Məhkəmə qərarları › İş №3(060)-3016/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3016/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3016/2024 11.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X10 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-1383/2017 nömrəli, xx.xx.2024-cü il tarixli 2(060)-1191/2024 nömrəli, xx.xx.2017-ci il tarixli 2(060)-3384/2017 nömrəli, xx.xx.2023-cü il tarixli 2(060)-4673/2023 nömrəli, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-1008/2019 nömrəli və Sumqayıt Notariat kontorunun 8i-39490 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə tələbi üzürsüz səbəbdən icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X10 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1383/2017 nömrəli, xx.xx.2017ci il tarixli icra sənədinə əsasən Şəxs və X1 müştərək qaydada 3767,58 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(005)-1008/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs, X2 və X3 müştərək qaydada tələbkar "xxxx" İKB ASC-nin xeyrinə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1191/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 3568.57 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3384/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 2235.92 manat məbləğində borc pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4673/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 515,18 manat borc tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə, Sumqayıt “ASAN xidmət” mərkəzində Dövlət Notariat Kontorunun 8İ-39490 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 9650 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə tələbkarlar borclarını tələb edir. Bir neçə icra sənədindən ümumiyyətlə ödənişlər edilməmişdir. Ödənişlər yalnız "xxxx" ASC və “Lukoyl” Bank-dan olan bocları üzrə edilmişdir. Hazırda "xxxx" ASC-yə 995 manat, "xxxx" MMC-yə 3568.57 manat, "xxxx" İKB ASC-yə 5934 manat, "xxxx" ASC-yə 515.18 manat , "xxxx" ASC-yə 1195 manat, tələbkar X6 9650 manat məbləğində borcu vardır. Göstərilən halları nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, hazırda yeni işə düzəlib. Bundan əlavə qeyd olunan icra sənədlərindən başqa aliment də ödəyir. O, qısa bir müddət ərzində "xxxx" KB ASC-yə olan borcunu aylıq 200 manat olmaqla ödəyə bilər. Bundan əlavə ona vaxt verildiyi halda o, borcundan ümumilikdə 1000 manat məbləğində ödəniş edəcəkdir. Göstərilən halların nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli yayımır, maddi imkanı yaxşı olmadığı üçün və eyni zamanda aliment ödədiyinə görə borcunu ödəyə bilmir. Qısa müddət ərzində borclu şəxsin yaranmış borcundan ödənişlər həyata keçirəcəyini nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1383/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs və X1 müştərək qaydada 3767,58 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(005)- 1008/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs, X2 və X3 müştərək qaydada tələbkar "xxxx" İKB ASC-nin xeyrinə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1191/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 3568.57 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3384/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 2235.92 manat məbləğində borc pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4673/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 515,18 manat borc tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə, Sumqayıt “ASAN xidmət” mərkəzində Dövlət Notariat Kontorunun 8İ-39490 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 9650 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən qeyd olunan icra sənədləri bir icraatda birləşdirilmişdir. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icra sənədləri üzrə tələbin könüllü icrası Şəxs tələb edilmişdir. Bildirişlər Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsində verdiyi izahatlarda ona vaxt veriləcəyi halda hissə-hissə ödənişlər edə biləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədləri üzrə icraata başlama barədə qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə bildirişlər borcluya təqdim edilmiş, lakin, borclu bu günədək icra sənədində göstərilən tələbi icra etməmiş, icra idarəsinə gəlməkdən yayınmış və axtarış qərarı əsasında onun icra idarəsinə gətirilməsi mümkün olmuşdur. Borclu həm icra idarəsində, həm də məhkəmə iclasında verdiyi izahatında borcundan hissə-hissə ödəniş edəyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə indiyədək çox cüzi məbləğdə ödənişlər etməsi, bəzi icra sənədləri üzrə ümumiyyətlə ödənişlər etməməsini, icra idarəsinə gəlməkdən yayınması və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 3 sata görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməldir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001- ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin Vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar