Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-302/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1965-ci ildə Qubadlı rayonu, Mahruzlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətandaşı, subay, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Mahruzlu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 9-cu mikrorayon , ev 31, mənxil 69 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən 21 yanvar 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə (bundan sonra mətndə İXM) MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1037/2010 saylı, 13.05.2010-cu il tarixli icra sənədinə əsasən Şəxs, X7 və Hacıyeva Dünyaxanım Rafiq qızı Sumqayıt şəhəri, 9-cu mikrorayon , ev 31, mənxil 69 ünvanından çıxarılmalıdır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 21.01.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-302/2021 saylı 04.02.2021-ci il tarixli qərarı ilə Fərəcova X6 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500,00 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-868/2021 saylı 04.02.2021-ci il tarixli qərarından icra sənədi üzrə tələbkar X8 tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-157/2021 saylı 22.02.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 04.02.2021-ci il tarixli 3(060)-302/2021 saylı qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün 31.03.2021ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. İnzibati xəta haqqında işə baxılması 13 aprel 2021-ci il tarixə təyin edilmiş, lakin tərəflər məhkəmə iclasına gəlmədiklərindən işin baxılması 23 aprel 2021-ci il tarixə təxirə salınmışdır. 23 aprel 2021-ci il tarixdə protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlmədiyindən işin baxılmaı 18 may 2021-ci il tarixə təxirə salınmışdır. 18 may 2021-ci il tarixli məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1037/2010 saylı, 13.05.2010-cu il tarixli icra sənədinə əsasən Şəxs, X7 və Hacıyeva Dünyaxanım Rafiq qızı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 31, mənxil 69 ünvanından çıxarılmalıdır. Lakin borclu üzrüsüz səbəbdən icra sənədini icra etməmişdir. Borclu icra sənədini icra etməməsinin səbəbi kimi bildirir ki, bacısı mənzillə təmin olunsa da ona hər hansı mənzil ayrılmamış və o mənzillə təmin olunduğu halda icra sənədini icra edəcəyini bildirmişdir. İcra məmuru X1 Güllər Kamal qızının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Fərəcova X6 xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4590/2019 saylı 22.05.2019-cu il tarixli icra sənədinə əsasən o, və ailə üzvləri Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 11, mənzil 28-dən çıxarılmalıdır. O, məcburi köçkün kimi sözü gedən ünvanda məskunlaşıb. O, dəfələrlə Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, o və ailə üzvləri mənzillə təmin edilməmişdir. Buna görə də həmin mənzildən çıxmır. Sumqayıt Apellyasiya Məhkəməsinin hazırki işlə bağlı qərarındakı hüquqi mövqe ilə bağlı bildirir ki, sözü gedən mənzildə tələbkarın ailə üzvləri ilə onların ailəsinin bir yerdə yaşaması mümkünsüz olduğundan qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunan Sumqayıt Şəhər Məhkəməsinin Elektron Məhkəmə İnformasiya Sisteminin çıxarışından görünür ki, Zərərçəkmiş şəxs şəxsi məlumatlarında onun 01.05.2021-ci il tarixdə ölməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq heç bir üzürlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, borclunun izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Fərəcova X6 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Sumqayıt Apellyasiya Məhkəməsinin hazırki işlə bağlı qərarındakı hüquqi mövqe ilə bağlı borclunun məhkəmə iclasındakı izahatını, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədini üzürlü səbəb olmadan icra etmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500,00 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-302/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-302/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver