Məhkəmə qərarları › İş №3(060)-3014/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3014/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3014/2024 23.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X4, Məhkəmə iclas katibi:X5, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs: Şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin vəkili: Abşeron rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Sumqayıt şəhər Prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması və toplanmış materialın baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Qərar və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, işdə nahar fasiləsinə yaxın qəza baş vermiş, qəza nəticəsində Rəfiqə xanımın barmaqları zədələnmişdir. Qəzanın baş verməsi onun səhlənkarlığı üzündən olmuşdur. Orada dəmir lövhə qoyulmalı idi, lakin qoymamışdır. Hadisənin baş verməsinə çox təəssüflənir, nə köməklik lazımdırsa edə bilər, məhkəmə tərəfindən veriləcək qərarla da razıdır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin vəkili X6 məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq prokurorluğun nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənov tərəfindən qəbul edilmiş 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. - 04 dekabr 2024-cü il tarixdə Sumqayıt şəhər prokurorluğunun müstəntiqi X10 tərəfindən toplanmış 335-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmiş, X3, X12, X8 və X1 əməlində cinayət tərkibi olmadığı üçün barələrində material üzrə cinayət işin başlanması rədd edilmişdir. - Əmək təhlükəsizliyi tədqiqi ekspertizasının 10/8806 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST»-ün 2.1.5 bəndinin tələbləri pozulmuşdur. Sumqayıt şəhəri, Yaşma bağlar massivində yerləşən “Sədəf-S" MMC-yə məxsus sabun hazırlanması sexində quraşdırılmış sabun presləmə avadanlığının təhlükə mənbəyi olan hərəkətli hissəsinin, yəni presləmə qolunun üzərində olan qoruyucu örtüyün yerində olmasını təmin etmədiyinə görə, «İstehsalat avadanlıqları Ümumi təhlükəsizlik tələbləri 12.2.003-91 DUST»-ün 2.1.5 bəndinin tələbləri xx.xx.2024-cü il tarixli 24/06/14-1 №-li əmrə əsasən müəssisədə istismar edilən müxtəlif təyinatlı maşın, mexanizm, qurğu, avadanlıq, cihaz və s-lərin saz vəziyyətdə saxlanılması, düzgün və təhlükəsiz istismar edilməsinə cavabden məsul şəxs təyin edilmiş Şəxs tərəfindən pozulmuşdur. Hadisənin avadanlığın texniki vəziyyətinin qaydalara uyğun olmaması (yəni qoruyucu örtüyün yerində olmaması) nəticəsində baş verməsini nəzərə alaraq, X7 özü tərəfindən texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. - Məhkəmə-tibbi ekspertizasının T 779/2024 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, vətəndaş R.Ə.Hacıyevada sol əlin İİ barmağının orta falanqasınm hərəkət məhdudluğu və deformasiyası ilə müşayiət olunan çıxığı və oynaqdaxili yerdəyişmiş açıq sınığı. İİİ barmağın falanqa-daraq oynağı səviyyəsindən amputasiyası (barmağın tam itirilməsi). İV barmağının distal falanqasınm yerdəyişmiş açıq sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə sol əlin dəzgahın arasında qalıb sıxılması nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə ümumi əmək qabiliyyətinin 1/3-də az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı (10+5%) itirilməsinə səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddir. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün etirafedici izahatı və işdə olan sübutlarla təsdiq edilir. Ona görə də Şəxs İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin: - 198.3-cü maddəsinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: "xxxx" MMC-də baş operator vəzifəsində çalışan, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.500,00 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar