Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3005/2024 11.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızı, X1 xx.xx.2024-cü il tarixli, EQ24976951 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış şikayətə əsasən, xx.xx.2024-cü il tarixli, EQ24976951 nömrəli inzibati tənbeh edilməsinə dair qərar ilə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin – durma qaydalarının pozulmasına görə 20 manat cərimə olunmuşdur. O, Mercedes-Benz markalı, **-DR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə tərtib edilən protokola etiraz etdiyini, avtomobili saxladığı yerdə 3.27 dayanma-durma nişanının olmadığına tam əmin olduqdan sonra avtomobili tərk etdiyini bildirmişdir. Eyni zamanda, Sumqayıt şəhəri, Sülh küçəsində (“Kontakt Home”un qarşısında) 3.27 nişanının olmadığını və buna dair video çəkiliş etdiyini qeyd etmişdir. Göstərilənlərin nəzərə alınaraq EQ 24976951 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, X2 inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın surəti şikayətə əlavə edilməmişdir. Bununla da onun barəsində həqiqətən də inzibati tənbeh tətbiq etmə barədə qərarın olub-olmamasını müəyyən etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, şikayətin baxılmağa hazırlanma mərhələsində işin icraata qəbul edilib-edilməməsi məsələsi araşdırılaraq həll edilir. İndiki halda bu mərhələdə qərarın olub-olmamasını müəyyən etmədən işin icraata qəbul edilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Beləliklə, məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq etmə barədə qərarın mövcud olub-olmaması müəyyən edilmədiyi üçün şikayət geri qaytarılmalı, həmin tənbeh tətbiq etmə barədə qərarı əlavə etməklə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilməldir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: X1 xx.xx.2024-cü il tarixli, EQ24976951 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılsın. İnzibati tənbeh tətbiq etmə barədə qərarı əlavə etməklə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3005/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3005/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver