Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3050/2025 01.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli EQ31340544 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, 16 oktyabr 2025-ci il tarixli EQ31340544 saylı qərarı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində olan qərar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, A.R.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi AYNA tərəfindən Bakı-Saray- Sumqayıt Marşrut hərəkət sxemi olduğu halda Bakı-Quba yolu 8-ci km yolunda hərəkət edərkən xx.xx.2025-ci il tarixli EQ 31340544 saylı qərarı ilə İnzibati Xətalar məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Məlumat üçün bildirir ki, İnzibati tənbeh vermə haqqında qərar ona rəsmi göndərilmədiyi üçün şəxsən Sumqayıt şəhər DYP-yə müraciət edib xx.xx.2025-ci il tarixində əldə eləmişdir. Qəbul olunmuş qərarla qətiyən razı deyil və hesab edir ki, onun barəsində tərtib olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, İXM-nin 327.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə -100 manat məbləğində cərimə edilir. Eyni zamanda Yol Hərəkəti haqqında qanun 1-ci maddəsinin 44-cü bəndində qeyd olunub ki, ümumi istifadədə olan nəqliyyat vasitəsi - sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay); Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara dair xx.xx.2025-cü il tarixdə 689844 nömrəli buraxlış vərəqəsində (fərlənmə nişanında) qeyd olunmuşdur ki, xx.xx.2025-cü il tarixindən xx.xx.2031-ci il tarixinədək Hyundai County AVTOBUS markalı **-EM-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə sərnişin daşınmanı həyata keçirə bilər. Məhkəmədə şikayətçi X3 hazırda cərimənin ödənildiyini və şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəməyə ərizə ilə müraicət edən şikayət vermiş şəxs X2 verdiyi şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayəti araşdırıb, şikayət vermiş X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli EQ31340544 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-3050/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3050/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver