Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3042/2024 12.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3, Zərərçəkmiş şəxs İsgəndərov (Şəfiyeva) Lətafət Sücayət qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1976-cı ildə Ermənistan Respublikası, Amasiyada anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 12 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-921/2013 saylı və xx.xx.2018-ci il tarixli, 2(060)-2767/2018 saylı icra sənədləri üzrə tələbi üzrsüz səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və nəticədə X2 34676 (otuz dörd min altı yüz yetmiş altı) manat aliment pulunu qərəzli olaraq ödəməmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)- 921/2013 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2001-ci il təvəllüdlü X11, xx.xx.2007-ci il təvəllüdlü X14 oğlu və xx.xx.2007-ci il təvəllüdlü X15 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində hər bir uşağa 93 (doxsan üç) manat məbləğində aliment tutulub X4 verilməlidir. İcra sənədi xx.xx.2013-cü il tarixdə İcra İdarəsinin icraatına daxil olmuş, borclu İdarəyə dəvət olunaraq bərəsində qəbul edilmiş qətnamə, icraata başlamaq haqqında qərar və tələbin könüllü icra edilməsi haqqında bildirişlə tanış edilmişdir. Eyni zamanda borclu Şəxs barəsində digər məhkəmə qətnaməsi üzrə, yəni xx.xx.2018-ci il tarixli, 2(060)-2767/2018 saylı icra sənədi üzrə alimentin miqdarı dəyişdirilərək bir uşaq üçün 154 (bir yüz əlli dörd) manat olmaqla, ümumilikdə üç uşağa 462 (dörd yüz altmış iki) manat aliment xx.xx.2018-сi il tarixdən başlayaraq tələbkara verilməsi müəyyən olunmuşdur. Borclu üzərində olan borcdan tələbkarın xeyrinə ümumilikdə 5442 (beş min dörd yüz qırx iki) manat ödəniş edilmişdir. Hal-hazırda borclunun iki qətnamə üzrə 34676 (otuz dörd min altı yüz yetmiş altı) manat ödənilməmiş aliment borcu qalmışdır. Birinci qətnamə üzrə borclu dəfələrlə inzibati məsuliyyətə cəlb olunmuşdur. 2015-ci ildə borclu məhkəmə qərarlarının icrasında qərəzli yayındığı üçün Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Borclu çağırışlara gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, icra edilməsi üçün Sumqayıt ŞPİ-yə göndərilmiş və xx.xx.2024-cü il tarixdə borclu Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq İcra İdarəsinə təhvil verilmişdir. Borclunun izahatı alınmış və o, ödəniş etmək üçün imkanının olmadığını, olsa belə ödəniş etməyəcəyini bildirmişdir. O, icra məmurunun qanuni tələblərinə tabe olmamış, ona görə də, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə edərək inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, əvvəllər hissə-hissə də olsa ödəniş etmişdir. Fərdi əməklə məşğul olur və aylıq gəliri qeyri-müəyyəndir. Atası və anası onun himayəsindədir. Əvvəllər ödəniş etdiyini, uşaqların gəlib onunla maraqlanmadığını və ona görə də ödəniş etmədiyini bildirmişdir. Hal-hazırda işləmir, maddi imkanı zəifdir, gələcəkdə yığılmış aliment borcunun hissə-hissə ödəyəcəkdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs İsgəndərov (Şəfiyeva) Lətafət Sücayət qızı bildirdi ki, uşaqların haqqını istədiyini, uşaqların artıq böyüdüyünü, təlabatlarının artdığını, ali məktəbdə oxuduqlarını, əvvəllər borclu ilə birlikdə yaşayan zaman ödəniş etdiyini, lakin 2017-ci ildən ödəniş etmədiyini bildirdi. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətə daşıdığı İXM-nin müvafiq maddəsinin sanksiyasında olan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-921/2013 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2001-ci il təvəllüdlü X11, xx.xx.2007-ci il təvəllüdlü X14 oğlu və xx.xx.2007-ci il təvəllüdlü X15 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində hər bir uşağa 93 (doxsan üç) manat məbləğində aliment tutulub X4 verilməlidir. Bundan əlavə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)- 2767/2018 saylı icra sənədindən görünür ki, alimentin miqdarı dəyişdirilərək bir uşaq üçün 154 (bir yüz əlli dörd) manat olmaqla, ümumilikdə üç uşağa 462 (dörd yüz altmış iki) manat aliment xx.xx.2018-ci il tarixdən başlayaraq tələbkara verilməsi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)- 921/2013 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)- 2767/2018 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs bildiriş təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs bildiriş təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-921/2013 saylı və xx.xx.2018-ci il tarixli, 2(060)-2767/2018 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli təqdimatdan görünür ki, borclu Şəxs məcburi gətirilməsi haqqında Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilmişdir. İş materiallarında olan Sumqaıt Şəhər Məhkəməsinin 2(060)-921/2013 saylı, xx.xx.2013-cü il tarixli qərardaddan görünür ki, borclu Şəxs məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan xx.xx.2015 və xx.xx.2019-cu il tarixli borclunun axtarılması haqqında qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, X1 hesabına borclu tərəfindən cəmi 5425 (beş min dörd yüz iyirmi beş) manat ödəniş edilmişdir. İş materiallarında olan borclu Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, ödəniş etmək üçün imkanının olmadığını, olsa belə ödəniş etməyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-921/2013 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2001-ci il təvəllüdlü X11, xx.xx.2007-ci il təvəllüdlü X14 oğlu və xx.xx.2007-ci il təvəllüdlü X15 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində hər bir uşağa 93 (doxsan üç) manat məbləğində aliment tutulub X4 verilməsi müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-2767/2018 saylı icra sənədinə əsasən alimentin miqdarı dəyişdirilərək bir uşaq üçün 154 (bir yüz əlli dörd) manat olmaqla, ümumilikdə üç uşağa 462 (dörd yüz altmış iki) manat aliment xx.xx.2018cüi il tarixdən başlayaraq tələbkara verilməsi müəyyən olunmuşdur. İş üzrə xx.xx.2013-cü və xx.xx.2018-ci ildə icraata başlamaq barədə qərarlar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada borcluya təqdim edilmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, aliment məbləğindən Şəxs tərəfindən X1 hesabına 5425 (beş min dörd yüz iyirmi beş) manat ödəniş edilmişdir. Bununla da, borclu ödənişləri etmədiyi üçün onun bu günə kimi 34676 (otuz dörd min altı yüz yetmiş altı) manat ödənilməmiş aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri etməməsi, həmçinin icra idarəsinə gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Həmçinin, borclu Azərbaycan Respublikası CM-nin 306.1-ci maddədi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü tarixli qərarı ilə əvvəlki Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs olunmasına baxmayaraq yığılmış aliment borcundan cəmi 5425 (beş min dörd yüz iyirmi beş) manat ödəniş etmiş, 34676 (otuz dörd min altı yüz yetmiş altı) manat ödənilməmiş borcu qalmışdır. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, göründüyü kimi borculunun hələ də, ödənilməmiş kifayət qədər məbləğdə aliment borcu var və sonuncunun işləməməsi onun məsuliyyətdən kənar qalması üçün əsas deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 12 dekabr 2024-cü il tarixdən saat 16.30-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X5 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 04 (dörd) saata görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 12 dekabr 2024-cü il, saat 16.30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 göstərdiyi 04 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3042/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3042/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver