Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3011/2024 25.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Şikayət olunan inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi X1 iştirakı ilə, Həsən-zadə Ruslan Lətif oğlunun barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə Həsən-zadə Ruslan Lətif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Həsən-zadə Ruslan Lətif oğlu şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və cərimənin silinməsini xahiş etmişdir. Şikayətlə birlikdə, Həsən-zadə Ruslan Lətif oğlu qeyd olunan qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatətlə məhkəməyə müaciət etmişdir. Qərardan şikayət və vəsatət xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Həsən-zadə Ruslan Lətif oğlu müddətin bərpası barədə vəsatətini onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən barəmdə inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş və həmin qərarla o, "xxxx" MTK-nın qanuni təmsilçisi olaraq AR İXM-nin 275.1.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinərək 3500 manat cərimə edilmişdir. Bundan başqa cavabdeh həmin pula dəbbə pulu hesablamaqla ondan 5600 manat vəsait tələb edir və bu barədə yaşadığı ünvana xx.xx.2024-cü il tarixli məktub da göndərmişdir. O, həmin məktubu aldıqdan sonra belə bir inzibati qərarın qəbul edilməsini və ona bu məbləğdə cərimənin hesablanmasını bilmişdir. Ona qərarın surəti vaxtında göndərilməmiş və bu barədə hər hansı bildiriş verilməmiş, rəsmi olaraq qərarın xx.xx.2024-cü il tarixdə ona təqdim edildiyini bildirmişdir. Bu səbəbdən qərardan şikayət verilməsi üçün nəzərdə tutulan müddət onun tərəfindən ötürülməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərardan şikayət vermiş şəxs Həsən-zadə Ruslan Lətif oğlu məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərib bildirmişdir ki, inzibati orqan tərəfindən onun barəsində inzibati tənbehvermə haqqında xx.xx.2024-cü iİ tarixli MN1785137 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, həmin məktubu rəsmi olaraq xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə almış, aldıqdan sonra belə bir inzibati qərarın qəbul edilməsini və onun barəsində cərimənin hesablanmasını bilmişdir. Şikayət ərizəsində texniki səhvə yol verilməklə qərarın alınması tarixi xx.xx.2024-ci iİ kimi qeyd olunmuşdur. Ona qərarın surəti vaxtında gündərilməmiş və bu barədə hər hansı bir bildiriş verilməmişdir. Bu səbəbdən də qərardan şikayət verilməsi üçün nəzərdə tutulan müddət bərpa edilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət olunan inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Sözügedən qərar Mütalib Abbaszadə tərəfindən xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza atılmaqla rəsmi qaydada əldə edilmişdir. Qeyd edilənlərə əsasən nümayəndə ərizənin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə vəsatəti və müddətin buraxılmasının dəlillərini, eləcə də, iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə qəbul olunmuş və qərarın surəti Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən "xxxx" MTK-nın qanuni təmsilçisi Həsən-zadə Ruslan Lətif oğlununa göndərilmişdir. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim edilmiş xəbərnamə və məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli MN1785137 nömrəli qərarın göndərilməsinə dair məktub xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Həmçinin Həsən-zadə Ruslan Lətif oğlu qərarın surətinin ona əvvəlcə xx.xx.2024-cü il, daha sonra xx.xx.2024-cü il tarixdə tarixdə poçt vasitəsilə təqdim olunduğunu bildirsə də, qeyd edilən halı təsdiq edən hər hansı poçt sənədini ərizəyə əlavə etməmişdir. Göstərilən səbəblərdən də bir daha təsdiq edilir ki, mübahisələndirilən qərar rəsmi qaydada Sumqayıt şəhəri, Bulvar küçəsi, "xxxx" MTK-nın qanuni təmsilçisi Həsən-zadə Ruslan Lətif oğluna göndərilmiş və həmin ünvanda rəsmi qaydada qəbul edilmişdir. Qeyd edilən qaydada çatdırılma isə Azərbaycan Respublikasının İXM-nin 57-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sənədin rəsmi qaydada verilməsi hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilərş Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələdirilən qərar Həsən-zadə Ruslan Lətif oğluna məxsus ünvanda rəsmi qaydada qəbul edildiyi və buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəblər müəyyən edilmədiyindən bu barədə vəsatət rədd edilərək müddət bərpa edilməməli, həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə Həsən-zadə Ruslan Lətif oğlunun vəsatəti rədd edilsin və buraxılmış prosessual müddət bərpa edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından Həsən-zadə Ruslan Lətif oğlu tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3011/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3011/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver