Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3010/2021 28.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs Ağayev Şahin Hikmət oğlunun, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru polis serjantı X2 iştirakları ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 22.08.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı Qərarından Ağayev Şahin Hikmət oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X5 Hikmət oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 22.08.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, Ağayev Şahin Hikmət oğlu Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən qəbul edilmiş TP ******* saylı qərarla Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərarla razılaşmır. Həmçinin tələbə olduğundan həmin cəriməni ödəmək iqtidarında deyildir. Məhkəmə iclasında çıxış edən şikayətçi Ağayev Şahin Hikmət oğlu şikayət ərizəsindən fərqli izahat verərək bildirdi ki, inzibati tənbeh vermə haqqında qərar qanunidir. Həmin qərarla razıdır. Odur ki, Sumqayıt şəhər Məhkəməsinə verdiyi şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş X3 izahat verərək bildirdi ki, X5 Hikmət oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər X9 Şöbəsi tərəfindən İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur ona görə ki, o, 22.08.2021-ci il tarixdə saat 07:43 radələrində VAZ 11184 minik markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edərkən təhlükəsizlik kəmərindən istifadə etməmişdir. Odur ki, şikayətin təmin olunmamasını Məhkəmədən xahiş edir. İş materiallarında olan Ağayev Şahin Hikmət oğluna təqdim edilmiş 22.08.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Ağayev Şahin Hikmət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş şikayət vermiş şəxs Ağayev Şahin Hikmət oğlunun məhkəmə iclas zalında təqdim etdiyi 28.09.2021-ci il tarixli ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərarla razıdır. Odur ki, nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 22.08.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Ağayev Şahin Hikmət oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Ağayev Şahin Hikmət oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ağayev Şahin Hikmət oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 22.08.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3010/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3010/2021
28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver