Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3051/2022 14.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4, "xxxx" MMC-nin baş direktoru X3 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərtib etdiyi "xxxx" MMC (VÖEN **********) barəsində xx.xx.2022-ci il tarixli, MN № ******* saylı protokol əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Gözdən Əlillər Cəmiyyətinin ərazisində icarə müqaviləsi əsasında fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus mebel materiallarının satışı anbarından çıxan müxtəlif tərkilib tullantıların qanunsuz olaraq ərazidə qalaqlanması faktı müəyyən edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin baş direktoru X5 göstərdi ki, qeyd olunan ərazi onların sərəncamlarında deyildir. Belə ki, onların icarəyə götürdükləri sahə 500 kvadrat metr təşkil edir. Göstərilən ərazidə yığılan tullantıların onlara heç bir aidiyyatı yoxdur. Müəssisələri mebel materiallarının idxalı və topdan satışı ilə məşğuldur, onlarda çox az tullantı yaranır və onlar da yandırılmaq üçün müxtəlif təndir sexlərinə verilir, yəni bu ərazidə onlara aid heç bir tullantı qalaqları olmur. Bu ərazi Gözdən Əlillər Cəmiyyətinə məxsusdur və burada onlardan başqa 7 müəssisə fəaliyyət göstərir. Hamı həmin əraziyə zibilləri tullayır. Orada olan tullantıların onların müəssisələrinə aidiyyatı yoxdur. Hazırda "xxxx" MMC ilə müqavilə bağlanmışdır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 göstərdi ki, “Ətraf mühitin mühafizəsi haqqında” “İstehsal və Məişət tullantıları haqqında” və “Ekoloji təhlükəsizlik haqqında” Qanunların tələblərinə riayət olunması vəziyyəti ilə bağlı xidməti ərazidə aparılmış monitorinq zamanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kamran Hüseynov küçəsində yerləşən Sumqayıt Gözdən Əlillər Cəmiyyətinin ərazisində icarə müqaviləsi əsasında fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus mebel materiallarının satışı anbarında fəaliyyət zamanı formalaşan müxtəlif tərkibli tullantıların ətraf mühitin mühafizəsi qanunvericiliyi tələblərinə zidd olaraq anbarın yan hissəsindəki ərazidə qalaqlanması faktı müəyyən edilmişdir. Araşdırma müddətində ərazidə olan, özünü “Panel Market2 MMC-nin işçisi kimi təqdim edən X1 anbarda mebel ehtiyatlarının satışı və sifarişə uyğun kəsim işlərinin aparıldığını bildirmişdir. Həmin şəxsə anbarın tullantılarının əraziyə tökülməsi və qalaqlanması faktının qanun pozuntusu olduğu bildirilmişdir, lakin Zülfüqar Ələsgərov faktla bağlı izahat verməkdən və akta imza etməkdən imtina etmişdir. Eyni zamanda icarəçi "xxxx" MMC-nin direktoru X5 ilə mobil telefon vasitəsilə əlaqə yaradaraq onu aparılan araşdırmada iştirak etməyə dəvət etsələr də, o heç bir səbəb göstərmədən araşdırmada iştirak etməkdən imtina etmişdir. Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhəri X2 rəhbərliyi tərəfindən idarəyə təqdim olunmuş arayışda da ərazidəki tullantıların icarə müqaviləsi əsasında fəaliyyət göstərən mebel materiallarının satışı anbarından çıxan tullantılar olduğunu, onlara məxsus olduğu bildirilmişdir. Buna görə də akt tərtib olunmuşdur. İşdə olan fotoşəkildə də bu təsdiq edilir. Qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gözdən Əlillər Cəmiyyətinin sədr müavini X6 bildirdi ki, orada olan zibillik onların cəmiyyətinə aid deyil. Onun gözü yaxşı görmədiyindən aktı oxumaq üçün Müşfiqi çağırmış, o aktı oxumuş, bundan sonra özü aktı imzalamış və müəssisənin möhürünü vurmuşdur. Həmin əraziyə kim nə qədər zibil atır xəbəri yoxdur. Həmin əraziyə 2 maşın Kamaz gələrək zibil aparılmışdır. Həmin bölgəyə baxan adam gələrək arayış yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, monitorinqdə o da iştirak etmiş, müəyyən olunan hallar barədə akt tərtib olunmuşdur. Qalaqlanmış zibillər "xxxx" MMC-yə məxsus olmuşdur. Aktla bərabər fotoşəkil də çəkilmişdir. Şəkildən də aydın görünür ki, qalaqlanmış zibillər mebellərlə bağlıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan və fotoşəkillərdən görünür ki, “Ətraf mühitin mühafizəsi haqqında” “İstehsal və Məişət tullantıları haqqında” və “Ekoloji təhlükəsizlik haqqında” Qanunların tələblərinə riayət olunması vəziyyəti ilə bağlı xidməti ərazidə aparılmış monitorinq zamanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kamran Hüseynov küçəsində yerləşən Sumqayıt Gözdən Əlillər Cəmiyyətinin ərazisində icarə müqaviləsi əsasında fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus mebel materiallarının satışı anbarında fəaliyyət zamanı formalaşan müxtəlif tərkibli tullantıların ətraf mühitin mühafizəsi qanunvericiliyi tələblərinə zidd olaraq anbarın yan hissəsindəki ərazidə qalaqlanması faktı müəyyən edilmişdir. Araşdırma müddətində ərazidə olan, özünü “Panel Market2 MMC-nin işçisi kimi təqdim edən X1 anbarda mebel ehtiyatlarının satışı və sifarişə uyğun kəsim işlərinin aparıldığını bildirmişdir. Həmin şəxsə anbarın tullantılarının əraziyə tökülməsi və qalaqlanması faktının qanun pozuntusu olduğu bildirilmişdir, lakin Zülfüqar Ələsgərov faktla bağlı izahat verməkdən və akta imza etməkdən imtina etmişdir. Eyni zamanda icarəçi "xxxx" MMC-nin direktoru X5 ilə mobil telefon vasitəsilə əlaqə yaradaraq onu aparılan araşdırmada iştirak etməyə dəvət etsələr də, lakin o heç bir səbəb göstərmədən araşdırmada iştirak etməkdən imtina etmişdir. Eyni zamanda Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhəri X2 rəhbərliyi tərəfindən idarəyə təqdim olunmuş arayışda da ərazidəki tullantıların icarə müqaviləsi əsasında fəaliyyət göstərən mebel materiallarının satışı anbarından çıxan tullantılar olduğunu, onlara məxsus olduğu bildirilmişdir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Sumqayıt TİM-nin arayışı akta əlavə olunmuşdur. Ekoloji araşdırma zamanı aşkar olunmuş qanun pozuntusu faktı ilə bağlı "xxxx" MMC tərəfindən “Ətraf Mühitin mühafizə haqqında” qanunun 47-ci maddəsinin və “İstehsalat və Məişət tullantıları haqqında” qanunun 12-ci maddəsinin tələbləri pozulmuşdur. Protokola əlavə edilmiş fotoşəkillərdən də görünür ki, hüquqi şəxs "xxxx" MMC-yə məxsus müxtəlif tərkib tullantılar qalaqlanmışdır. İş materiallarında olan Gözdən Əlillər Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Sumqayıt TİM MMC-nin inzibati binasının ərazisində mebel materiallarının satışı anbarı icarə müqaviləsi əsasında fəaliyyət göstərir. Anbardan çıxan tullantıların yığılıb daşınması barədə aidiyyatı təşkilatla onlar tərəfindən deyil bilavasitə icarə müqaviləsi əsasında anbarın icarəçisi tərəfindən bağlanmalıdır. Ərazidəki tullantılar anbarın tullantılardır. Onların daşınmasına da bilavasitə onlar məsuliyyət daşıyır. İş materiallarında olan Sumqayıt Şəhər Təmizlik Departamenti MMC-nin 207 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kamran Hüseynov küçəsində Sumqayıt gözdən əlillər cəmiyyətinin ərazisində "xxxx" MMC tərəfindən ona məxsus anbar sahəsində formalaşan müxtəlif tərkibli tullantıların, o cümlədən məişət tullantılarının yığılıb daşınması barədə hal-hazırki vaxtaqədər "xxxx" MMC ilə heç bir müqavilə bağlanmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: ünvan 1 ünvanında yerləşən hüquqi şəxs "xxxx" MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 6500 (altı min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-3051/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3051/2022
14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver