Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3079/2025 08.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Sumqayıt şəhər DYPŞ-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP7631149 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, onun barəsində qanunsuz olaraq tərtib edilən TP7631149 saylı (qərarlı) protokolun ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, İXP - ******* saylı xx.xx.2025 - ci il tarixli inzibatı tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsi 327.1 -ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərmə olunmuşdur. Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsi 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəninin işarələrinin tələblərinə riayət edilməməsinə yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətdə hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydaların pozulmasına, səkilərə və yol hərəkəti haqqında “ Azərbaycan Respublilkasının Qanunu ilə nəzərdə tutulmamış yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərmə edilir. Ona bu inzibatı xəta haqqında qərar, Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsi 327.1-ci maddəsində qeyd olunmuş ara məsafəsi bəndi təyin olunaraq qəbul olunmuşdur. Qeyd etmək istəyir ki, xx.xx.2025-ci il tarixində idarə etdiyi Kia Sorento markalı ** DZ *** dövlə qeydiyyat nişanlı vasitə ilə Bakı Quba yolunun 33-cü kilometrində hərəkətdə olarkən, Bakı istiqamətindən Quba istiqamətinə doğru hərəkət edən nəqliyyat vasitələrinə yolun tələbinə uyğun olaraq yol verdikdən sonra hərəkətinə davam etmək istədiyi zaman Hyundai markalı ** ME *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düz xəttin tələbini pozaraq təxminən saat 14:10 radələrində qəza hadisəsinin baş verməsinə səbəb olmuşdur. Qəza Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsi 327.1 və 327.2 ci-ci maddələrinin qarşı nəticəsində baş vermişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 eyni məzmunlu izahat verərək şikayətin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər DYPŞ-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP7631149 saylı “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* saylı qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə- qırx manat məbləğində cərimə edilir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Sumqayıt şəhər DYPŞ-nin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasına çağrılsa da Sumqayıt şəhər DYPŞnin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X1 şikayətində görstərilən halların mövcud olubolmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Sumqayıt şəhər DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər DYPŞ-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP7631149 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Sumqayıt şəhər X6 Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-3079/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3079/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver