Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3081/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 23 avqust 2021-ci il tarixli, № 00700/0165 saylı qərarından verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 23 avqust 2021-ci il tarixli, № 00700/0165 saylı qərarından şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırıldı ki, X3, 2016-cı ilin sonlarından başlayaraq həm Avropaya miqrasiya etmiş həmvətənlərimizə Azərbaycandan göndərilən, həm də xaricdəki həmvətənlərimizin Azərbaycanda yaşayan qohumlarına göndərdikləri əl yüklərinin respublikamıza gətirilməsi fəaliyyəti ilə məşğul olur. Buna görə də 25.04.2017-ci il tarixdə ********** nömrəli VÖEN açdıraraq fərdi sahibkar kimi qeydiyyata düşmüşdür. Göndərilən yükləri həm apararkən, həm də gətirərkən özü şəxsən yoxlayaraq qəbul edir və çatdırır. Ümumdünya pandemiya səbəbindən daha Almaniyaya gedə bilmir. Belə olan halda Almaniyadan Azərbaycana yük gətirilməsi fəaliyyətini davam etdirmək üçün Almaniyada olan azərbaycanlı tanışlarından xahiş edib ki, yükləri toplayıb Azərbaycana göndərsinlər. Qeyd olunan yükləri 21.04.2021-ci il tarixdə **********23681 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edib. Daha sonra 26.04.2021-ci il tarixdə qeyd olunan yükə Xocəsən gömrük postunda baxış keçirildi və gömrük orqanına bəyan olunmayan müxtəlif markalı dərman vasitələri, bioloji fəallığa malik qida əlavələri, tibbi maskalar, tibbi ləvazimatlar, bir ədəd inhalasiya etmək üçün cihaz, 2 ədəd elektron termometr və dörd ədəd təzyiq ölçmək üçün cihaz aşkar edilərək protokollaşdırıldı. Bu dəfə Almaniyada olmadığı üçün özü malları şəxsən qəbul etməmişdir. Ona görə də yüklərin arasında dərman vasitələrinin olması barədə məlumatı olmayıb. Həmin yüklər isə ayrı-ayrı vətəndaşlara məxsusdur. Qeyd olunan işlə bağlı Sumqayıt Baş Gömrük İdarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə İnzibati tənbeh vermə haqqında Qərar tərtib edilmiş, 2334,25 (iki min üç yüz otuz dörd manat 25 qəpik) AZN cərimə tətbiq olunmuşdur. Gömrük orqanında verdiyi izahatda da qeyd etdiyi kimi həmin yüklər, eyni zamanda dərman vasitələri ona məxsus deyil, sadəcə ona verilən yükləri daşımaqla məşğul olur. Barəsində Sumqayıt Baş Gömrük İdarəsinin 23.08.2021-ci il tarixli 00700/0165 saylı İnzibati tənbeh vermə haqqında Qərarı 13.09.2021-ci il tarixdə poçt vasitəsilə ona çatdırılmışdır. AR DGK Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 23.08.2021-ci il tarixli 00700/0165 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi və X3 müvafiq olaraq gəlməmişdir və məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinin 23 avqust 2021-ci il tarixli 00700/0165 saylı qərarından görünür ki, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olan X1 adına 16.04.2021-ci il tarixdə Bolqarıstan Respublikasında qeydiyyatda olan “Şatori” LTD şirkətindən 99EL232/99ZA735 nömrəli yük nəqliyyat vasitəsinin üzərində daşınan 2006-cı il buraxılışlı, WDB9066351S284229 Ban nömrəli, “X2 yük” markalı MM039TR21 nömrə nişanlı nəqliyyat vasitəsində ümumi gömrük dəyəri 19720 manat, 1633.8 kq çəkisində olan qarışıq mallar daxil olmuşdur. Qeyd olunan yük 21.04.2021-ci il tarixdə idxalatçı tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində **********3681 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. 27.04.2021-ci İİ tarixdə **********3681 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallara Xocasən Gömrük Postunda DGK Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin əməkdaşları ilə birgə baxış keçirilmişdir. Ümumilikdə 260 qutu, 20 konvalyutdərman vasitələri, bioloji fəallığa malik qida əlavələri, tibbi ləvazimatlar; 159 ədəd tibbi maska, 4 ədəd elektron təzyiq ölçmək üçün cihaz, 1 ədəd inhalasiya etmək üçün cihaz, 2 ədəd elektron termometr aşkar edilərək protokollaşdırılmışdır. Beləliklə də, X3 ümumi dəyəri 4668,50 manat təşkil edən malları bəyan etməmiş, bununla da Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 50(əlli) faizi məbləğində (4668,50 manat x 50%), yəni 2334,25 (iki min üç yüz otuz dörd manat, 25 qəpik) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət rədd edilməlidir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 23 avqust 2021-ci il tarixli, № 00700/0165 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərarların ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 23 avqust 2021-ci il tarixli, № 00700/0165 saylı inzibati tənbeh vermə haqqında qərarlarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-3081/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3081/2021
23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver