Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3042/2021 10.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis leytenantı R.Cəfərovun, zərərçəkmiş şəxs- X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu Eçara kəndində qeydiyyatda olan və Yaşıldərə Bağlar massivi 8-ci məhəllə fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində 10 sentyabr 2021-ci il tarixdə inzibati xəta haqqında ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, o, 2021-ci ilin mart ayının 14-də yaşadığı ünvanda həyat yoldaşı Saadova Leylanı döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis leytenantı R.Cəfərov 2021-ci ilin mart ayının 14-də avqust ayında Yaşma Bağlar massivində yerləşən evində Saadova Leylanı döymüşdür. Barəsində protokol tərtib edilmiş Şəxs barəsində tərtib edilmiş protokola razı olmadığını, Saadova Leylanı döymədiyini, onun özü-özünə xəsarət yetirdiyini, bu səbəbdən də barəsindəki inzabati xəta haqqında iş üzrə icraata xitam verməsini Məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X2 14 mart 2021-ci il tarixində aralarında baş vermiş mübahisə zəminində Şəxs onu baş nahiyyəsindən vuraraq döydüyünü bildirdi və sonuncunun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati işin materiallarında olan məhkəmə tibbi ekspertizasının 278 saylı rəyindən görünür ki,X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ təpə ənsə nahiyyəsinin şişkinliyi hematoması xəsarətləri aşkar olunur ki, həmin xəsarətlər müddəti müayinədən 1 gün əvvəl olmaqla 14 mart 2021-ci il tarixə uyğun gələ bilər, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir, xəsarətin özü tərəfindən yetirilməsi inkar olunur. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati işin materialları ilə tam təsdiq olunur. Lakin Məhkəmə hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, 30 mart 2021-ci il tarixdə Sumqayıt şəhər 5ci Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Pərviz Babayev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar çıxarılmış, 30 aprel 2021-ci il tarixli qərarla iş üzrə icraat dayandırılmış,10 sentyabr 2021-ci il tarixli qərarla iş üzrə icraat təzələnmiş və inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin inzibati işin materiallarından görünür ki, iş üzrə 06 avqust 2021-ci il tarixdi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardad qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarından da göründüyü kimi 14 mart 2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair qərardad inzibati xəta törədildikdən 04 (dörd) aydan artıq müddətdən sonra başlanmışdır. Bu səbəbdən də Məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38,53.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXMnin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 05 saat hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3042/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3042/2021
10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver