Məhkəmə qərarları › İş №3(060)-302/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-302/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-302/2023 07.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Protokol tərtib etmiş şəxsin nümayəndəsi – 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X6 barəsində 26 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Sumqayıt şəhəri, “MERO” adlanan ərazinin arxasında yerləşən X4 məxsus fərdi yaşayış evinin çirkab sularının təyinatsız olaraq çölə, torpaq əraziyə axıdılmasına yol verilmişdir. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Nümayəndə bildirdi ki, vətəndaş X1 X6 tərəfindən çirkab sularının yola axıdılması barədə şikayəti daxil olmuşdur. Şikayət əsasında araşdırma aparılmış və məlum olmuşdur ki, X3 yola yaxın ərazidə şambo quyusu vardır və həmin quyu dolduğundan çirkab suları yola axır. Buna görə də X6 barəsində protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 bildirdi ki, onun tərəfindən çirkab suları yola deyil, şamboya axıdılır. Şambo dolduqca isə onu çəkdirir. Həmçinin şambo dolsa belə hər tərəfi bağlı olduğundan onun daşması mümkün deyildir. Çirkab suları onun tərəfindən deyil qonşular tərəfindən axıdılır. Əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Şahid bildirdi ki, həmin əraziyə çirkab sularının axıdılması barədə şikayət daxil olduğundan araşdırma aparılması üçün icra nümayəndəsi ilə birlikdə həmin əraziyə gedərək baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, X6 çirkab sularını axıtdığı yerdən suyun qarşısını açmış və yola axıtmışdır. Bu barədə akt tərtib olunmuş, şəxs özü də akta imza etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, fiziki şəxs X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, hadisə yerinin fotoşəkilləri və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, yaşadığı ərazidə yerləşən fərdi yaşayış evinin şambosunun çirkab sularının yola axıdılması və gölməçə yaradılması barədə Nazirliyin Qaynar xəttinə o müraciət etmişdir. Tədbir görülməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC “Sumqayit Sukanal” İdarəsi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış 13-16-7/2-71/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Sumqayıt şəhər Dəmiryol yük həyəti rayonu ərazisində əhalini içməli su ilə təmin etmək üçün su şəbəkəsi qurulmuş və sayğacla təmin olunmuşdur. Həmin ərazidə kanalizasiya şəbəkəsi mövcud olmadığından şambolardan (septik qurğu) istifadə olunması nəzərdə tutulmuş və buna görədə əhalidən kanalizasiya xidmət haqqı ödənilmir. “Azərbaycan Respublikasının regionlarının sosial—iqtisadi inkişafı Dövlət ProqramTnın həyata keçirilməsi ilə əlaqədar tədbirlər Planına uyğun olaraq"xxxx" ASC tərəfindən Sumqayıt şəhərinin qəsəbələri və yaşayış massivləri üzrə Acı dərə kanalı, Sumqayıt çay.H.Z.Tağıyev qəsəbəsinin bir hissəsi, Tuq zavod,o cümlədən Dəmiryol yük həyəti rayonu ərazisindəformalaşan çirkab suların mərkəzləşdirilmiş şəkildə yığılıb təmizlənməsi məqsədi ilə Abşeron yarımadası və Sumqayıt şəhərinin yaşayış məntəqələrinin su və kanalizasiya sistemləri ilə təmin olunması tədbirləri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə yenidən qurulma layihəsinə salınmışdır. Tədbirlər planına uyğun olaraq tikinti-quraşdırma işlərinin icrası mərhələlərlə davam etdiriləcəkdir. İş materiallarında olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 yanvar 2023-cü il tarixli, 77008 nömrəli aktından görünür ki, Sumqayıt şəhəri, St.Sumqayıta gedən yolun sol kənarında yük həyəti MERO adlanan ərazinin arxasındakı fərdi yaşayış evində yaşayan X5 tərəfindən yaşadığı ərazidə qonşunun şambosunun çirkab sularının çöl əraziyə axıdılması və gölməçə yaratması barədə Nazirliyin Qaynar Xətti Mərkəzinə daxil olmuş və icra üçün 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli İD nömrəli 16693 saylı müraciət əsasında şikayətçi X1 ərazi üzrə xidməti sahəsi olan Sumqayıt şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məsləhətçi-mühəndisi X2 və qeyd olunan ərazidə yerləşən fərdi yaşayış evinin sakini X3 iştirakı ilə qeyd olunan ərazidə yerində araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı baxış keçirilərkən müraciətdə göstərilən ərazidə yerləşən X4 məxsus fərdi yaşayış evinin şambo sistemindən çirkab suların çölə, torpaq əraziyə axıdılması faktı müəyyən edilmiş və ərazinin fotoşəkli çəkilmişdir. Bununla bağlı şikayətçi X1 və fərdi yaşayış evinin sahibi X3 izahatı alınmışdır. Eyni zamanda 2Azərsu” ASC-nin Sumqayıt Sukanalı idarəsi tərəfindən idarəyə təqdim edilmiş arayışda müraciətdə göstərilən ərazidə fərdi yaşayış evlərində formalaşan məişət çirkab sularının axıdılması üçün ümumiyyətlə kanalizasiya şəbəkəsinin mövcud olmaması səbəbindən həmin əraziyə xidmət göstərilmədiyi, sakinlər tərəfindən fərdi qaydada yaşadıqları evlərin həyətyanı sahəsində quraşdırılan şambo sistemindən istifadə etdikləri bildirilmişdir.Bununla da Sumqayıt şəhəri, MERO adlanan ərazinin arxasındakı fərdi yaşayış evinin sakini faktiki Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 55, mənzil 19-da qeydiyyatda olan X6 tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 45 və 103-cü maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş X6 barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1989-cu ildə ünvan 1 ünvanda qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Mero adlanan ərazidə fərdi yaşayış evində yaşayan X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 100 (bir yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Haciyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar