşmış, vəziyyəti izah etmişdir. Lakin onun barəsində qanunsuz olaraq İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol qəbul edilmişdir. Səbəb isə “amerikanka” işıqlarının yanılı olması göstərilmişdir. O isə dönmə işığını yandırdıqda "amerikanka” işıqlarının söndüyünü və qarşıdan gələn nəqliyyat vasitəsinə heç bir maneə yaratmadığını bildirmişdir. Əlavə avadanlıq quraşdırılması adı ilə onun barəsində əsassız olaraq protokol tərtib edilmişdir. Odur ki, həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq şikayət vermiş şəxs X2 məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs X5 izahatında göstərdi ki, X2 barəsində 04 sentyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 03.09.2021-ci il tarixdə saat 18:50 radələrində idarə etdiyi VAZ 21074 minik markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə hərəkətdə olan zaman nəqliyyat vasitəsini normativ tələbləri pozmaqla avadanlığı dəyişdirərək idarə etmişdir. Belə ki sürücü xarici işıq cihazlarına müdaxilə etmiş, dönmə işığı düzgün işləməmiş və qabaqdan gələn nəqliyyat vasitəsinin fikrini yayındırmışdır. Ona görə də vətəndaş barəsində İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, 04 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid yol patrul xidməti inspektoru polis serjantı X4 izahat verərək bildirdi ki, vətəndaş X2 03.09.2021-ci il tarixdə saat 18:50 radələrində idarə etdiyi VAZ 21074 minik markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə hərəkətdə olan zaman nəqliyyat vasitəsini normativ tələbləri pozmaqla avadanlığı dəyişdirərək idarə etmişdir. Belə ki sürücü xarici işıq cihazlarına müdaxilə etmiş, dönmə işığı düzgün işləməmiş və qabaqdan gələn nəqliyyat vasitəsinin fikrini yayındırmışdır. Məhkəmə inzibati iş üzrə bütün materialları tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 04 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir və onun ləğv olunması üçün hər hansı hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, X1 barəsində tərtib olunmuş 04 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X2 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, 04 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin olunmasın. Sumqayıt şəhər X9 Şöbəsi tərəfindən X1 barəsində tərtib olunmuş 04 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar