Məhkəmə qərarları › İş №3(060)-3049/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3049/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3049/2024 16.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24358356 nömrəli elektron qərarından X2 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş materiallara işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24358356 nömrəli elektron qərarından X2 tərəfindən verilmiş şikayət Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə şikayəti və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati təhbeh vermə haqqında elektron qərardan görünür ki, iddia edilən xəta Xızı rayonu, Giləzi kəndi ərazisində törədilmişdir. Giləzi kəndi Xızı rayonu ərazisinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Belə ki, elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X1 qeydiyyat yeri Goranboy rayonu, Alnabat Ərazi Dairəsi, Alnabat kəndidir. X1 Sumqayıt şəhər İcra Hakimiyətinin MKTB-nin 21 saylı Mənzil-Kommunal sahəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 1885 nömrəli arayış sonuncunun yaşayış yeri olaraq qiymətləndirilməməlidir. “Yaşayış yeri və olduğu yer qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Həmçinin, Vüsal Qasımov inzibati xəta haqqında işə yaşayış yeri üzrə baxılması ilə bağlı əlavə vəsatət verməsə də, ərizəsində qeydiyyatsız yaşadığı ərazinin məhkəməsində baxılması ilə bağlı iradə ifadəsini bildirmişdir. Lakin, Vüsal Qasımov ərizəsini pasport qeydiyyatında olduğu Goranboy rayon Məhkəməsi deyil, Sumqayıt şəhər Məhkəməsinə ünvanlaması, həmin ərizənin baxılması qeydiyyatda olduğu Goranboy rayon Məhkəməsinə göndərilməsi üçün əsas hesab edilməməlidir. Bu səbəbdən hazırkı işə aidiyyəti üzrə Xızı Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24358356 nömrəli elektron qərarından X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar baxılması üçün ərazi aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə göndərilsin. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar