Məhkəmə qərarları › İş №3(060)-3024/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3024/2022

24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3024/2022 24.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Lamiyə Hüseynquliyevanın, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Alviz Əşrəf oğlunun, Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Ermənistan Respublikasının Krasnosel şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan və Şəmkir Şəhəri, Yeni-Həyat kəndində ünvanında qeydiyyatda olan, Məmmədov Alviz Əşrəf oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Lamiyə Hüseynquliyeva tərəfindən Məmmədov Alviz Əşrəf oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Məmmədov Alviz Əşrəf oğlu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3652/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmiş və 1514 manat aliment borcu yığılmışdır. X1 Əşrəf oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Lamiyə Hüseynquliyeva məhkəməyə bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3652 saylı, xx.xx.2019cu il tarixli icra sənədinə əsasən borclu Məmmədov Alviz Əşrəf oğlundan xx.xx.2018ci il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. X3 Əşrəf oğlu borcunu ödəməkdən yayınmış və icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmiş, borcunu tam ödəməmişdir. Buna görə də, Məmmədov Alviz Əşrəf oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Alviz Əşrəf oğlu məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3652/2018 saylı, xx.xx.2018-ci il tarixli icra icra sənədinə əsasən onun tələbkar Zərərçəkmiş şəxs 1500 manat aliment borcu yığılmışdır. Hazırda o tələbkarla razılığa gələrək mövcud olan borcundan 800 manat ödəmişdir. Qalan 700 manat borcu isə 2 ay ərzində ödəyəcəyi barədə razılığa gəlmişlər. Ona görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Məmmədov Alviz Əşrəf oğlunun ona Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3652/2018 saylı, xx.xx.2018-ci il tarixli icra icra sənədinə əsasən 1500 manat aliment borcu vardır. Hazırda aralarında olan razılığa əsasən borclu ona mövcud olan borcundan 800 manat ödəmişdir. Qalan 700 manat borcu isə 2 ay ərzində ödəyəcəyi barədə razılığa gəlmişlər. Ona görə də, Məmmədov Alviz Əşrəf oğluna qarşı heç bir şikayəti yoxdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Məmmədov Alviz Əşrəf oğlu tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Məmmədov Alviz Əşrəf oğlunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3652/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Məmmədov Alviz Əşrəf oğlunun 1514 manat borcu vardır. Borc ödənilməmişdir. Buna görə də, icra məmuru tərəfindən həmin borcun qərəzli olaraq ödənilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Alviz Əşrəf oğlu məhkəmədə verdiyi izahatında tələbkarla razılığa gəldiklərini, borcundan 800 manat ödədiyini, qalan 700 manat borcu iki ay ərzində ödəyəcəyini bildirmişdir. Lakin icra məmuru tərəfindən qeyd edilən hallar araşdırılmadan, inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırda Məmmədov Alviz Əşrəf oğlunun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Məmmədov Alviz Əşrəf oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Məmmədov Alviz Əşrəf oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar