Məhkəmə qərarları › İş №3(060)-303/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-303/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-303/2022 26.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyiilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1980-cı ildə Ermənistan SSR, Əzizbəyov, R.Karmraşen kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, İ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Çerkassı küçəsi fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 529.2-ci maddəsi ilə 26 yanvar 2022-ci il tarixdə MN seriyalı ******* №li və 26 yanvar 2022ci il tarixdə MN seriyalı ******* inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2052/2019 saylı, 18.04.2019-cu il tarixli icra sənədini üzrüsüz səbəbdən icra etməmişdir; Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-4467/2019 saylı, 19.12.2019-cu il tarixli icra sənədini üzrüsüz səbəbdən icra etməmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 yanvar 2022-ci il tarixdə MN seriyalı ******* №li və 26 yanvar 2022-ci il tarixdə MN seriyalı ******* inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-302/2022 və 3(060)-303/2022 №li işlər bir icraatda 3(060)-302/2022 nömrə ilə birləşdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-302/2022 və 3(060)-303/2022 №li işlər bir icraatda 3(060)- 302/2022 nömrə ilə birləşdirilsin. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar