Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3039/2021 09.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs - Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09 sentyabr 2021-ci il tarixli, MN 1162088-1251 nömrəli, 09 sentyabr 2021-ci il tarixli, MN 1162090-1252 nömrəli inzibati xəta haqqında protokollar daxil olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-3038/2021 №li iş, və 3(060)-3039/2021 №li iş bir icraatda, 3(060)-3039/2021 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında bildirdi ki, Şəxs 04.08.2021-ci il tarixdə Sumqayıt şəhəri 41-ci məhəllə, 14 saylı yataqxana, mənzil 7-də yaşayan X4 məxsus “Şadman” markalı avtomaşından “Pioneer” markalı maqnitafon və 02 ədəd kalonka oğurlamışdır. Bundan başqa o, 14.05.2021-ci il tarixdən 15.05.2021-ci il tarixə keçən gecə X5 məxsus maşından 84 manat pul, 50 manat dəyərində eynək, 7 manat dəyərində adapter, 10 manat dəyərində siqaret oğurlamışdır. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirdi. Məhkəmə inzibati xətaya dair iş materiallarını öyrənərək müəyyən etdi ki, Şəxs 04.08.2021- ci il tarixə keçən gecə Sumqayıt şəhəri, 41-ci məhəllə, 14 saylı yataqxana, mənzil 7-də yaşayan X4 məxsus və yaşadığı evin qarşısında saxlamış olduğu “Şadman” markalı, **-CK-*** nömrə nişannlı avtomaşının sağ yan şüşəsini sındırmaqla salona daxil olub oradan cəmi 150 manat dəyərində “Pioneer” markalı maqnitafon və iki ədəd kalonkanı oğurlamaqla sonuncuya 150 (bir yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Şəxs 15.05.2021-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 4, otaq 13-də yaşayan X3 yaşadığı binanın həyətində saxladığı “VAZ 21010” markalı, **-DR-*** nömrə nişanlı avtomaşından 4 manat qəpik pulları, 80 manat kağız pulları, 50 manat dəyərində gün eynəyini, 7 manat dəyərində telefon üçün adapteri və ümumi dəyəri 10 manat olan 4 qutu “Vinçester” siqaretlərini oğurlayaraq sonuncuya ümumilikdə 151 (bir yüz əlli bir) manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 maddəsinin qeyd hissəsinə əsasən Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurduğu hallarda yaranır. Bu məcəllənin 177.2.1, 177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Odur ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri aşkar olunduğundan materiallar cinayət işinin başlanılması məsələsinin həll edilməsi üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilməlidir. Belə ki İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan 09 sentyabr 2021-ci il tarixli, MN 1162088-1251 nömrəli, 09 sentyabr 2021-ci il tarixli, MN 1162090-1252 nömrəli inzibati xəta haqqında protokollar üzrə inzibati xətaya dair materiallar cinayət işinin başlanılması məsələsinin həll edilməsi üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3039/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3039/2021
09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver