Məhkəmə qərarları › İş №3(060)-302/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-302/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-302/2024 19.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X5 məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Toyota Prius” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı küçəsində hərəkətdə olan zaman YPX inspektoru onu saxlayaraq yol hərəkəti qaydasını pozduğunu və buna görə də, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağını bildirmişdir. O, protokolun tərtib edilməsi ilə razılaşmayaraq qaydanı pozmadığını demişdir. Həmçinin YPX əməkdaşına yol hərəkəti qaydasını pozması ilə bağlı ona hər hansı sübut və ya görüntü varsa təqdim etməsini bildirmiş, YPX əməkdaşı isə video görüntünün olduğunu demiş, lakin heç bir görüntü təqdim etməmişdir. YPX əməkdaşı onu gözlətdikdən sonra ona DYPŞ-nə dəvət olunacağını və onun iştirakı ilə qərar qəbul ediləcəyini bildirmiş, lakin o, heç yana dəvət olunmamışdır. Həmçinin elə həmin gun, yəni xx.xx.2024-cü il tarixdə onun inzibati xəta haqqında protokola etirazı olsa da, qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. İİ Qarabağ müharibəsi veteranı olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X5 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Bakı küçəsində hərəkətdə olan zaman “Toyota Prius” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili avtopatrul maşınının qarşısına sürmüşdür. Sürücü onun tərəfindən saxlanılmış, qayda pozuntusu izah olunmuş, ona Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola əsasən qərar qəbul edilərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Sürücü DYPŞ-də səlahiyyətli şəxslərin yanında olmuş, qayda pozuntusu ona izah olunmuş, lakin sürücü qaydanı pozmadığını bildirmişdir. Yol hərəkəti qaydasının pozulması barədə video görüntü vardır və məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİnin DYPŞ-nin YPX inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, qərardan şikayət vermiş şəxs X1 idarə etdiyi “Toyota Prius” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozmuşdur. İş materiallarında olan 75633 nömrəli vəsiqənin surətindən görünür ki, X4 Azərbaycan Vətən Müharibəsi X2 üzvüdür. İş materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, X4 Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları alınmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 və protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X3 izahatını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİnin DYPŞ-nin YPX inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməlidir. Belə ki, qərardan şikayət vermiş şəxs X4 şikayətində DYPŞ-nin əməkdaşından yol hərəkəti qaydasını pozması barədə videogörüntü göstərməsini bildirmiş, YPX əməkdaşı qayda pozuntusu barədə videogörüntü olsa da, ona göstərməmişdir. O, protokolla razı olmamış, lakin buna baxmayaraq Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X5 Azərbaycan Respublikası İXM-nin 124.4-cü maddəsinin tələblərini pozaraq inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli və yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qərar qəbul edilməli olduğu halda o, özü X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 80 (səksən) manat məbləğində inzibati cərimə etmişdir. Bununla da, inzibati xəta haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasna görə barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti qismən təmin olunmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130 və 134.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilsin. 01 (bir) ədəd disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar