Məhkəmə qərarları › İş №3(060)-3055/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3055/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3055/2025 01.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs Tağıyev Qərib Vəli oğlunun iştirakı ilə Azərbaycan Respublikası DİN Baş X2 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli EQ31988779 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Tağıyev Qərib Vəli oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Vəli oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli qərarın və həmin qərara əsasən hesablanmış 80 (səksən) manatın və 2 cərimə balının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tağıyev Qərib Vəli oğlu ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci ildə barəmdə AR İXM-nin 346.4-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixli EQ31988779 saylı Protokol və nömrəsiz qərar qəbul edilmiş, həmin qərara əsasən 80 (səksən) manat cərimə edilmişdir. O, barəsində tərtib olunmuş qərarla razılaşmır. Beləki xx.xx.2025-ci il tarixdə mülkiyyətçisi olduğu **-FM-*** dövlət qeydiyyat nişanlı, Ravon Nexia R3 minik markalı nəqliyyat vasitəsi qərar qəbul ediləndən əvvəl digər avtomaşının günahı üzündən yol hərəkəti hadisəsi baş vermişdir. Baş vermiş yol qəzası nəticəsində Ravon markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomaşın yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi avtomaşını arxa hissəsindən vurmuşdur. Qəza baş verən kimi yol polis əməkdaşına müracitə etmişdir. Hadisə yerinə gələn yol polis əməkdaşının göstərişi ilə o, və qəza törədən avtomaşın yolun kənarında saxlamışlar. Bu zaman ona və həmin avtomaşının sürücüsünə qarşı İXM-nin 346.4-cü maddəsinə əsasən 80 manat pul cəriməsi və 2 cərimə balı yazılmışdır. Hesab edir ki, bu səbəbdən də barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Tağıyev Qərib Vəli oğlu şikayət ərizəsini müdafiə edərək eyni məzmunlu izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Bakı şəhər DYPİ-nin nümayəndəsi nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 31988779 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Tağıyev Qərib Vəli oğlu barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulan (yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə) inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə AR DİN-in Baş X2 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclası barədə məlumat verilsə də, AR DİN-in Baş X2 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Tağıyev Qərib Vəli oğlunun şikayətində görstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31988779 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tağıyev Qərib Vəli oğlunun şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş X2 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli EQ 31988779 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar