Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3004/2022 05.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, qərardan şikayət vermiş X1, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin, yol patrul xidmətinin inspektoru, polis baş serjantı Nümayəndə Safalı oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin inzibati tənbeh vermə haqqında 17 noyabr 2022-ci il tarixli TP ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin (bundan sonra mətndə DYPŞ) onun barəsindəki İXP ******* saylı inzbati xəta haqqında protokol üzrə tərtib edimiş TP ******* saylı inzibati tənbeh vermə haqqında cərimə qərarının ləgv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayətində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ona məxsus Toyota Prado markalı, ** VF *** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Yol Polis inspektoru tərəfindən saxlanılaraq barəsində İXM-nin 327.1 və 327.2-ci maddələri üzrə İXP5042190 nömrəli inzibati protokol tərtib edilərək cərimə edilmişdir. Sumqayıt şəhər Sülh və Nərimanov küçələri üzrə həmin nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən arxasında hərəkətdə olan Yol Patrul xidməti inspektoru avtopatrul avtomobilində mikrofonla ona hərəkət elə saxlama, o isə öz növbəsində işıqforun qadağanedici işarəsi verildiyini və bu səbəblə hərəkətin qadağan olduğunu gördüyü üçün təkidlə onlara bildirsədə onlar mikrofonla hərəkət elə “biz deyirik” dəfələrlə dedikləri üçün və polisin tələbinə uyğun olaraq hərəkətinə davam etmişdir. Buna baxmayaraq, polis əməkdaşı ona “saxla” əmri verdilər və avtomobilimi saxlaçışdır. Bu zaman avtpatruldan düşən yol polisi serjantı Tural Əsədzadə (özünü təqdim edən şəxs) ona qayda pozuntusuna yol verildiyini bildirmişdir. O onlara sizin göstərişiniz əsasında hərəkət etdiyini desədə onlar buna əhəmiyyət verməyərək öz avtopatrul avtomobilinə oturaraq hərəkətlərinə davam etmişlər. Bir az keçəndən sonra ona SMS vasitəsilə mesaj gəlmiş və bununla bağlı cərimə edildiyi qeyd olunmuşdur. Həmin vaxtı ona nə protokolun, nə də ki qərarın surəti təqdim edilməmişdir. Ona yaxınlaşan Yol polis əməkdaşı Tural Əsədzadə olsada (özünü təqdim etmişdir), inzibati protokolda Nümayəndə (üzünü görmədiyi əməkdaş) adı qeyd edilmişdir. Qeyd olunanların nəzərə alınmasını, barəsində tərtib edilmiş İXP5042190 nömrəli inzibati xəta haqqında protokol üzrə tətbiq edilmiş TP5393642 nömrəli inzibati tənbeh vermə haqqında cərimə qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. X3 tərəfindən verilmiş şikayət 23 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Şikayətə baxılması 05 dekabr 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında X3 şikayətinə uyğun izahat verərək barəsindəki 17 noyabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs DYPŞnin, inspektoru, polis baş serjantı Nümayəndə Safalı oğlu izahatında bildirdi ki, xx.xx.2022ci il tarixdə Sumqayıt şəhəri Sülh prospektində patrul yoldaşı Tural Əsədzadə ilə xidmətdə olan zaman “Toyota Land-Cruiser-Prado minik” markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən adını sonradan bildiyi X3 tərəfindən Sumqayıt şəhəri Sülh və Nərimanov küçələrinin kəsişməsində “Yol hərəkəti haqqında” Qanunun (yol nişanlarının tələblərinə riayət edilməsi, yolayrıcını keçmə qaydalarının pozulması, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) tələblərini pozmuşdur. X3 tərəfindən qeyd olunan qayda pozuntusuna yol verməsinə görə İXM-nin 327.1 və 327.2-ci maddələri ilə İXP ******* saylı inzbati xəta haqqında protokol üzrə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qeyd olunan qayda posuntusunu əks etdirən DVD diski məhkəməyə təqdim edərək şikayətin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. İş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin və qərar qəbul etmiş şəxsin izahatlarını dinləyərək, məhkəməyə təqdim olunmuş DVD diskdə qeydə alınmış görüntüyə baxaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X3 barəsində 17 noyabr 2022-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 17 noyabr 2022-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X3 barəsində İXM-nin 327.1 və 327.2-ci maddələri ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 60,00 (altmış) manat məbləğində cərimə olunmuşdur. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsaslardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında 17 noyabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən qəbul olunmuş 17 noyabr 2022-ci il tarixli TP ******* saylı qərar qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir (bənd 1). Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar (bənd 1). “Toyota Land-Cruiser-Prado minik” markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X1 xx.xx.2022-ci il tarixdə saat 10:44-də (Sumqayıt şəhəri Sülh Nərimanov küçələrinin kəsişməsində) “Yol hərəkəti haqqında” Qanunun (yol nişanlarının tələblərinə riayət edilməsi, yolayrıcını keçmə qaydalarının pozulması, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) tələblərini pozmuşdur. DYPŞ-nin 17 noyabr 2022-ci il tarixdə TP ******* №li qərarı ilə X1 60 (altmış) manat cərimə olunması qərara alınmışdır. Məhkəmə iclasındakı araşdırma zamanı X1 İXM-nin 327.1 və 327.2-ci maddələrin tələbini pozmaqla qeyd olunan qayda pozuntusuna yol verməsi məhkəməyə təqdim edilən diskə baxılarkən öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, DYPŞ-nin, inspektoru, polis baş serjantı Nümayəndə Safalı oğlu tərəfindən qşbul olunmuş 17 noyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də X1 şikayəti təmin olunmamalıdır. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin, yol patrul xidmətinin inspektoru, polis baş serjantı Nümayəndə Safalı oğlu tərəfindən qəbul olunmuş 17 noyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3004/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3004/2022
05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver