Məhkəmə qərarları › İş №3(060)-3071/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3071/2021

13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3071/2021 13.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9, X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarından müəyyən olunur ki, 15.08.2021-ci il tarixdə saat 22:30 radələrində 14-cü məhəllə 6/19 nömrəli binanın qarşısında X8 və 21.05.2010-cu il təvəllüdlü qızı X4 döyərək xəsarət yetirmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. X2 məhkəmə iclasında bildirdi ki, hazırda yaşadığı ünvan rəsmi sənədlər ilə X11 məxsusdur, lakin həmin evə görə ona 24.000 manat pul ödəmişdir, Vidadi bununla bağlı olaraq heç bir sənəd verməmişdir. O, bu barədə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və bununla bağlı olaraq qətnamə qəbul edilmişdir. hüquqlarını müdafiə edən vəkil ondan Vidadininavtomobilinin şəklini çəkməyini istəmiş, bu məqsədlə 15.08.2021-ci il tarixdə təxminən saat 22:30 radələrində Sumqayıt şəhəri 14-cü məhəllə 6/19 saylı yaşayış binasının qarşısına getmiş, Vidadinin avtomobilini çəkən zaman həyat yoldaşı Gültəkin eyvandan onu söyməyə başlamışdır. Daha sonra binanın həyətinə enmiş, onun üzərinə hücum çəkərək onu əl zərbələri ilə döymüş, həmin vaxt yanında olan azyaşlı qızı fatimə söhbətə müdaxilə etmək istəmiş, Vidadi də təpiklə onun ayaq nahiyəsinə vurmuşdur. Aralarındakı münaqişə təxminən 4-5 dəqiqə davam etmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material geri qaytarılmalıdır. Belə ki, İXM-nin 61.1.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur. Ancaq həmin maddənin tələbləri pozulmuş və zərərçəkmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar”-ın nəticə hissəsində Şəxs tərəfindən yalnız X6 döyülərək sağlamlığa zərərvurmayan xəsarətlər yetirilməsi qeyd olunmasına baxmayaraq, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 13.09.2021-ci il tarixli MN ******* №-li protokolda Şəxs tərəfindən X6 və X3 döyülərək xəsarətlər yetirilməsi qeyd olunmuşdur. Ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinə geri qaytarılmalıdır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmə məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, daxil olmuş materiallar natamamdır. Protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuşdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 12 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinə geri qaytarılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9 göstərdiyi 02 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar