Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3019/2022 23.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə təqsirləndirilməsinə dair materiala inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2022-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2022-ci il tarixdə saat 00:15 radələrində vət. Şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Yaşma bağlar massivində yeləşən “Nihad” marketin qarşısında ictimai qaydanı kobud surətdə pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2022-ci il tarixdə saat 00:15 radələrində vət. Şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Yaşma bağlar massivində yeləşən “Nihad” marketin qarşısında polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərə qəsdən tabe olmamışdır. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə ilə xx.xx.2022-ci il tarixli MN seriyalı 1368242№li protokolla və həmin Məcəllənin 510-cu maddəsi ilə xx.xx.2022-ci il tarixli MN seriyalı№li inzibati xəta haqqında protokola eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 3018/2022 və 3(060)-3019/2022 nömrəli işlər bir icraatda, yəni 3(060)-3018/2022 nömrəsi ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə 23 noyabr 2022-ci il tarixli MN seriyalı№li protokola və həmin Məcəllənin 510-cu maddəsi ilə 23 noyabr 2022-ci il tarixli MN seriyalı№li inzibati xəta haqqında protokola eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-3018/2022 və 3(060)-3019/2022 nömrəli işlər bir icraatda, yəni 3(060)-3018/2022 nömrəsi ilə birləşdirilsin. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3019/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3019/2022
23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver