Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3060/2024 16.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Zilanlı ərazi dairəsi, Kürd Mahruzlu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. 16 dekabr 2024-cü il tarixli MN1951000 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, Niyazi küçəsində ünvansız nalayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq əməli törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi X4 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:30 radələrində DYPŞ-nin inspektoru polis serjantı Yusif Ələkbərov patrul maşınında xidməti ərazidə olarkən “Çinar” efir vasitəsi ilə Dünya TV-nin qarşısında yol nəqliyyat hadisəsi ilə bağlı ora yaxınlaşmaqlarına dair göstəriş verilmişdir. Onlar həmin yerə yaxınlaşdıqda orada dövlət qeydiyyat nişanı ** RD *** olan Opel markalı nəqliyyat vasitəsini idarə edən xx.xx.1986-cı il təvəllüdlü Şəxs hadisə yerində nalayiq ifadələr və küçə söyüşlərindən istifadə etdiyinə görə polis əməkdaşları tərəfindən 1-ci PB-nə dəvət olunmuş və barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Lakin, bu barədə səs yazısı, video görüntü və ya şahid ifadəsi mövcud deyildir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində adını bilmədiyi kafedə 5-6 bakal pivə içdikdən sonra evə getmək üçün çölə çıxıb özünə məxsus Opel markalı, ** RD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək Niyazi küçəsində hərəkətdə olan zaman DTV kanalının inzibati binası tərəfindən gələn nəqliyyat vasitəsi ona məxsus avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Bir neçə dəqiqə sonra əraziyə YPX əməkdaşları gəlmiş və o, polis əməkdaşlarına sənədlərini təqdim etmişdir. O, polis əməkdaşlarına avtomobilin açarın vermədiyi üçün hadisə yerinə PPX əməkdaşları dəvət olunmuş və onu polis bölməsinə aparmışlar. O, hadisə yerində heç bir küçə söyüşü söyməmiş nalayiq ifadələr işlətməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olması sübuta yetirilmir. Həmçinin, özü könüllü şəkildə bölməyə gələn şəxsin heç bir səbəb olmadan səs-küy salması inandırıcı görünmür. Əgər hadisə həqiqətən də olsa idi, video görüntülər təqdim edilərdi. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan DYPŞ-nin inspektoru polis serjantı Yusif Ələkbərov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:30 radələrində DYPŞ-nin inspektoru polis serjantı Yusif Ələkbərov patrul maşınında xidməti ərazidə olarkən “Çinar” efir vasitəsi ilə Dünya TV-nin qarşısında yol nəqliyyat hadisəsi ilə bağlı ora yaxınlaşmaqlarına dair göstəriş verilmişdir. Onlar həmin yerə yaxınlaşdıqda orada dövlət qeydiyyat nişanı ** RD *** olan Opel markalı nəqliyyat vasitəsini idarə edən xx.xx.1986-cı il təvəllüdlü Şəxs hadisə yerində nalayiq ifadələr və küçə söyüşlərindən istifadə etdiyinə görə polis əməkdaşları tərəfindən 1-ci PB-nə dəvət olunmuşdur. Lakin, məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş sahə rəisi bildirmişdir ki, Şəxs ünvansız küçə söyüşlərindən istifadə etməsini sübut edəcək heç bir səs yazısı, video-görüntü və ya buna şahid olacaq digər bir şəxs yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, protokol tərtib etmiş izahatı və tərtib edilmiş raport iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Göründüyü kimi protokol tərtib etmiş şəxsin məhkəməyə təqdim etdiyi sübutların özündə iddia edilən inzibati xətanın törədilməsi ilə bağlı ziddiyyətli məqamlar yaranmışdır. Qeyd edilən ziddiyyətli sübutlardan əlavə məhkəməyə hər hansı əlavə sübut təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə heç bir inzibati xətaya yol vermədiyini bildirmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, təqdim edilmiş sübutların məcmusu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad edilən inzibati xətanı törətməsi qənaətinə gəlinməsi üçün kifayət etmir. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilməməsi səbəbindən xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, əksinə şəxsin qeyd olunan inzibati xətanı törətməsini sübut etmək vəzifəsi protokol tərtib etmiş şəxsin üzərinə düşür, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olması ilə bağlı şübhələr və ziddiyətli məqamlar onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetrilmədiyindən onunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma üzrə sərf edilmiş 3 sata görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməldir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 48-51, 53.2, 114-118-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetrilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3060/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3060/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver