Məhkəmə qərarları › İş №3(060)-3045/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3045/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3045/2024 23.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X3, Məhkəmə iclas katibi:X4, Tərəflərin iştirakı olmadan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin inzibati xəta haqqında 09 dekabr 2024-cü il tarixli, EP ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən 09 dekabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt Gömrük darəsində **********8081 sorğu nömrəli və **********8082 sorğu nömrəli gömrük bəyannamələri ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, Türkiyə Respublikasından “garışıg mallar” yükü Balakən Gömrük idarəsinin “Mazımgara” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair elektron formada qısa idxal oəyannaməsi əvvəlcədən verilməmişdir. Sumqayıt Gömrük idarəsinin Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1800/012/004270 nömrəli raporta əsasən Şəxs MMC-nin ünvanına KM007SL/KM007S nömrəli nəqliyyat vasitəsilə gələn “qarışıq mallar” yükünə dair qısa idxal bəyannaməsi əvvəlcədən verilməmişdir. Araşdırma zərurəti ilə əlaqədar “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt Gömrük İdarəsində təqdim edilən xx.xx.2024-cü il tarixli **********8081 sorğu nömrəli və xx.xx.2024-cü il tarixli **********8082 sorğu nömrəli gömrük bəyannamələri ilə “Sərbəst sövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilərək idxal edilən “qarışıq mallar” yükü 17 oktyabr 2024cü il tarixdə saat 18:47-də radəiərində KM007SL/KM007S nömrəli nəqliyyat vasitəsilə Balakən Gömrük İdarəsinin “Mazımgara” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin mallar ölkə ərazisinə daxil oldugdan sonra, yəni 17 10.2024-cü il tarixdə saat 19:45-də xx.xx.2024-cü il tarixli **********8613 sorğu nömrəli və **********8614 sorğu nömrəli qısa idxal bəyannamələri gömrük orqanına təqdim edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixində müxtəlif vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən gısa idxal fəyannamələri mallar ölkə ərazisinə daxil olmamışdan əvvəl gömrük orqanına təqdim edilmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə faktla bağlı icraatda iştirak üçün 3-33-1800/2-001685/2024 nömrəli dəvət məktubu göndərilmiş, həmin məktubun ünvana çatdırılmasına baxmayarag Şəxs MMC tərəfindən nümayəndə qismində hər hansı şəxsin icraatda iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən tərtib edilmiş 09 dekabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında xx.xx.2024-cü il tarixində saat 12:00-da keçiriləcək məhkəmə iclasının digər məhkəmədə baxılacaq işlə eyni vaxtda düşdüyündən iştirakları olmadan məhkəmə qərarının çıxarılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli, **********8081 nömrəli Gömrük Bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından KM007SL/KM007S nömrəli nəqliyyat vasitəsilə göndərilmiş yük daxil olmuşdur. -“Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt Gömrük İdarəsində təqdim edilən xx.xx.2024-cü il tarixli **********8081 sorğu nömrəli və xx.xx.2024-cü il tarixli **********8082 sorğu nömrəli gömrük bəyannamələri ilə “Sərbəst sövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilərək idxal edilən “qarışıq mallar” yükü 17 oktyabr 2024-cü il tarixdə saat 18:47-də radəiərində KM007SL/KM007S nömrəli nəqliyyat vasitəsilə Balakən Gömrük İdarəsinin “Mazımgara” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin mallar ölkə ərazisinə daxil oldugdan sonra, yəni 17 10.2024-cü il tarixdə saat 19:45-də xx.xx.2024-cü il tarixli **********8613 sorğu nömrəli və **********8614 sorğu nömrəli qısa idxal bəyannamələri gömrük orqanına təqdim edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixində müxtəlif vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən gısa idxal fəyannamələri mallar ölkə ərazisinə daxil olmamışdan əvvəl gömrük orqanına təqdim edilmişdir. İş materiallarından görünür ki, Şəxs MMC qısa idxal bəyannaməsini üzrlü səbəbdən vaxtında verməməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 13-cü hissəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Həmin hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 960 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. - 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. - 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, məhəllə 14, ev 112C, mənzil 109 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar