Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3009/2024 10.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Seydov X11 rayon Məhkəməsinin 2(031)-691/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və onun 3285 (üç min iki yüz səksən beş) manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizov bildirmişdir ki, Şabran Rayon Məhkəməsinin 2(031)-691/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 09 iyun 2022-ci il tarixdən başlayaraq xx.xx.2021-ci ildə doğulmuş X1 məqsədi ilə hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X4 verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdərəsinin icraatına daxil olmuşdur. Borcluya dəfələrlə SMS bildiriş vasitəsilə xəbərdarlıq göndərilsə də, o, İcra İdarəsinə gəlməmiş və icra məmurunun qanuni çağırışlarından üzürlü səbəb olmadan yayınmışdır. Borclu barəsində Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə onun məcburi gətirilməsi haqqında təqdimat verilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 məcburi qaydada gətirilməsi qərara alınmış, qərarın icrası Sumqayıt ŞPİyə həvalə edilmiş, lakin borclunun İcra İdarəsinə gətirilməsi təmin olunmamışdır. Yenidən borclu barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan olunması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Sumqayıt ŞPİ-yə göndərilmiş və o, xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Eyni zamanda borclu İİİ qrup əlil olduğuna görə 150 (bir yüz əlli) manat pensiya alır və tələb borclunun pensiyasına yönəldilmşdir. 03 (üç) ay, yəni iyul, sentyabr və oktyabr aylarında borclunun pensiyasından hər ay 105 (bir yüz beş) manat tutularaq tələbkara ödənilmişdir. Lakin sonuncu aylarda DSMF-nin bazasında natamamlıq olduğu üçün sosial pensiyaya inkasso sərəncamı tətbiq etmək mümkün olmamış və DSMF-yə bu məsələ ilə bağlı müraciət ünvanlanmış, lakin natamamlıq hələ də aradan qaldırılmamışdır. Şifahi olaraq maraqlanan zaman borclunun təzəlikcə komissiyadan keçdiyi bildirilmiş, lakin hələ məlumatların sistemə yerləşdirilmədiyi bildirilmişdir. Son 03 (üç) ay ərzində ödəniş olmamış və nəticədə 3285 (üç min iki yüz səksən beş) manat aliment borcu yaranmışdır. Protokolu müdafiə edərək inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, məhkəmədə iş baxılan zaman xəbəri olmamış, icra məmurunun göndərdiyi SMS məlumatı və bildiriş ona çatmamışdır. Qeydiyyatda olduğu ünvanda yaşayır. İki ay Şabran rayonunda avtoyuma məntəqəsində yuyucu işləmişdir. Pensiyasından 03 (üç) ay (bir yüz beş) manat tutulmuş, noyabr və dekabr ayları isə pensiya almamışdır. Barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X12 bildirmişdir ki, işin hallarından da göründüyü kimi protokol qanuni hesab edilə bilməz, çünki borclu şəxsin mobil telefonuna SMS məlumatının gəlməsi və ya onun ünvanına bildirişin çatdırılması barədə məlumatlar iş materiallarına əlavə edilməmişdir. Borclunun izahatında bildirdiklərindən də görünür ki, borclu qeydiyyatda olduğu ünvanda yaşayır. Borcluya alimentin ödənilməsi barədə tələb və ya məlumat çatdırılmamışdırsa, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinin tərkibini yaratmır. Hesab edir ki, əməldə inzibati xəta tərkibi yoxdur və yaranmış vəziyyətdə inzibati xəta haqqında protokol əsassızdır. Ona görə də, Şəxs barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şabran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-691/2022 saylı icra sənədindən görünür ki, xx.xx.2022-ci tarixindən başlayaraq xx.xx.2021-ci ildə doğulmuş Şəxs xx.xx.2021-ci il tarixində doğulmuş X2 məqsədi ilə hər ay 120 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 xeyrinə ödənilməlidir. İş materiallarında olan Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsində verdiyi yazılı izahatdan məlum olur ki, icra sənədindən xəbərdardır, işləməməsi səbəbindən tələbi tam şəkildə icra edə bilmir, bu günədək etdiyi ödənişlərin miqdarı 315 manat olmuşdur. Şəxs izahatında əlavə olaraq tələbin pensiyasına yönəldilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli inkasso sərəncamlarından məlum olur ki, qeyd edilən tarixlərdə hər biri 105 manat olmaqla ümumilikdə 315 manat borclunun pensiyasında tutularaq tələbə yönəldilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin elektron sistemindən çıxarışdan məlum olur ki, xx.xx.2024-cü il tarixində əlilliyi ilə bağlı Şəxs 150 manat ödəniş olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iş materiallarından göründüyü kimi borclu Şəxs mobil telefonuna SMS məlumatının gəlməsi və ya onun ünvanına bildirişin çatdırılması barədə məlumatlar icra məmuru tərəfindən iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, borclu icra sənədi barədə məlumatlandırılmadığına görə onun əməli icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi hesab edilməməlidir. Eyni zamanda icra sənədi üzrə borclu tərəfindən ödənişlər mütəmadi olaraq həyata keçirilməsə də, həmin hallar onun qərəzli münasibətindən irəli gəlməmişdir. Borclunun əlillik müavinatından başqa gəlirinin olmaması, tələbin borclunun əlilliyinin olması ilə bağlı ona ödənilən müavinətin 70 %-nə yönəldilməsi, borclunun bununla bağlı Sumqayıt şəhəri üzrə İcra idarəsində, həmçinin məhkəmə iclası zamanı verdiyi izahatında tələbin növbəti aylarda da müavinətinə yönəldilməsi barədə xahişi Şəxs icra məmurunun tələblərinin üzrsüz səbəbdən yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. Bundan başqa 2024cü ilin noyabr ayı ərzində 150 manat əlillik müavinətinin Şəxs hesabına ödənilməsi, lakin 70%-nin aliment borcuna yönəldilməməsinin səbəbinin sonuncudan asılı olmaması nəzərə alınmalıdır. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmələrə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X12 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 04 saata görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Sumqayıt 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3009/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3009/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver