Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-304/2024 29.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tətib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3706/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Hazırda borclunun 605 manat ödənilməyən borcu vardır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3706/2022 saylı, xx.xx.2022ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru S.Qasımlının icraatına daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, MN1746418 nömrəli inzibati xəta haqqında protokol isə onun tərəfindən tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmnin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan əlavə icra məmuru ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclunun 605 manat borcu var, zərərçəkmiş şəxs aliment borcunun tam ödənilməsini tələb etdiyi üçün borclu barəsində inznibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol məhkəməyə gətiriləndək borclu tərəfindən aliment borcu üzrə 170 manat məbləğində pul ödənilmişdir, qalıq borc 435 manat təşkil edir. Borclu icra məmurunun çağırışlarına gəlməmiş, buna görə də barəsində axtarış qərarı qəbul edilmişdir. Halhazırda borclu axtarış qərarı əsasında icra şöbəsinə gətirilmişdir. Borcluya 2023-cü ildə sms bildiriş göndərilməsi və ya ünvanına bildirişlərin göndərilməsi barədə iş materiallarında hər hansı sənəd mövcud deyil. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, 13 ildir ki, hər ay davamlı olaraq alimenti ödəmiş, bu gün də 170 manat ödəniş etmişdir. Qalan borcu isə fevralın 15-nə kimi ödəyəcəkdir. O, fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün aliment borcu yaranmışdır. İşi ilə bağlı bəzən elə hallar olub ki, 2 ay ödəniş edə bilməsin, lakin daha sonra həmin məblələri Onun telefonuna sms bildiriş yaxud da evinə bildiriş gəlməmişdir. İcra məmuru həçmişə onu dəvət edən kimi gəlmişdir. Sahə rəisi onun mobil telefonuna zəng edərək barəsində axtarış elan olunduğunu bildirmişdir. Bundan sonra o, icra məmuru S.Qasımlının qəbulunda olmuş, icra məmurundan barəsində nəyə görə axtarış elan edilməsinin səbəbini soruşduqda ica məmuru zərərçəkmiş şəxsin tələbi ilə axtarış qərarı qəbul etdiyini bildirmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs T.N.Həsənova bildirmişdir ki, borclu ikinci dəfə ailə qurmuş, himayəsində iki azyaşlı uşağı var. O, uşağa tək baxır. Uşağın xərcləri çox olduğu üçün çatdıra bilmir. Orcun tam ödənilməsini tələb edir. Borc ödənilmədiyi təqdirdə borclu barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, B.G.İsmayılovun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3706/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, aliment miqdarı dəyişdirilərək cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs axtarışı elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflər əvvəllər rəsmi nikahda olmuşlar və həmin nikahdan bir övladları olmuşdur. Sonradan tərəflər arasında nikah pozulmuş, azyaşlı uşaq anasının himayəsində saxlanılmış və Şəxs aliment tutulması qət edilmişdir. Bundan sonra müxtəlif vaxltlarda aliment miqdarının artırılması ilə bağlı iddialara baxılıb müvafiq qətnamələr qəbul edilmişdir. Sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-3706/2022 saylı qətnaməsi ilə aliment miqdarı artırılaraq cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almış, icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və xx.xx.2022-ci ildə icraata başlama haqqında qərar qəbul edilmişdir. Bundan sonra borclu aliment borclarını ödəmiş, lakin son iki ay ərzində ödəniş olmamışdır. Borclunun barəsində isə icra məmuru tərəfindən axtarış qərarı qəbul edilmişdir. Lakin, axatarış qərarı qəbul edilməmişdən öncə borclunun rəsmi qaydada dəvət edilməsini təsdiq edə biləcək heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin borcu bu gün icra idarəsinə gəldikdən sonra 170 manat, yəni 1 aylıq alimet borcunu ödəmişdir. Göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, uzun müddət ərzində borclu alimnet borcunu mütamadi ödədiyi və yalnız iki ay ərzində ödənişlər olmadığı halda ödənişin həyata keçirilməməsinin səbəblərini araşdırmadan, borclunun barəsində formal olaraq axtarış qərarı qəbul edilmişdir. Uzun müddət ərzində borclarını mütamadi ödəyən şəxsin yalnız iki ay ərzində ödəniş etməməsinin səbəbləri araşdırılmadan və qərəzin olmasının təsdiq edən sübutlar əldə edilmədən şəxs barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs münasibəti qərəzli olamamış, subyektiv mülahizələrə əsasən onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-304/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-304/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver