Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3065/2025 21.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3cü polis Bölməsinin polis sahə rəisi X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi X1 Aidə Kazım qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. İnzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 2/24, mənzil 54-də qardaşı qızı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi X3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs, X7, Zərərçəkmiş şəxs və X6 barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında icraat aparılması üçün qərarın surəti 3-cü PB-yə göndərilmişdir. Bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 2/24, mənzil 54-də qardaşı qızı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Bununla bağlı olaraq onun tərəfindən inzibati xəta haqqında 21 dekbar 2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Bundan başqa bildirmişdir ki, xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan şikayətə məhkəmədə baxılmış, E.Cəfərovanın şikayəti təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, zərər çəkmiş şəxsi vurmamışdır. Zərərçəkmiş şəxs və anası onun üzərinə hücum çəkmişlər. Bu zaman o belindən zədə almışdır. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs kimi iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə məhkəmə iclasından çıxaraq evə qayıtmışlar. Evə çatdıqdan təxminən yarım saat sonra bibisi qızı Solmaz tanımadığı bir kişi ilə onun evinin qapısını döyərək evə daxil olmuşlar. O, gələn kişinin kim olduğunu soruşduqda bələdiyyənin nümayəndəsi olduğunu, evi ölçmək üçün gətirdiyini bildirmişdir. Bundan sonra onların arasında mübahisə baş vermişdir. Solmaz və Aidə onu vurmuş, qarnına yumruq və təpiklə zərbələr endirmişdirlər. Qeyd edir ki, bundan sonra onlar onun anasına da hücum etmişdir. O, isə özünümdafiə üçün bu barədə görüntüləri telefonu ilə videoya çəkmişdir. Onlardan şikayət etmək üçün məhkəməyə getmək istəsə də, anasının vəziyyəti pisləşmiş və təcili tibbi yardıma müraciət etmişlər. Göstərilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında 21 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 2/24, mənzil 54-də qardaşı qızı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs, X7, Zərərçəkmiş şəxs və X6 barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında icraat aparılması üçün qərarın surəti Sumqayıt ŞPİ-nin 3-cü PB-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs qızının ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində ünvan 2 ünvanında bibiləri Aidə və Kəmalə anası Elnarəni və onu döyərək bədən xəsarətləri yetirmişlər. Konkret olaraq Kəmalə təpiklə qarın nahiyəsinə, Aidə isə saçından yolaraq sillə ilə sol qulaq nahiyəsindən vurmuşdur. O, Kəmalə və Aidə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1258 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol bazunun qançırları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən əllə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi teyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirməsi inkar olunur. İnzibati xəta haqqında iş üzrə dayandırılmış icraatın təzələnməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında dayandırılmış icraat təzələnmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərər çəkmiş şəxsin izahatları, ekspert rəyi və işdə olan digər sənədlər ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatına münasibətdə isə onu qeyd edir ki, şəxsin izahatını təsdiq edəcək sübutlar mövcud olmadığından onun izahatını müdafiə xarakterli qiymətləndirmək olar. Proses iştirakçıları məhkəməyə sübutlar təqdim etməkdə sərbəstdir. Məhkəmə, proses iştirakçılarının təqdim etdiyi sübutlar əsasında öz daxili inamına əsasən qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.3-cü maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.3-cü maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3065/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3065/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver