Məhkəmə qərarları › İş №3(060)-306/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-306/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-306/2022 26.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1978-ci ildə Neftçala rayonunun Aşağı Surra kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş 26.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 26.01.2022-ci il tarixdə Sumqayıt şəhəri, “Azərtexnoline” zavodunun arxa yolunda polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, 26.01.2022-ci il tarixdə saat 01:00 radələrində Hövsan dəniz limanından Sumqayıt şəhərinə Kamaz markalı maşını ilə yük gətirərkən Sumqayıt şəhərinin girişində YPX əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və sənədləri təqdim etməsini bildirmişlər. O isə sənədləri təqdim etmiş, daha sonra isə YPX əməkdaşı onun yanına əyləşərək maşını cərimə meydançasına sürməyi tələb etmişdir. O isə nə üçün cərimə meydançasına getməli olduğunu demiş, əgər qayda pozuntusu etmişsə cərimə yazmalarını bildirmişdir. Lakin YPX əməkdaşı ona məhəl qoymayaraq maşını cərimə meydançasına aparmağı tələb etmişdir. Bundan sonra cərimə meydançasına getmişlər. Onun maşını cərimə meydançasına girə bilmədiyi üçün cərimə meydançasının qarşısında saxlamışdır. YPX əməkdaşları ondan maşının açarını tələb etmişlər, lakin o qalacağı yerinin olmadığını bildirib maşında oturmaq üçün YPX əməkdaşlarından icazə almışdır. Daha sonra YPX əməkdaşları ordan uzaqlaşmışlar. O isə onların getdiyini görüb maşını işə salaraq ordan uzaqlaşmışdır. Sonra “Azərtexnoline” zavodunun arxasında YPX əməkdaşları onu yenidən saxlamış, ondan cərimə meydançasına qayıtmağı tələb etmişlər, o isə onu əsassız saxladıqlarını bildirərək cərimə meydançasına getməmişdir. Bundan sonra komək üçün PPX əməkdaşları çağırılmış və onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə aparmışlar. Ona görə də, barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. 26.01.2022-ci il tarixdə xidmətdə olarkən Sülh prospektində hərəkətdə olan **-CX-*** dövlət qeydiyyat nişanlı Kamaz markalı yük avtomaşını onun tərəfindən saxlanılmış, avtomaşının istismara yararsız olması və daşıdığı yükün müvafiq sənədi olmadığı üçün avtomaşın duracağa təmin olunmuşdur. Yükün qabariti böyük olduğuna görə avtomaşın duracağa girə bilməmiş, sürücü isə hava soyuq olduğu üçün avtomaşında oturacağını bildirmişdir. Sonradan sürücü duracaqda olan nəzarətçiyə tabe olmamış və maşını onun üzərinə sürərək ordan uzaqlaşmışdır. Onlar avtomaşını “Azərtexnoline” zavodunun arxa yolunda saxlamış, sürücü onlara tabe olmayaraq avtomaşının açarlarını təqdim etməmiş, komək üçün PPX əməkdaşları çağırılmış və onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə aparmışlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahidin ifadəsini, vəkilin çıxışını dinləyərək və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2 və 114.2.1-ci maddələrinə əsasən xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar