Məhkəmə qərarları › İş №3(060)-3051/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3051/2021

10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3051/2021 10.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Zərərçəkmiş şəxs – Sumqayıt Şəhər İcra Hakimiyyəti MKTİB “Küçə İşıqları” THXS-nin nümayəndəsi - X4 oğlunun, Sumqayıt Regional vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 4- cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinin icraatına Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 10.09.2021-ci il tarixli MN ******* saylı, 10.09.2021-ci il tarixli MN ******* saylı, 10.10.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən protokollar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 25.08.2021-ci il tarixdən 26.08.2021-ci il tarixə keçən gecə Sumqayıt şəhər 1-ci mikrorayon ərazisində yerləşən 33 saylı yarımstansiyadan elektrik kabelləri oğurlamışdır. Bundan başqa o, 29.08.2021-ci il tarixdə Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində 4 saylı yarımstansiyadan kabellər oğurlamışdır. Bundan başqa o, 02.09.2021-ci il tarixdə Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində 4 saylı yarımstansiyadan elektrik kabelləri oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 10.09.2021-ci il tarixli MN ******* saylı, 10.09.2021-ci il tarixli MN ******* saylı, 10.10.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-3049/2021, 3(060)- 3050/2021 və 3(060)-3051/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-3049/2021 nömrəsi ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 10.09.2021-ci il tarixli MN ******* saylı, 10.09.2021-ci il tarixli MN ******* saylı, 10.10.2021ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-3049/2021, 3(060)-3050/2021 və 3(060)-3051/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-3049/2021 nömrəsi ilə birləşdirilsin. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar