Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-303/2021 26.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs- Ağayeva Əsli Curuq qızının iştirakları ilə, 22.05.1964-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Xəzər bağları fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 21.01.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 25.12.2020-ci il tarixdə saat 14:25 radələrində Sumqayıt şəhəri Xəzər bağları ərazisində bağ qonşusu Ağayeva Əsli Curuq qızını döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.4-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X1 Bəsirə Murtuza qızı barəsində onun X11 döyməsi ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsinə dair 10.01.2021-ci il tarixdə qərar çıxarıldığını, bu səbəbdən də əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə inzibati xətaya dair protokol tərtib olunduğunu bildirərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, X14 onun qonşuluğunda yaşayır. Əslinin evini təmir edən ustaların onun evinin hasarından boylanaraq həyətinə baxmağı səbəbindən 25.12.2020-ci il tarixdə aralarında münaqişə baş vermiş, bu zaman həyat yoldaşı X10 həmin ustalara öz iradını bildirdikdə evdən çıxan Əsli və onun qızı Ülviyyə ərinə qarşı nalayiq ifadələr səsləndirmiş, lakin o, Əslini vurmamış, ümumiyyətlə onun əlində taxta parçası olmamışdır. Bütün bunları nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs X14 izahatında bildirdi ki, Şəxs onun qonşusudur. Əvvəllər ailəvi gediş-gəlişləri olmuşdur. Ancaq daha sonralar aralarında münasibət soyuqlaşmışdır. 25.12.2020-ci il tarixdə, təxminən 16:30 radələrində qızının yaşadığı Sumqayıt şəhəri Xəzər bağları ərazisindəki evin qarşısında təmir tikinti işləri aparan zaman qonşuluqda yaşayan Bəsirə buna etiraz etməyə başlamış və heç bir səbəb olmadan onların ünvanına nalayiq ifadələr ilə söyüb təhqir etməyə başlamışdır. O, həmin vaxt Bəsirənin sözlərinə etiraz etdikdə Bəsirə əlində olan taxta parçası ilə qızı Ülviyyənin üzərinə hüçüm çəkmiş, qızı Ülviyyə həmin zərbələrdən yayımış və nəticədə həmin taxta parçası onun sağ əlinə dəymiş və o, xəsarət almış, hadisədən sonra qızı polisə zəng etmişdir. Hadisə vaxtı o, Bəsirəyə heç bir xəsarət yetirməmişdir. Həmin vaxt Bəsirənin həyat yoldaşı Əkrəm Əliyev orada olmamışdır. Hadisədən sonra təhqiqatçı evə gəlmiş və əlindəki xəsarəti görmüşdür. Bəsirənin qapısını döyüb ondan niyə belə etdiyi soruşduqda, o da cavabında “vurmuşam, yaxşı eləmişəm” deyərək qapını bağlamışdır. Bütün bunları nəzərə alaraq, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat vermiş X3 bildirdi ki, 25.12.2020-ci il tarixdə, təxminən 16:30 radələrində yaşadığı ünvanın qarşısında təmir tikinti işləri aparan zaman qonşuluqda yaşayan Bəsirə buna etiraz edib söyüşlər söyməyə başlamış, o da iradını bildirdikdə Bəsirə əlindəki taxta parcası ilə ona tərəf hücum çəkməyə başlamış, onun hücumundan yayındığı üçün Bəsirənin əlindəki taxta parçası anasının əlinə dəymişdir. Bundan sonra hadisə barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Hadisə vaxtı Bəsirənin həyat yoldaşı Əkrəm Əliyev orada olmamışdır. İş üzrə şahid qismində izahat vermiş X10 bildirdi ki, 25.12.2020-ci il tarixdə, təxminən 16:30 radələrində yaşadığı evə gələn zaman qonşuluqda işləyən ustaların onun evinin hasarına dırmaşdığını görüb onlara öz iradını bildirdikdə evdən çıxan Əsli və qızı Ülviyyə küçə söyüşləri ilə onu təhqir etmişdir. Həyat yoldaşı Bəsirə Əslini vurmamışdır. İş üzrə şahid qismində izahat vermiş Rəcəbli Röyal İsfəndiyar oğlu bildirdi ki, X14 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək 25.12.2020-ci il tarixdə, təxminən 16:30 radələrində qızının yaşadığı Sumqayıt şəhəri Xəzər bağları massivi, fərdi evin qarşısında qonşuluqda yaşayan Bəsirə adlı qadının taxta parçası ilə onun sağ əlinə vuraraq xəsarət yetirməsini bildirmişdir. O, Ağayeva Əslinin əlində xəsarətləri görmüşdür. Şəxs yaşadığı ünvanının qapısını döydükdə Bəsirə qapını açıb “vurmuşam yaxşı etmişəm, əcəb etmişəm” sözlərini deyərək qapını üzünə bağlamışdır. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati işin materiallarında olan 10.01.2021-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd olunmasına dair qərar çıxarılmış və əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan qərar Sumqayıt ŞPİ-nin 4-cü PB-yə göndərilmişdir. Həmçinin inzibati işin materiallarında olan 28.12.2020-ci il tarixli, 1483 saylı məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, X9 bədəni üzrərində sağ əlin şişkinliyi-qançırı xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən taxta parçası ilə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla 25.12.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-303/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-303/2021
26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver