Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3006/2021 07.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin nümayəndələri polis sahə rəisi, polis leytenantı X5 və polis baş leytenantı X10, Zərərçəkmiş şəxslər – X1, X2 və X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 26/11, mənzil 23-də qeydiyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 06.09.2021-ci il tarixli, MN seriyalı, ******* №-li, 06.09.2021-ci il tarixli, MN seriyalı, ******* №-li və 06.09.2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs 10.08.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 14-ün qarşısında duran "Vaz 2106" markalı maşından akkumulyator və benzin oğurlamışdır. Bundan başqa o 11.06.2021-ci il tarixdə saat 05:00 radələrində 11-ci məhəllə, ev 23/10 ünvanında yerləşən fərdi yaşayış evindən 1 ədəd elektrik samovarı oğurlamışdır. Bundan başqa o, 09.07.2021-ci il tarixdən 10.07.2021-ci il tarixə keçən gecə 3-cü mikrorayonda mis dolağını oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin nümayəndəsi, sahə rəisi, polis leytenantı X8 tərtib edilən protokollara uyğun izahat verərək bildirdi ki, Şəxs 10.08.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 14-ün qarşısında duran "Vaz 2106" markalı maşından akkumulyator və benzin oğurlamışdır. Bundan başqa o 11.06.2021-ci il tarixdə saat 05:00 radələrində 11-ci məhəllə, ev 23/10 ünvanında yerləşən fərdi yaşayış evindən 1 ədəd elektrik samovarı oğurlamışdır. Bundan başqa o, 09.07.2021-ci il tarixdən 10.07.2021-ci il tarixə keçən gecə 3-cü mikrorayonda mis dolağını oğurlamışdır. Sumqayıt Şəhər Pİ-nin 3-cü PB-nin təhqiqatçıları-Rışad Allahverdiyev və Zamiq Quliyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə 25.07.2021, 26.06.2021 və 18.08.2021-ci il tarixli qərarlar qəbul edilmiş və həmin faktlar üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin (xırda talama) tərkibi olduğundan inzibati xəta törətmiş şəxsin (şəxslərin) müəyyən edilib inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt Şəhər Pİ-nin 3-cü PB-nə göndərilmişdir. Oğurluq hadisəsinin Şəxs tərəfindən törədildiyi məlum olduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 06.09.2021-ci il tarixli, MN seriyalı, ******* №-li, 06.09.2021-ci il tarixli, MN seriyalı, ******* №-li və 06.09.2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Protokolu tərtib etmiş digər şəxs polis baş leytenantı X14 da eyni məzmunlu ifadə verərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, o 10.08.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 14-ün qarşısında duran "Vaz 2106" markalı maşından akkumulyator və benzin oğurlamışdır. Bundan başqa o 11.06.2021-ci il tarixdə saat 05:00 radələrində 11-ci məhəllə, ev 23/10 ünvanında yerləşən fərdi yaşayış evindən 1 ədəd elektrik samovarı oğurlamışdır. Bundan başqa o, 09.07.2021-ci il tarixdən 10.07.2021-ci il tarixə keçən gecə 3-cü mikrorayonda mis dolağını oğurlamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmışdır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, 10.08.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 14-ün qarşısında duran "Vaz 2106" markalı maşından akkumulyator və benzin oğurlanmışdır. Ona 80 AZN maddi ziyan dəymişdir. Ona dəyən zərər ödənildiyi üçün Şəxs bağışlayır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X4 ərizə ilə məhkəməyə müraciət edərək ona dəyən zərərin əvəzi ödənildiyi üçün işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, 11.06.2021-ci il tarixdə saat 05:00 radələrində 11-ci məhəllə, ev 23/10 ünvanında yerləşən fərdi yaşayış evindən 1 ədəd elektrik samovarı oğurlanmışdır. Ona oğurluq nəticəsində 100 manat maddi ziyan vurulmuşdur. Ona dəyən zərər ödənildiyi üçün Şəxs bağışlayır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X6 ərizə ilə məhkəməyə müraciət edərək ona dəyən zərərin əvəzi ödənildiyi üçün işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, Sumqayıt şəhər İH MKTİB-nin X12 Hesablı Xidmət Sahəsinin rəis müavinidir. 09.07.2021-ci il tarixdən 10.07.2021-ci il tarixə keçən gecə 3-cü mikrorayonda yerləşən fəvvarənin mühərrikinin mis dolağı oğurlanmışdır. Onlara oğurluq nəticəsində 92 manat 50 qəpik maddi ziyan vurulmuşdur. Onlara dəyən zərər ödənildiyi üçün Şəxs bağışlayır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X7 ərizə ilə məhkəməyə müraciət edərək ona dəyən zərərin əvəzi ödənildiyi üçün işə xitam verilməsini xahiş etmişdir. Sumqayıt şəhər İH MKTİB-nin X12 Hesablı Xidmət Sahəsinin rəisinin 07.09.2021-ci il tarixli, 59 saylı məktubundan da görünür ki, X12 Hesablı Xidmət Sahəsinə dəymiş ziyan ödənildiyi üçün şikayətləri yoxdur. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə 25.07.2021, 26.06.2021 və 18.08.2021-ci il tarixli qərarlardan görünür ki, həmin faktlar üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin (xırda talama) tərkibi olduğundan inzibati xəta törətmiş şəxsin (şəxslərin) müəyyən edilib inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt Şəhər Pİ-nin 3-cü PB-nə göndərilmişdir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə vurulmuş zərər ödənilmişdir, zərərçəkmiş şəxslər iş üzrə icraata xitam verilməsini xahiş edir. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işlər (06.09.2021-ci il tarixli, MN seriyalı, ******* №-li, 06.09.2021-ci il tarixli, MN seriyalı, ******* №-li və 06.09.2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollar) üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-3006/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3006/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver