Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3060/2025 21.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin sahə rəisi X1, Zərərçəkmiş şəxslər X9, Zərərçəkmiş şəxs və X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gilan tekstildə tikişçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 119A-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Sumqayıt şəhəri, 36-cı məhəllə,ev 2/24, mənzil 54-də X5 döyərək xəsarət yetirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 36-cı məhəllə,ev 2/24, mənzil 54-də X7 döyərək xəsarət yetirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 36-cı məhəllə,ev 2/24, mənzil 54-də Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X2 izahatında bildirmişdir ki, X9, Zərərçəkmiş şəxs və X8 xx.xx.2025-ci il tarixdə DİN 102 xidmətinə zəng edərək qohumları Şəxs tərəfindən döyülməkləri barədə müraciətləri daxil olmuşdur. Müraciət üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı tərəflərin izahatları alınmış, həmçinin iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Baş vermiş hadisədə cinayət hadisəsi olmadığı üçün xx.xx.2025-ci il tarixli qərarla material üzrə cinayət işinin başlanması rədd edillmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığı üçün qərarın surəti sahə rəisi kimi ona təqdim edilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt bələdiyyəsindən Nuru adında mütəxəssis evin ölçülməsi işini görmək üçün gəlmiş, həmin mütəxəssisi evə qızı Solmazla gəlmişlər. Qapını Elnarə açıb və bu kişinin kim olduğunu soruşub. Qızı Solmaz da deyib ki, bələdiyyədən gəlib və sənədləşmə üçün evin çəkilişini edəcək. Lakin Elnarə səsin başına atıb ki, imkan verməyəcək. O, Solmazgildən sonra gəlmiş, görmüşdür ki, Elnarə səsini başına atıb, ona bildirmişdir ki, “niyə səsini başına atırsan, gedib qoy eviçəksin evi sataq”. Onunda də payı verilsin çıxıb getsin. Lakin Elnarə səsini başına atıb işdən gəldiyini dincəlmək istədiyini bildirmişdir. O, da əsəbləşib deyib ki. ata evidir səhərdən o, da köçüb gəlib bu evdə vaşacaqdır. Bu zaman bacısı Aidədə gəlmiş, həmin vaxt Elnarə və qızı Aynurə bacısı Aidəyə hücum edib onu itələyib kürəyini mebelə və divara çırpmışlar. O, və qızı Solmaz onları aralaşdırmışlar. Həmin vaxt Elnarənin bacısı Lətifə də mənzilə gəlmiş, o, Lətifəyə “sənin burda nə işin var” deyib qolundan tutub itələyib evdən bayıra çıxarmış, lakin Lətifəni vurmamışdır. Elnarəgilin səs-küyü davam etdirdiklərini görüb halının da pis olduğunu da nəzərə alıb evdən çıxmış və onu 45-in xəstəxanasına gətirmişlər. Mübahisə zamanı nə Elnarəni, nədəki onun qızı Aynurəni vurmadıqlarını, onlara hər hansı bir xəsarət yetirmədiklərini, Elnarənin bacısı Lətifənin isə sadəcə qolundan tutub itələyərək evdən bayıra çıxartmışdır. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən X8 izahatında bildirmişdir ki, barəsində şikayət etdiyi baldızı Kəmalənin qardaşı Nazim Hüseynovla 1999-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub. ünvan 1 ünvanına gəlin gəlmişdir. Gəlin gələndə həmin evdə qaynatası Kazım, qaynanası Sima, subay baldızı Aidə yaşayırmışlar. Təxminən 6 il müddətində həmin evdə Nazimlə bir ailə kimi nikahlı olaraq yaşamış və birgə nikahdan həmin evdə iki övladı dünyaya gəlmişdir. Təxminən 6 il birlikdə yaşadıqdan sonra rəsmi qaydada Nazimlə boşanmışlar və baldızı Kəmalə onu həmin evdən döyüb çıxarmışdır. Sonralar məsələ məhkəmədə mübahisələndirilmiş və Sumqayıt şəhər məhkəməsinin 2004-cü il tarixli qərarı ilə o, iki övladı ilə birlikdə həmin mənzilə ilk dəfə köçürülmüşlər, lakin baldızlarının onun bıı evdə yaşamaq istəyinə qarşı çıxması və onu dəfələrlə döyüb evdən çıxarmaları səbəbindən əlavə 4 dəfə də məhkəmə qərarı ilə yenidən həmin mənzilə köçürülmüşdür. Lakin baldızları Aidə və Kəmalə ona həmin evdə yaşamağa imkan vermirlər. xx.xx.2025-ci il tarixdə saat təqribən 17:45 radələrində qızı Aynurə ilə mənzillərində olublar. Bu zaman qapı döyülmüş, qapını şiddətli döyənin baldızları olduğunu güman etdiyinə görə Aynurəyə qapını açmamağı məsləhət görüb. İ.akin Aynurə gedib qapını açıb. Mənzilə ilk baldızı qızı Solmaz daxil olub əvvəlcə qızı Aynurəni itələyib qonaq otağına keçib. Bildirib ki, bu mənzil onundur. Bu zaman Solmaz anası Kəmaləyə və xalası Aidəyə zəng vurub onların da gəlməsini istəyib. Həmin vaxt mənzilin qapısı önündə əlində sənədlər olan bir nəfər tanımadığı kişi dayamış, o, Solmazla söz mübahisəsi edirmiş və söz arası kişidən kim olduğunu soruşduqda kişi mütəxəssis olduğunu və mənzili ölçmək üçün gəldiyini deyib. Ondan hansı qurumun əməkdaşı olduğunu soruşsa da sadəcə evin çertiyojunu çəkəcəyini deyib. Həmin vaxt Kəmalə ilə Aidə də gəlib çıxmışlar. Aidə ondan evi tərk etməsini tələb edərək, evin çertiyojunu çəkdirəcəklərini və qiymətləndirməsinin aparacağını demişdir. Aidə və Kəmalə onu itələyəitələyə müdaxilə etməsini qarşısını almaq üçün yataq otağına aparmışlar. İlk olaraq Kəmalə sillə ilə sol sifət nahiyəsinə, daha sonra yumruqla baş nahiəsinə yumruqla sol sifət nahiyəsinə, sağ çiyin nahiyəsinə, təpiklə də sağ böyür nahiyyəsinə ardıcıl olaraq vurmuş və o, dizi üzərində yıxılmışdır. Həmin vaxt qızı Solmaz onun qolundan tutmuşdur ki, o, Kəmaləgilə cavab verməsin. Elə bu zaman Kəmalə pərdələri qırmışdır. Kəmaləni onu döyməsi nəticəsində bədəninin müxtəlif nahiyələrində xəsarəltər əmələ gəlmişdir. Həmin xəsarətləri ona Kəmalə yetirmişlər. Hazırda Şəxs qarşı şikayətçidir və qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X9 mahiyyətcə anası Elnarə Cəfərova ilə eyni məzmunlu izahat verərək, sözü gedən vaxt bibisi Kəmalənin onun qarın nahiyəsinə təpiklə vurduğunu, saçma əl atıb yolduğunu, digər bibisi Aidənin isə eyni vaxtda onun sol sifət nahiyyəsinə sillə ilə vurub onu döydüklərini bildirmiş və hazırda barışmaqdıqlarını və Şəxs qarşı şikayətçidir və qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə bacısının əri Nizam zəng vurub ona deyib ki, bacısı Elnarəni baldızları evində döyürlər. O, da dərhal özünü Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən bacısı Elnarənin yaşadığı evə çatdırmışdır. Qapını açıb mənzilə daxil olmuş, mənzilə daxil olduqda görmüşdür ki, baldızları Aidə və Kəmalə bacısı Elnarəni yataq otağına sıxışdırıblar. Konkret olaraq Kəmalə və Aidə sillə və yumruqla bacısı Elnarəni vururmuşlar. Həmin vaxt Kəmalə dəqiq yadında deyiİ, ya çantasından, yada sellofanından nəsə bir əşya çıxarıb onunla bacısı Elnarənin başından vurmuş, lakin əşyanın nə olduğunu o, görməmişdir. Buna görə özünü araya atıb bacısı Elnarəni onların əlindən alan zaman Kəmalə yumruqla onun belinin ortasından, başından, sağ qolundan vuraraq onu döymüşdür. Həmin vaxt bacısı Elnarə özündən getdiyinə görə bacısı qızı Aynurə təcili yardıma zəng vurmuş və həmin vaxt Aidə və Kəmalə qaçıb getmişlər. Hazırda Şəxs qarşı şikayətçidir və qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MN seriyalı 2403016, ******* və ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Sumqayıt şəhəri, 36-cı məhəllə,ev 2/24, mənzil 54-də X8, X10 və Zərərçəkmiş şəxs döyərək xəsarətlər yetirmişdir. İş materiallarında olan 21 avqust 2025-ci il tarixli, 1259 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1969-cu il təvəllüdlü X4 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Burnun sağ bazunun, qarnın qançırları, sağ dizin, sol dizin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, kənar şəxs (şəxslər) tərəfindən əllə-təpiklə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirməsi inkar olunur. İş materiallarında olan 16 avqust 2025-ci il tarixli, 1258 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 2002-ci il təvəllüdlü X6 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol bazunun qançırları. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, kənar şəxs (şəxslər) tərəfindən əllə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirməsi inkar olunur. İş materiallarında olan 16 avqust 2025-ci il tarixli, 1257 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ budun, sağ kürəküstü nahiyyənin qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, kənar şəxs (şəxslər) tərəfindən əllə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirməsi inkar olunur. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci il maddəsi ilə inzibati tənbeh tədbiri götürməsindən ötrü Sumqayıt ŞPİ-nin 3-cü PB aidiyyəti sahə rəisinə həvalə edilmişdir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun zərərçəkmiş şəxslərə vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirməsi, döyməsi, zərərçəkmiş şəxslərin izahatları, ekspert rəyləri və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi özünü müdafiə xarkteri daşıyır, onun məhkəmə iclasında verdiyi izahatları işin halları ilə təkzib edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfi Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-3060/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3060/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver