Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3078/2025 08.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Azərbaycan Respublikası DİN Baş X4i İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30733578 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, onun barəsində qəbul edilmiş EQ30733578 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, etibarnamə əsasında idarə etdiyi Hyundai County avtobus markalı, ** BP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə tələbə servizi ilə məşğuldur, vergi ödəyicisidir. O, xx.xx.2025-ci il tarixdə, saat 11:59 radələrində idarə etdiyi qeyd etdiyi sərnişin avtobusu ilə Azadlıq prospektində avtobus xəttində olarkən Təhlükəsiz Şəhər Kamerası onu radara salmış və bunun nəticəsində ona AR İXM-nin 327.1-1-ci maddəsinə əsasən 100 manat cərimə və 2 cərimə balı yazılmışdır. Halbuki, həmin vaxt bütün nəqliyyat vasitələrinə həmin ərazidə hərəkətə icazə verilmiş, orada avtomobillər hərəkətdə olmuşdur. Qeyd olunanlara əsasən barəsində tərtib olunmuş elektron qərarı əsassız hesab edir: Əvvəla, həmin ərəfədə Bakı şəhərində Formula-1 tədbirinin keçirilməsi ilə əlaqədar şəhərdə bir sıra küçə və yollarda hərəkət məhdudlaşdırılmış və bununla bağlı kütləvi informasiya vasitələrində əhaliyə və sürücülərə alternativ yollardan istifadə etmələri məsləhət görülmüşdür. O, da həmin alternativ yollardan istifadə etmişdir. O, bununla əlaqədar 4 dəfə ayrı-ayrı vaxtlarda DİNnin 102 xidmətinə zəng vurmuş və hər dəfə ona müraciətinin yönləndirildiyi bildirilmişdir. Həmçinin o, E-polis xidmətinə də müraciət etmiş, həttda bu müddət ərzində Bakı şəhər X4 idarəsinin 505-ci otağına getmiş, orada ona ərizə yazdırmışlar. Lakin heç birinin nəticəsi olmamışdır. Bu müddət ərzində də cərimənin məbləği artır. Həmçinin oktyabr ayında 2 dəfə ərizə ilə cənab nazirə müraciət etmiş, xeyiri olmamışdır. AR DİN Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3- 13-51/2- 59104/2025 saylı cavabdan görünür ki, guya həmin elektron qərarlar qanunvericiliyin tələblərinə uyğun olduğu üçün və müraciətlərində göstərdiyi xüsusatlar təsdiqini tapmamışdır, ona görə də elektron qərarların ləğvi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. Ona görə o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilən faktlarda isə konkret olaraq hansı qayda pozuntusunun olması, bu pozuntunu nədən ibarət olması qeyd olunmur və həmçinin də şübhəlidir. Ona görə bu elektron qərarlar əsassız olduğundan ləğv olunmalıdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şikayət vermiş şəxs və Azərbaycan Respublikası DİN Baş X4i İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, AR DİN-in Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30733578 nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünməsə belə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 5.10.3-cü maddəsinə əsasən 5.9 ümumi istifadə üçün bütün nəqliyyat vasitəsinin axınına qarşı ümumi istifadədə olan nəqliyyat vasitəsinin hərəkəti üçün xüsusi olaraq təyin edilmiş hərəkət zolağı olan yolda onun idarə etdiyi ** BP *** dövlət qeydiyyat nişanlı avtobusla sərnişin fəaliyyəti ilə məşğul olduğunu qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 öz şikayət ərizəsində inzibati xətanın onun tərəfindən törədilib-törədilməməsini sübut edəcək hər hansı bir əsasın olmadığını və avtmobilin dövlət qeydiyyat nişanının aydın görünmədiyi halda onun barəsində əsassız protokol tərtib olunduğunu irəli sürmüşdür. Halbuki təqdim edilmiş materiallardan müəyyən edilmişdir ki, X2 xx.xx.2025-ci il tarixdə saat 19:41 radələrində Bakı şəhəri, Azadlıq prospektində “Hyundai County” avtobus markalı, 50BP563 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə qoyulmuş məhdudiyyətə baxmayaraq həmin zolağa daxil olaraq yol hərəkəti qaydalarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, X2 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. nzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində AR DİN-in Bakı Şəhər X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30733578 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 AR DİN-in Bakı Şəhər X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30733578 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-3078/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3078/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver