Məhkəmə qərarları › İş №3(060)-3043/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3043/2022

28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3043/2022 28.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunu sədrliyi, X3 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru - X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, İcra sənədi üzrə tələbkar – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 tərəfindən 28 noyabr 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1297/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. 3576 manat borcu qalmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1297/2015 saylı, xx.xx.2015-ci il tarixli saylı icra sənədi borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilmir. Borclunun icra sənədi üzrə 3576 manat borcu qalmışdır. Borclunun əmək haqqının 70 faizinə yönəlmə olmuşdur. Tələbkarla razılığa əsasən borclu hər ay 200 manat ödəniş edir. Tələbkar şikayətçidir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, 2020-ci ilin dekabr ayında onurğa əməliyyatı keçirmişdir. Bir il yarımdan çox yataq xəstəsi olmuşdur. Ona görə də ödənişləri tam həyata keçirə bilməmişdir. Həmin vaxtlarda 100 manat ödəniş etmişdir. Bu ilin iyul ayından işə düzəlmişdir. Hər ay 200 manat tələbkara ödəyir. İkinci dəfə ailə qurmuşdur. Həmin nikahdan da iki övladı vardır. Odur ki qeyd olunanların nəzərə alınmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən X1 bildirdi ki, protokol əsassız tərtib edilmişdir. Borclu xəstə olmuşdur. Yığılan borc da həmin vaxtdan qalan köhnə borcdur. Hazırda borclu işləyir, hər ay ödəniş edir. İkinci ailəsi vardır. Qərəz yoxdur. Odur ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığından iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, hesabdan çıxarışı icra məmuruna təqdim etmişdir. Onun hesabına başqa şəxslər tərəfindən də pul köçürülmüşdür. Övladı əməliyyat olmuşdur, borclu övladı ilə maraqlanmamışdır. Borclunun təxminən bir il əvvəl xəstəliyi olmuşdur. Onurğa əməliyyatı keçirmişdir. Ayaqları tutulmuşdur. Borclu 6 aydır ki, 200 manatdan ödəniş edir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1297/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il tarixdən etibarən xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində hər birinə görə 70 manat olmaqla, ümumilikdə 140 manat miqdarında və iddiaçı Şəxs qazancının 1/3 hissəsindən aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını, müdafiəçinin və vəkilin çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində icra sənədinin qəsdən icrasında yayınma və ya icra məmurunun qanuni tələblərinə əməl edilməməsi kimi hal yoxdur. Belə ki, Şəxs işlədiyi dövrdə əmək haqqından tutulmalar olmuşdur. Sonradan ağır əməliyyat keçirməsi ilə əlaqədar bir müddət işləyə bilmədiyi üçün ödənişləri gecikmiş və borcları yığılmışdır. Bu hal özünün, tələbkarın və icra məmurunun ifadəsi ilə təsdiq olunur. Həmçinin borclu işə düzəldiyi vaxtdan tələbkarla aralarında razılığa əsasən 200 manat ödəniş edir. Borclunun inzibati məsuliyyətə cəlb edilməsi uşaqların mənafeyinə xidmət etmir və onların saxlanılması üçün edilən hər ay ödənişin azalmasına və ya ümimiyyətlə ödəniş edilməməsi ehtimalını artırır. Hazırda borclu uşaqların saxlanılması üçün hər ay 200 manat aliment ödəyir və onun daha artıq gəlirlərinin olması iş materialları və proses iştirakçılarının izahatları ilə öz təsdiqini tapmır. Şəxs hərəkətləri onun qərəzli olaraq icradan yayınması və ya icra məmurunun qanuni tələblərinə əməl edilməməsi kimi qiymətləndirilə bilməz. Odur ki, onun əməlində inzibati xəta tərkibinin olmadığına görə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. X1 tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar