Məhkəmə qərarları › İş №3(060)-3020/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3020/2020

10.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3020/2020 10.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin rəisi X8 tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından barəsində inzibati qərar çıxarılan şəxs X4 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Materialdan görünür ki, X7 26.1.2020-ci il tarixdə Sumqayıt şəhəri, 9 və 10-cu mikrorayonların arasında yerləşən Yaşar kafesində epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin qaydalarını pozmuşdur. X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin rəisi X8 tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 3000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayətdə göstərilir ki, xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Qida X6 Regional Bölməsi tərəfindən onun barəsində guya pandemiya qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixdə onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola uyğun olaraq MN ******* saylı qərar qəbul edilərək 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Nə inzibati xəta haqqında protokol, nə də inzibati xəta haqqında qərar qəbul edilərkən onun iştirakı təmin olunmayıb. Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin rəisi X11 tərəfindən aşağıdakı səbəblərə görə qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız hesab edir. Sumqayıt şəhəri, 9 və 10-cu mikrorayon arasında "Yaşar" kafesində fəaliyyət göstərir. "Yaşar" kafesinin girəcəyində, eləcə də, epidemiyanın qarşısının alınması üçün müəyyən olunmuş qaydalara tam riayət olunur. Azərbaycan Respublikasının vətəndaşı kimi o da, müştəriləri, yaxınları, dövlətin vətəndaşlarının xəstələnməsinin əleyhinədir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7, inzibati xəta haqqında qərar vermiş şəxs gəlməmiş, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin rəisi X8 tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinə göndərilməlidir. Qərarın tərtibi zamanı Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, məhkəmə tərəfindən X4 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin rəisi X9 tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə tam əməl edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar ətraflı araşdırılmamış, qərarda nəyin müəyyən olunduğu, X4 hansı hərəkəti, davranışı ilə, harada, hansı inzibati xətanı törətməsi barədə (qoruyucu vasitələrdən istifadə edilməməsi, məsafə gözlənilməməsi və s.) məlumatlar öz əksini tapmamışdır. X1 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini hansı hərəkətlə, hansı qaydada pozması göstərilməmişdir. Hal-hazırda həmin halların, həmçinin X7 tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin rəisi X8 tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati qərar çıxarılan şəxs X4 iştirakı ilə yenidən baxılması üçün Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin rəisi X8 tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin rəisi X8 inzibati xəta haqqında MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən barəsində inzibati qərar çıxarılan şəxs X4 iştirakı ilə Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar