Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3009/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs QSC barəsində inzibati xəta haqqında 06 sentyabr 2021-ci il tarixli, MN № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs QSC 21.000,00 Avro məbləğində olan vəsaiti ödəniş tapşırığına əsasən bank hesabından 19.08.2019-cu il tarixdə ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı tarixdən 2 (iki) il artıq müddət keçməsinə baxmayaraq, 21.000,00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə də, Şəxs QSC barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin nümayəndəsi X3 bildirdi ki, 6 sentyabr 2021-ci il tarixdə AR Mərkəzi Bankı tərəfindən Şəxs QSC barəsində X1 430.4 maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. 18.07.2019-cu il tarixdə Şəxs MMC ilə “PERİ KALİP VE İSKELELERİ SAN. VE TİC.LTD.ŞTİ” arasında tikinti materiallarının alqısatqısına dair müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, 19.08.2019-cu ildə 21.000,00 Avro məbləğdə pul vəsaiti Şəxs MMC tərəfindən “PERİ KALİP VE İSKELELERİ SAN. VE TİC.LTD.ŞTİ”-nin bank hesabına köçürülmüşdür. Bundan sonra, həmin müqavilənin şərtlərinə uyğun olaraq, “PERİ KALİP VE İSKELELERİ SAN. VE TİC.LTD.ŞTİ” tərəfindən qeyd olunan tikinti materialları Şəxs MMC-nin ünvanına göndərilərək 02.09.2019-cu il tarixdə **********7059 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Həmin gömrük bəyannaməsi tərtib olunarkən 44-cü qrafanın 4011 bəndində 404 saylı 18.07.2019-cu il tarixli müqavilə əvəzinə səhv olaraq 402 saylı 19.03.2019-cu il tarixli müqavilə qeyd olunmuşdur. Şəxs QSC həmin texniki səhvin düzəliş edilməsi üçün 14.09.2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə müraciət etmişdir. Bundan başqa “PERİ KALİP VE İSKELELERİ SAN. VE TİC.LTD.ŞTİ” tərəfindən Şəxs QSC-nin ünvanına göndərilən tikinti materiallarının ölkəmizə gətirildiyini təsdiq edən rəsmi sənədlər və gömrük bəyannamələri də vardır. DİADEM” QSC 14.09.2021-ci il tarixdə texniki səhvin düzəliş edilməsi üçün Bakı Baş Kömrük İdarəsinə və "xxxx" ASC-yə 11.10.2021-ci ildə müraciət edilmişdir. Bütün bunları nəzərə alaraq Şəxs QSC barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSCnin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 06 sentyabr 2021-ci il tarixli, MN № ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin 25.08.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, "xxxx" ASC Sumqayıt filialı tərəfindən Şəxs QSC və “PERİ KALİP VƏ İSKELELERİ SAN VE TİC” şirkəti ilə bağlanmış 404 saylı 18.07.2019 tarixli müqavilə üzrə 23.07.2019-cu il tarixdə 21.605,60 EUR, 19.08.2019-cu il tarixdə isə 21.000,00 EUR vəsait köçürülmüşdür. İş materiallarında olan **********7059 nömrəli gömrük bəyannaməsindən müəyyən olunur ki, “PERİ KALİP VE İSKELELERİ SAN. VE TİC.LTD.ŞTİ” tərəfindən Şəxs MMC-nin ünvanına göndərilən tikinti materialları 02.09.2019-cu il tarixdə gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə 20.02.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik 28.02.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, 18.07.2019-cu il tarixli, 404 saylı müqavilə üzrə Şəxs QSC tərəfindən 19.08.2019-cu ildə 21.000,00 Avro məbləğdə pul vəsaiti “PERİ KALİP VE İSKELELERİ SAN. VE TİC.LTD.ŞTİ”-nin bank hesabına köçürülmüş, “PERİ KALİP VE İSKELELERİ SAN. VE TİC.LTD.ŞTİ” tərəfindən qeyd olunan tikinti materialları Şəxs MMC-nin ünvanına vaxtında göndərilmişdir. Ona görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 06 sentyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-3009/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3009/2021
18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver