Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3077/2021 08.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X3 iştirakları ilə, Azərbaycan Respublikası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tərtib etdiyi Şəxs MMC barəsində 28.07.2021-ci il tarixli, MN № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC barəsində 28.07.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, ünvan 1 ünvanındakı obyektdə 28.07.2021-ci il tarixdə 2 ədəd avadanlığın uyğunluq sertifikatı olmadığı, metal tullantıların uyğunluq sertifikatının olmadığı, radiasiya müayinəsi məqsədilə istifadə olunan 2 ədəd və digər ölçmə vasitələri olan 3 ədəd tərəzini tipinin təsdiq edilməsi haqqında sertifikatının olmadığı və istehsalda istifadə olunan xammalın sertifikatının olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2 ifadəsində göstərdi ki, polad boru zavodunun əsas fəaliyyəti xarici ölkədən idxal olunn rulon şəklində olan metal xammaldan boruların hazırlanmasıdır. Texniki avadanlıqlar zavodunun isə əsas fəaliyyəti xarici ölkədən idxal olunan metal xammaldan və metal tullantılardan su təchizatı üçün siyirtmələrin, kommunal məqsədlər üçün yerüstü qutuların, quyu qapaqlarının, yağış suyu barmaqlaılqlarının, yeraltı yanğın hidratlarının, hava klapanlarının və su təchizatı üçün aksessuarların istehsal olunmasıdır. Müəssisə təhlükə potensiallı obyekt kimi dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Aparılan yoxlama zamanı aşkar olunan 2 ədəd avadanlığın uyğunluq sertifikatının olmadığı aşkar olunmuşdur. Həmçinin yoxlama zamanı 17 ədəd qurğular aşkar olunmuşdur. Həmin qurğulara məxsus sertifikatların surətləri akta əlavə olunmuşdur. Beləliklə də “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Aşkar olunan metal tullantıların uyğunluq sertifikatının olmadığı aşkar olunmuşdur. Beləliklə də “İstehsalat və Məişət Tullantıları” haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbinin pozulduğu müəyyən olunmuşdur. Aparılan yoxlama zamanı müəssisədə metal tullantıların radiasiya müayinəsi məqsədi ilə ölçmələri aparan sahibkarlıq subyektinin laboratoriyasının olduğu aşkar olunmuşdur. Laboratoriyanın akkreditasiya attestatının surəti akta əlavə olunur. Aparılan yoxlama zamanı metal tullantıların radiasiya müayinəsi məqsədi ilə istifadə olunan 2 ədəd ölçmə vasitələri və digər ölçmə vasitələri olan 3 ədəd tərəzi aşkar olunmuşdur. Həmin ölçmə vasitələrinin 2 ədəd sertifikatının surəti və digər ölçmə vasitələri olan 3 ədəd tərəzinin şəhadətnaməsinin surəti akta əlavə olunmuşdur. Aparılan yoxlama zamanı müəssisədə aşkar olunmuş metal tullantıların radiasiyası müayinəsiu məqsədi ilə istifadə olunan 2 ədəd ölçmə vasitəsinin və 3 ədəd digər ölçmə vasitəsi olan tərəzilərin tipinin təsdiq edilməsi haqqında sertifikatının olmadığı aşkar olunmuşdur. Bununla da “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü bəndinin tələbinin pozulduğğu müəyyən olunmuşdur. Aparılan yoxlama zamanı istehsalda istifadə olunan xammalın uyğunluq sertifikatının olmadığı müəyyən olunmuşdur. Bununla da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci bəndinin tələbinin pozulduğu müəyyən olunmuşdur. Aparılan yoxlama zamanı satılan metal məmulatların uyğunluq sertifikatlarının olduğu müəyyən olunmuşdur. Həmin uyğunluq sertifikatlarının surətləri akta əlavə olunmuşdur. Bütün bunların nəzərə alınaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X7 bildirdi ki, nümayəndəsi olduğu hüquqi şəxs heç bir qayda pozuntusuna yol verməmişdir. Araşdırma düzgün aparılmamış və nəticəsi də düzgün deyildir. Tərtib olunmuş sənədlərdə ciddi qanun pozuntuları var. Protokol düzgün tərtib edilməmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə hüquq və vəzifələri izah edilməmişdir. İnzibati xətaların Şəxs MMC-nin hansı zavodunda törədildiyi məlum deyildir. Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə materialların natamamlığı səbəbindən materiallar geri qaytarılsa da nöqsanlar aradan qaldırılmadan yenidən eyni materiallar məhkəmərə verilmişdir. Protokolda məhz hansı avadanlıqların və ölçmə cihazlarının uyğunluq sertifikatlarının olmaması, həmin avadanlıqların və ölçmə cihazlarının markası, pasport məlumatları, istehsal edildiyi ölkə ilə bağlı məlumatlar dəqiq göstərilməli olduğu halda göstərilməmişdir. Avadanlıqlara və ölçmə cihazlarına uyğunluq sertifikatlarının alınmalı oması da onlar haqqında məlumatın olmaması səbəbindən məlum deyildir. Xammalla bağlı protokolda göstərilənlər də eyni qaydada qeyri-müəyyəndir, həqiqəti əks etdirmir. Yoxlayıcı orqan həmin avadanlıqların və ölçmə cihazlarının markası və növü barədə heç bir məlumat verə bilmir, MMC-də hansı avadanlıqlara və ölçmə cihazlarına uyğunluq sertifikatlarının alınması tələb edilirsə alınmışdır. Amma bu bütün avadanlıqlara və ölçmə cihazlarına şamil edilə bilməz. Şəxs MMC-nin hansısa avadanlıqlarının və ölçmə cihazlarının uyğunluq sertifikatları olmasaydı, onun fəaliyyət göstərməsinə icazə verilməzdi. Hesab edir ki, protokol qərəzli olaraq, qanun pozuntusu ilə tərtib edilmişdir, göstərilənlər həqiqəti əks etdirmir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, Şəxs MMCdə keçirilən yoxlamada və yoxlama aktının tərtib edilməsində iştirak etmişdir. Yoxlama konkret suallar əsasında MMC-nin nümayəndəsinin iştirakı ilə aparılmışdır. MMC-nin metal konstruksiyalarla bağlı iki istehsal sahəsində konkret suallar əsasında yoxlama keçirilmişdir. Aktda qeyd edildiyi kimi, polad boru zavodunun əsas fəaliyyəti xarici ölkədən idxal olunn rulon şəklində olan metal xammaldan boruların hazırlanmasıdır. Texniki avadanlıqlar zavodunun isə əsas fəaliyyəti xarici ölkədən idxal olunan metal xammaldan və metal tullantılardan su təchizatı üçün siyirtmələrin, kommunal məqsədlər üçün yerüstü qutuların, quyu qapaqlarının, yağış suyu barmaqlaılqlarının, yeraltı yanğın hidratlarının, hava klapanlarının və su təchizatı üçün aksessuarların istehsal olunmasıdır. Müəssisə təhlükə potensiallı obyekt kimi dövlət reyestrindən qeydiyyatdan keçmişdir. 989-cu yoxlama sualı ilə bağlı aparılan yoxlama zamanı aşkar olunan 2 ədəd avadanlığın uyğunluq sertifikatının olmadığı aşkar olunmuşdur. Həmçinin yoxlama zamanı 17 ədəd qurğular aşkar olunmuşdur. Həmin qurğulara məxsus sertifikatların surətləri akta əlavə olunmuşdur. Beləliklə də “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. 990-cı sualla bağlı aşkar olunan metal tullantıların uyğunluq sertifikatının olmadığı aşkar olunmuşdur. Beləliklə də “İstehsalat və Məişət Tullantıları” haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbinin pozulduğu müəyyən olunmuşdur. 994-cü sualla bağlı aparılan yoxlama zamanı istehsalda istifadə olunan xammalın uyğunluq sertifikatının olmadığı müəyyən olunmuşdur. Bununla da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci bəndinin tələbinin pozulduğu müəyyən olunmuşdur. Həmin uyğunluq sertifikatlarının surətləri akta əlavə olunmuşdur. Ümumiyyətlə, istifadə olunan avadanlıqların və ölçmə cihazlarının markası, pasport məlumatları, istehsal edildiyi ölkə ilə bağlı məlumatlar yoxlamanın predmeti olmamışdır və ola bilməz, onlar yalnız istifadə edilən avadanlıqların və ölçmə cihazlarının uyğunluq sertifikatlarının olub-olmaması ilə bağlı konkret suallar üzrə yoxlama keçirmiş, həmin suallar üzrə aşkar edilmiş nöqsanları qeyd etmişlər. Müəssisənin nümayəndəsi yoxlamada iştirak etmişdir. Hansı avadanlıqların və ölçmə cihazlarının uyğunluq sertifikatları təqdim edilmişsə onu qeyd etmişlər, amma aktda göstərilənlərlə bağlı sənəd tələb edilsə də verilməmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, Şəxs MMCdə keçirilən yoxlamada və yoxlama aktının tərtib edilməsində iştirak etmişdir. Yoxlama konkret suallar əsasında MMC-nin nümayəndəsinin iştirakı ilə aparılmışdır. O, ixtisasına uyğun olaraq 993-cü sualla bağlı yoxlama aparmış və bununla bağlı aparılan yoxlama zamanı müəssisədə metal tullantıların radiasiya müayinəsi məqsədi ilə ölçmələri aparan sahibkarlıq subyektinin laboratoriyasının olduğu aşkar olunmuşdur. Laboratoriyanın akkreditasiya attestatının surəti akta əlavə olunur. 993-cü sualla bağlı aparılan yoxlama zamanı metal tullantıların radiasiya müayinəsi məqsədi ilə istifadə olunan 2 ədəd ölçmə vasitələri və digər ölçmə vasitələri olan 3 ədəd tərəzi aşkar olunmuşdur. Həmin ölçmə vasitələrinin 2 ədəd sertifikatının surəti və digər ölçmə vasitələri olan 3 ədəd tərəzinin şəhadətnaməsinin surəti akta əlavə olunmuşdur. Ancaq aparılan yoxlama zamanı müəssisədə aşkar olunmuş metal tullantıların radiasiyası müayinəsi məqsədi ilə istifadə olunan 2 ədəd ölçmə vasitəsinin və 3 ədəd digər ölçmə vasitəsi olan tərəzilərin tipinin təsdiq edilməsi haqqında sertifikatının olmadığı aşkar olunmuşdur. Bununla da “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü bəndinin tələbinin pozulduğğu müəyyən olunmuşdur. Həmin ölçmə cihazları müəssisədə uyğunluq sertifikatı olmadan işlədilir. İş materiallarında olan 000039 saylı 28.07.2021-ci il tarixli yoxlama aktından görünür ki, polad boru zavodunun əsas fəaliyyəti xarici ölkədən idxal olunn rulon şəklində olan metal xammaldan boruların hazırlanmasıdır. Texniki avadanlıqlar zavodunun isə əsas fəaliyyəti xarici ölkədən idxal olunan metal xammaldan və metal tullantılardan su təchizatı üçün siyirtmələrin, kommunal məqsədlər üçün yerüstü qutuların, quyu qapaqlarının, yağış suyu barmaqlaılqlarının, yeraltı yanğın hidratlarının, hava klapanlarının və su təchizatı üçün aksessuarların istehsal olunmasıdır. Müəssisə təhlükə potensiallı obyekt kimi dövlət reyestrindən qeydiyyatdan keçmişdir. 989 saylı suala əsasən aparılan yoxlama zamanı aşkar olunan 2 ədəd avadanlığın uyğunluq sertifikatının olmadığı aşkar olunmuşdur. Həmçinin yoxlama zamanı 17 ədəd qurğular aşkar olunmuşdur. Həmin qurğulara məxsus sertifikatların surətləri akta əlavə olunmuşdur. Beləliklə də “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. 990 saylı suala əsasən aşkar olunan metal tullantıların uyğunluq sertifikatının olmadığı aşkar olunmuşdur. Beləliklə də “İstehsalat və Məişət Tullantıları” haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbinin pozulduğu müəyyən olunmuşdur. 991 saylı sualla bağlı aparılan yoxlama zamanı müəssisədə metal tullantıların radiasiya müayinəsi məqsədi ilə ölçmələri aparan sahibkarlıq subyektinin laboratoriyasının olduğu aşkar olunmuşdur. Laboratoriyanın akkreditasiya attestatının surəti akta əlavə olunur. 992 saylı sualla bağlı aparılan yoxlama zamanı metal tullantıların radiasiya müayinəsi məqsədi ilə istifadə olunan 2 ədəd ölçmə vasitələri və digər ölçmə vasitələri olan 3 ədəd tərəzi aşkar olunmuşdur. Həmin ölçmə vasitələrinin 2 ədəd sertifikatının surəti və digər ölçmə vasitələri olan 3 ədəd tərəzinin şəhadətnaməsinin surəti akta əlavə olunmuşdur. 993 saylı sualla bağlı aparılan yoxlama zamanı müəssisədə aşkar olunmuş metal tullantıların radiasiyası müayinəsiu məqsədi ilə istifadə olunan 2 ədəd ölçmə vasitəsinin və 3 ədəd digər ölçmə vasitəsi olan tərəzilərin tipinin təsdiq edilməsi haqqında sertifikatının olmadığı aşkar olunmuşdur. Bununla da “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü bəndinin tələbinin pozulduğğu müəyyən olunmuşdur. 994 saylı sualla bağlı aparılan yoxlama zamanı istehsalda istifadə olunan xammalın uyğunluq sertifikatının olmadığı müəyyən olunmuşdur. Bununla da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci bəndinin tələbinin pozulduğu müəyyən olunmuşdur. 995 saylı sualla bağlı aparılan yoxlama zamanı satılan metal məmulatların uyğunluq sertifikatlarının olduğu müəyyən olunmuşdur. Həmin uyğunluq sertifikatlarının surətləri akta əlavə olunmuşdur. İş materiallarından görünür ki, Şəxs MMC ********** saylı VÖEN-lə 20.02.2012-ci il tarixdə qeydiyyat alınmışdır. İş materiallarından görünür ki, Şəxs MMC-də yoxlama aparılması barədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların bahid məlumat reyestrindən çıxarış” alınmışdır. İş materiallarından görünür ki, aparılacaq yoxlama suallarının siyahısı təsdiq edilmişdir və reyestrdə olan sıra nömrəsi ilə bunlar 989, 990, 991, 992, 993, 994, 995 nömrəli suallardır. İş materiallarında olan 000039 saylı 28.07.2021-ci il tarixli yoxlama aktından görünür ki, yoxlama nəticəsində 989, 990, 993 və 994 nömrəli suallar üzrə nöqsanlar aşkar edilmiş və buna görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və araşdırılan digər sübutlarla təsdiq edilir. Şəxs MMC-nin nümayəndəsi prosessual məsələləri qabartmaqla inzibati xəta törədilməməsi barədə rəy yaratmağa çalışır. Amma kifayət qədər vaxt olmasına baxmayaraq inzibati xəta haqqında protokolda və yoxlama aktında göstərilən avadanlıqların, ölçmə cihazlarının və xammalın sertifikatlarını məhkəməyə də təqdim etməmişdir. Şəxs MMC-nin istehsalda istifadə etdiyi, uyğunluq sertifikatları olmayan avadanlıqların və ölçmə cihazlarının hansı adda, hansı markada, hansı pasport məlumatlarına məxsus olmasını sübut etmək vəzifəsi yoxlayıcıya aid edilə bilməz. Yoxlayıcıya uyğunluq sertifikatları təqdim edilməmişdir. Uyğunluq sertifikatı olmayan avadanlıqlar və ölçmə cihazları isə hələ də müəssisədə fəaliyyətdədir. Müəssisə işləyir, xammaldan və metal tullantılardan istifadə edərək məhsul istifadə edir, amma xammalın və istifadə etdiyi tullantıların sertifikatlarını təqdim etmir. İnzibati xəta haqqında protokol da, əsas etibarı ilə, düzgün tərtib edilmişdir, Şəxs MMC-nin nümayəndəsi protokolu imzalamaqdan imtina etmiş, bu barədə protokolda qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokolun tərtib edilməsində hansısa qüsura yol verilməsinin iş üzrə icraata xitam verilməsinə əsas olması barədə heç bir müddəa yoxdur. İşə məhkəmədə baxılarkən proses iştirakçılarının hüquqlarını həyata keçirmələri üçün şərait yaradılmış, hər hansı natamamlıq qalmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 maddəsinə görə məcburi sertifikatlaşdırlımalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatdək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsinə görə ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. . Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-yə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: ünvan 1 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 5000 (beş min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-3077/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3077/2021
08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver