Məhkəmə qərarları › İş №3(060)-3012/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3012/2021

23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3012/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, “AZƏRBAYCAN KAĞİZ VƏ KARTON İSTEHSALİ KOMBİNATİ“ MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi tərəfindən “AZƏRBAYCAN KAĞİZ VƏ KARTON İSTEHSALİ KOMBİNATİ“ MMC barəsində 02.09.2021-ci il tarixli, 00100-1700/21 saylı protokol tərtib edilmişdir ona görə ki, “AZƏRBAYCAN KAĞİZ VƏ KARTON İSTEHSALİ KOMBİNATİ“ MMC 05.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsində **********3920 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Qruppa İlim” şirkətindən 69164/1 nömrəli 22.07.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə 52912235, 29307097 nömrəli vaqonlarla göndərilmiş malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 04.08.2021-ci il tarixdə, saat 05 radələrində Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yüklərə dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilənədək elektron formada gömrük orqanına verməmişdir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən daxil olmuş 24/012/022323 nömrəli 24.08.2021-ci il tarixli raporta əsasən “AZƏRBAYCAN KAĞİZ VƏ KARTON İSTEHSALİ KOMBİNATİ“ MMC-nin adına 04.08.2021-ci il tarixdə 52912235, 29307097 nömrəli nəqliyyat vasitələri ilə ölkə ərazisinə daxil olmuş **********3920 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklər üçün həmin malların gömrük ərazisinə daxil olduğu müddət ərzində qısa idxal bəyannaməsi tərtib olunmayıb və bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməli olduğu bildirilmişdir. İş üzrə Sumqayıt şəhər Baş Gömrük İdarəsinin 02.09.2021-ci il tarixli, 00100- 1700/21 saylı protokoldan görünür ki, “AZƏRBAYCAN KAĞİZ VƏ KARTON İSTEHSALİ KOMBİNATİ“ MMC 05.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsində **********3920 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Qruppa İlim” şirkətindən 69164/1 nömrəli 22.07.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə 52912235, 29307097 nömrəli vaqonlarla göndərilmiş malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 04.08.2021-ci il tarixdə, saat 05 radələrində Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yüklərə dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilənədək elektron formada gömrük orqanına verməmişdir. Nəticədə “AZƏRBAYCAN KAĞİZ VƏ KARTON İSTEHSALİ KOMBİNATİ“ MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. AR Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. “AZƏRBAYCAN KAĞİZ VƏ KARTON İSTEHSALİ KOMBİNATİ“ MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində qeyd edilən inzibati xəta hadisəsini törətmişdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “AZƏRBAYCAN KAĞİZ VƏ KARTON İSTEHSALİ KOMBİNATİ“ MMC barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, inzibati xətanın xarakterini, törədilmə üsulunu və şəraitini nəzərə alır və cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “AZƏRBAYCAN KAĞİZ VƏ KARTON İSTEHSALİ KOMBİNATİ“ MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130, 505-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt şəhəri, ev Metalbazaya gedən asfalt yolu ilə Bakı-Rostov D/Y ünvanında qeydiyyatda olan “AZƏRBAYCAN KAĞİZ VƏ KARTON İSTEHSALİ KOMBİNATİ“ MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə tutularaq X1 Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************. SWİFTBİK: CTREAZ22, Alan: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi – Hesab: AZ13CTRE********************. VÖEN: **********, D3 qrafası Büdcə təsnifatının kodu: 142533, D4 qrafası Büdcə səviyyəsinin kodu: 7 hesaba köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar