Məhkəmə qərarları › İş №3(060)-3048/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3048/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3048/2024 23.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Yadigar qızının sədrliyi, X2 iclas katibliyi ilə, X7 oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Polis İdarəsi Dövlət X9 tərəfindən qəbul edilmiş protokoldan verilmiş şikayətə baxaraq, müəyyən etdi: X7 oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində tərtib olunmuş İXP 671061 saylı inzibati protokola yenidən obyektiv şəraitdə baxılmasını xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixində Sumqayıt şəhərində 20 Yanvar, Heydər Əliyev küçəsi ilə hərəkət edən zaman ** YP *** qeydiyyat nişanlı YPX avtomobili ona «saxla» əmri vermişdir. O, qanuna əsasən, onun «saxla» əmrinə riayət etmişdir. Avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru ona yaxınlaşmış və saxlama səbəbini deyərək, sənədlərini istəmişdir. YPX inspektoru X3 ona bildirmişdir ki, sol zolaqdan sağa düzgün dönməmişdir və ona 327.1 yol nişanlarının tələblərinə riayət edilməməsi ilə bağlı protokol tərtib olunacaq. O isə öz növbəsində ona etiraz edərək, bildirmişdir ki, həmin küçədə 50-100 metr qalmış 5.8.1 nişanı olmadığından zolaqların istiqamətləri barədə məlumatsızdır, nişan olmadığından inzibati məsuliyyət qanunsuzdur. Dediklərini nəzərə almayan X1 ona İXP6710611 saylı “qərarlı” inzibati protokol tərtib etmişdir, halbuki, bildirmişdir ki, protokol “qərarsız” olsun. Bu inzibati pozuntunu törətmədiyini nəzərə alaraq, onun haqqında tərtib olunmuş İXP671061 saylı inzibati protokola yenidən obyektiv şəraitdə baxılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərardan şikayət vermiş şəxs və qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə qərardan şikayət vermiş şəxs X7 oğlu ərizə ilə məhkəməyə müraciət edərək DYP idarəsinə qarşı qərardan şikayət əvəzinə protokoldan şikayət qeyd etdiyindən, səhv yazdığına görə qərarı ləğv edib sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət ərizəsinin baxılmasında maraqlı olan şəxs məhkəmədən ərizənin baxılmadan geri qaytarılmasını xahişi etdiyindən, şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X7 oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən qəbul edilmiş İXP671061 saylı protokoldan verilmiş şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar