Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3065/2022 16.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X5 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən 30 noyabr 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətnda İXM-nin) 528.1 və 529.2-ci maddələri ilə MN № ******* saylı və MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2738/2022 saylı iş üzrə məhkəmənin qanuni qüvvəyə mindiyi qərarını 25 gün ərzində ödəməmişdir. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3678 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X3 olan 900,00 manat ailment borcunu üzrüsüz səbəbdən ödəməmişdir. İnzibati xəta haqqında protokollar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 30 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılması 30 noyabr 2022-ci il tarixə təyin edilmiş, lakin Şəxs yazılı ərizə ilə müraciət edərək ödənişlər ilə bağlı işin təxirə salınmasını məhkəmədən xahiş etdiyindən işə baxılması 07 dekbar 2022-ci il tarixə, daha sonra isə 16 dekbar 2022-ci il tarixə təxirə salınmışdır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərardadı ilə Şəxs İXMnin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-3065/2022 və 3(060)- 3066/2022 №li işlər bir icraatda 3(060)-3065/2022 nömrə ilə birləşdirilmişdir. 30 noyabr 2022-ci il tarixdə məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2738/2022 saylı icra sənədini məhkəmənin qanuni qüvvəyə mindiyi qərarını 25 gün ərzində ödəməmiş, bundan başqa borclu Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3678 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X3 olan 900,00 manat ailment borcunu üzrüsüz səbəbdən ödəməmişdir. Borclu icra idarəsinə dəvət olunaraq ona hər iki iş üzrə icraata başlma haqqında qərar və bildiriş təqdim olunmuş, lakin borclu bu günədək icra sənədini üzürsüz səbəbdən icra etməmiş və məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Borclu muxtəlif vaxtlarda alimentlə bağlı hissə-hissə ödənişləri həyata keçirmiş və bu gün, yəni xx.xx.2022-ci il tarixdə 250,00 manat aliment ödənişi etmişdir. Hal-hazırda təlabkara 900,00 manat alimen borc vardır. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi 16 dekbar 2022-ci il tarixdə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə o, İXM-nin 535.1-ci maddəsi ilə 200,00 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Ona verilən vaxt ərzində 200 manat cəriməni tam şəkildə ödəmiş və digər protokol üzrə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3678 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan 900,00 manat aliment borcu tutularaq icra sənədi üzrə tələbkar X3 ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə ona verilən vaxt ərzində aliment borcundan 200,00 manat ödəmiş və qalıq aliment borcunu da ödəyəcəkdir, 2-ci qrup əlildir, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib edmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolları və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1 və 529.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə aliment ödənişi ilə bağlı 250,00 manat, xx.xx.2022-ci il tarixdə 200,00 manat icra sənədi üzrə tələbkar X2 bank hesabına və İXM-nin 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair protokol üzrə qeyd olunmuş 200,00 manatı X1 ödəmişdir. Məhkəmə araşdırması zamanı Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi təsdiq olunmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş qəbzin surətindən müəyyən olunur ki, icra sənədində göstərilən məbləğdən tələbkarın bank hesabına xx.xx.2022-ci il tarixdə 250,00 manat və bundan başqa məhkəmə iclasında ona verilən müddət ərzində qalıq aliment borcundan 200,00 manat məbləğində pul tələbkara ödənilmişdir. Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məhkəmə baxışında təsdiqini tapmamışdır. Bundan başqa Şəxs İXM-nin 529.2-ci maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və o, məhkəmə qərar qəbul edənədək ona təyin olunmuş inzibati cəriməni tam olaraq ödəmişdir. Beləliklə, Şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə cərimə məhkəmə qərarı qəbul edilənədək ödənildiyinə görə, o, inzibati məsuliyyətdən azad olunmalıdır. İXM-nin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin və inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3065/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3065/2022
16.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver