Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3082/2021 30.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin 23 avqust 2021-ci il tarixli 00700/0167 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X3 şikayət ərizəsinə hazırlıq iclasında baxaraq müəyyən etdi: X4 şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin 23 avqust 2021-ci il tarixli 00700/0167 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3082/2021 saylı, 27.09.2021-ci il tarixli qərarı ilə X3 İXM-nin 482.1-ci maddəsi ilə tənbeh edilməsinə dair Sumqayıt Baş Gömrük İdarəsinin 23 avqust 2021-ci il tarixli 00700/0167 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3082/2021 saylı, 27.09.2021-ci il tarixli qərarından X4 tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-662/2021 saylı, 19.11.2021-ci il tarixli qərarı ilə X3 İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Sumqayıt Baş Gömrük İdarəsinin 23 avqust 2021-ci il tarixli, 00700/0167 saylı inzibati tənbeh vermə haqqında qərarı, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3082/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qərarı və 16 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilmişdir. İnzibati material onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılması üçün birinci instansiya məhkəməsinə, hazırlıq iclası mərhələsinə qaytarılmış və 28 dekabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İXM-nin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin hazırki işlə bağlı qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, hazırlıq iclası mərhələsindən hazırki inzibati material onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin X4 barəsində qəbul etdiyi 23 avqust 2021-ci il tarixli 00700/0167 saylı inzibati tənbeh vermə haqqında qərarının qəbul edilməsinə əsas olmuş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3082/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3082/2021
30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver