Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-305/2021 22.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol nəqliyyat hadisələri üzrə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında AP seriyalı, ******* №-li, xx.xx.2020-ci il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 15:25 radələrində Koroğlu küçəsi ilə təmir sexlərinin bərabərliyində maneədən sola manevr edərək qarşı tərəfdən hərəkət edən Vaz 21093 markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sol hissəsi ilə toqquşmuşdur. Yoxlama zamanı sürücünün sürücülük hüququndan məhrum olunduğu müəyyən olunmuşdur. Sumqayıt Şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmədə iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol nəqliyyat hadisələri üzrə inspektoru, polis kapitanı X2 göstərdi ki, sürücü Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə təmir sexlərinin bərabərliyində maneədən sola manevr edərək qarşı tərəfdən hərəkət edən Vaz 21093 markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sol hissəsindən toqquşmuşdur. Yoxlama zamanı müəyyən edilmişdir ki, sürücü avtomaşını nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan idarə etmişdir. Qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 15:25 radələrində Koroğlu küçəsi ilə təmir sexlərinin bərabərliyində maneədən sola manevr edərək idarəetməni itirmiş və qarşı tərəfdən hərəkət edən Vaz 21093 markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sol hissəsi ilə toqquşmuşdur. İnzibati qaydada edildiyi cərimələri ödəmədiyinə görə sürücülük hüququndan məhrum olunduğu üçün həmin vaxt sürücülük hüququ olmamışdır. Maddi vəziyyəti ağır olduğu üçün cərimə ödəməkdə çətinlik çəkir və hələ də köhnə cərimələrini ödəməmişdir. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, toqquşma zamanı Vaz 21093 markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadı, qapısı və şiti əzilmişdir. İş materiallarında olan etibarnamədən görünür ki, Şəxs sürdüyü avtomobili etibarnamə əsasında idarə etmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3956/2020 saylı, xx.xx.2018-cu il tarixli qərarından görünür ki, Şəxs sürücülük hüququ məhdudlaşdırılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinin 2-ci hissəsinə əsasən mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvaylarıvə trolleybusları idarə etmək üçün; traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. Həmin Qanunun 34-cü maddəsinin İV hissəsinin 3-cü bəndinə əsasən bu Qanunun 34-cü maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları göstərilir: “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri, "C"-"D" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan qrtıq olmayan "C" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə müəyyən edildi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 15:25 radələrində sürücülük hüququ olmadan idarə etdiyi Vaz-21099 markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Koroğlu küçəsi ilə təmir sexlərinin bərabərliyində maneədən sola manevr edərək qarşı tərəfdən hərəkət edən Vaz 21093 markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sol hissəsi ilə toqquşmuş, həmin avtomaşının qabaq sol qanadı, qapısı və şiti əzilmiş, avtomaşının sahibinə maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdiran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq ona həbs növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il saat 16:30-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-305/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-305/2021
22.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver