Məhkəmə qərarları › İş №3(060)-3047/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3047/2020

03.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3047/2020 03.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X6” MMC-nin icraçı direktoru Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Lənkəran rayonunun Boladi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “X6” MMC-nin icraçı direktoru, Lənkəran rayonunun Boladi kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 8, mənzil 9-da yaşayan (FİN-xxxxxxx) “X6” MMC-nin icraçı direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 tərəfindən “X6” MMC-nin icraçı direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, “X6” MMC-nin icraçı direktoru Şəxs xx.xx.2020-ci il tarixdə xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Nəticədə “X6” MMCnin icraçı direktoru Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “X6” MMC-nin icraçı direktorudur. İş vaxtı xx xxxxxx 2020-ci il tarixdən gün ərzində saat 09:00-19:00 radələridir. Hazırda kursun 22 işçisi var. Həmin işçilər də yuxarıda göstərilən saatlarda fəaliyyət göstərir. Həmin müsəssisədə təqribən 100-110 dinləyici təhsil alır. 02 dekabr saat 16:00 radələrində özünü təqdim etməyən şəxs kursa daxil olmuşdur. Sonrada həmin şəxsin adının Teymur olduğu məlum olmuşdur. Ona əsaslı irad tutulmamışdır. O, sonradan televiziya və polis əməkdaşlarını yanlış məlumat verərək oranı təqdim etmişdir. Sonradan televiziya əməkdaşları sinif otaqlarını gəzmişlər. O, dəfələrlə Teymur adlı şəxsə karantin qaydalarını pozmadığını desə də, Teymur adlı şəxs təhsil müəssisələrinin fəaliyyətinin qəti qadağan olduğunu bildirmişdir. O, Teymur adlı şəxsə repetitor fəaliyyəti ilə məşğul olduğunu, Operativ Qərargah tərəfindən həmin sahənin fəaliyyətinə icazə verildiyini bildirsə də, Teymur adlı şəxs bunu qəbul etməyərək kursun boşaldılmasını tələb etmişdir. “X6” MMC-də bütün tələblərə əməl edilərək karantin qaydaları gözlənilmiş, pozuntuya yol verilməmişdir. Məhkəmə iclasında şahid Sumqayıt Şəhər Polis İdarəsinin post-patrul xidməti taborunun polis nəfəri, polis kiçik serjantı X3 bildirdi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Lider” Kurs Mərkəzində reyd keçirilmiş, karantin rejimi qaydalarının pozulması aşkar edilmiş, ərazidə xidmət apardıqları üçün onlar da ora gəlmişlər. Məhkəmə iclasında şahid Sumqayıt Şəhər Polis İdarəsinin post-patrul xidməti taborunun polis nəfəri, polis serjantı X4 eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Aftandil Məmmədovun xx.xx.2020-ci il tarixli raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati ərazisində xüsusi qoruyucu tibbi maskadan və karantin rejimi dövründə icazə sistemi olmadan işləyən obyektlərlə əlaqədar keçirilmiş tədbirlər zamanı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Lider” Kurs Mərkəzinə baxış keçirən zamanı məlum olmuşdur ki, Nazirlər Kabinetinin qoyduğu əmr və göstərişlərə məhələ qoymayaraq Şəxs tərəfindən obyektin iş fəaliyyəti davam etdirilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - “X6” MMC-nin icraçı direktoru Şəxs və protokol tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. “X6” MMC-nin icraçı direktoru Şəxs tərəfindən karantin rejiminin tələbləri pozulmuşdur. Materiala əlvə edilmiş diskdəki videogörüntülərdən görünür ki, “X6” MMC-də karantin rejimi qaydaları pozulur, dinləyicilərin qoruyucu vasitələrdən istifadəsi tam deyildir. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2020-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”i təsdiq etmişdir. TƏBİB tərəfindən hazırlanmış “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasinin (COVİD-19) profilaktikasina dair metodiki göstərişlər”dən görünür ki, qapalı məkanlarda maskanın istifadəsinin mütləq şərt olması qeyd edilmiş və tibbi maskaların məcburi istifadəsinin təmin edilməsi tələbi əks edilmişdir. Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli Qərarının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Həmin Qərarın 3-cü bəndinə əsasən bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə belə nəticəyə gəlir ki, “X6” MMC-nin icraçı direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, “X6” MMC-nin icraçı direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 16:55-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “X6” MMC-nin icraçı direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 16:55-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar