Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3044/2021 21.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X1 iştirakları ilə, Sumqayıt şəhər X10 Şöbəsi tərəfindən tərtib olunmuş 04.09.2021-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 şikayətlə Sumqayıt şəhər X10 Şöbəsi tərəfindən tərtib olunmuş 04.09.2021-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 şikayəti onunla əsaslandırdı ki, Sumqayıt şəhəri DYPŞ tərəfindən 04.09.2021-ci ildə (Protokol № AP 0213398) TP Seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş və o, AR İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmişdir. Qərara görə o, 02.09.2021-ci il saat 16:30-da Suqmayıt şəhəri, Xəzər bağları ilə Xətai küçəsinin kəsişməsində “Nissan Sunnny minik” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomaşında hərəkətdə olarkən X2 idarə etdiyi Renault markalı **-EC-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə AR İXM-nin 327.1-ci maddəsinə əsasən yaşayış zonasında hərəkət etmə qaydalarını pozmuşdur. Barəsində tərtib edilmiş TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarla razılaşmır. Yol qaydalarının tələblərini pozmamışdır. İdarə etdiyi avtomaşınla baş yolda hərəkətdə olarkən X2 idarə etdiyi avtomaşın yoluna çıxmışdır. Yol nəqliyyat hadisəsinin baş verməsində günahkar X6 olmuşdur. Hadisə baş verərkən yol polis əməkdaşı onların sərxoşluq vəziyyətini yoxlamamışdır. Baş vermiş yol nəqliyyat qəzasında təqsirkar X4r. Buna görə də Sumqayıt şəhəri DYPŞ tərəfindən tərtib olunmuş 04.09.2021-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və yeni araşdırma aparılaraq avtomaşınına dəymiş ziyanın X5 tərəfindən ödənilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş 04.09.2021-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları alınmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatından görünür ki, X3 idarə etdiyi avtomaşınla baş yolda hərəkətdə olarkən X2 idarə etdiyi avtomaşın yoluna çıxmasına və yol nəqliyyat hadisəsinin baş verməsində günahkar X6 olmasına baxmayaraq X3 barəsində Sumqayıt şəhər X10 Şöbəsi tərəfindən 04.09.2021-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Bununla əlaqədar məhkəmə heab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmayıb. Belə ki, yol nəqliyyat hadisəsinin iştirakçılarının hansının baş yolda olması, nəqliyyat vasitələrinin surətləri, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227.1-ci maddəsinin dispozisiyasında göstərilən hansı tələblərin pozulması araşdırılmamışdır. Bununla əlaqədar barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti təmin olunmalı, Sumqayıt şəhər X10 Şöbəsi tərəfindən tərtib olunmuş 04.09.2021-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək yenidən araşdırılması üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən Sumqayıt şəhər X10 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Sumqayıt şəhər X10 Şöbəsi tərəfindən tərtib olunmuş 04.09.2021-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin yenidən baxılmaq üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən Sumqayıt şəhər X10 Şöbəsinə göndərilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-3044/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3044/2021
21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver