Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3083/2024 26.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 10 dekabr 2024-cü il tarixli, 00100-03384/24 nömrəli protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinə əsasən tərtib edilmiş 10 dekabr 2024-cü il tarixli, 00100-03384/24 nömrəli inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/031564 nömrəli raporta əsasən ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN:**********) tərəfindən **********3537 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2024-cü il tarixində bitməsinə baxmayaraq şirkət tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət xx.xx.2024-cü il tarixində daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli **********3537 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin ölkə ərazisinə geri qaytarma müddətinin son tarixi xx.xx.2024-cü il tarix müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN:**********) tərəfindən xx.xx.2024-cü il tarixli **********3537 sorğu nömrəli gömrük bəyannaməsi ilə “xaricdə emal” xüsusi gömrük prosedurunda bəyan olunan yüklərin ölkə ərazisindən geri gaytarılma müddətinin son tarixi xx.xx.2024-cü il tarix müəyyən edilsədə, adı qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən gömrük prosedurunun müddətinin uzadılmasına dair müraciət malların öhdəlik müddəti bitdikdən 13 (on üç) gün sonra, yəni xx.xx.2024-cü il tarixdə edilmişdir. Əlavə olaraq, xx.xx.2024-cü il tarixli **********3537 sorğu nömrəli gömrük bəyannaməsi ilə “xaricdə emal” xüsusi gömrük prosedurunda bəyan olunan yüklər ölkə ərazisinə geri gaytarılmış və təkrar idxal gömrük proseduru altında yerləşdirilərək **********1330 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin və protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, "xxxx" MMC (VÖEN:**********) tərəfindən **********3537 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2024-cü il tarixində bitməsinə baxmayaraq şirkət tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət xx.xx.2024-cü il tarixində daxil olmuşdur. MİS0001924 nömrəli xx.xx.2024-cü il tarixli invoys üzrə tekstil parçaların açılması, sarınması, qatlanması üçün maşınların hissəsi olan roller- sıxma silindri (S-roller, roller) yüklərinin təmirə ehtiyacı olduğu üçün Türkiyə Respublikasına göndərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət olunmuşdur. Həmin müraciətə əsasən tekstil parçaların açılması, sarınması, qatlanması üçün maşınların hissəsi olan roller-sıxma silindri yükünün xx.xx.2024-cü il tarixədək xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verilmiş, xx.xx.2024-cü il tarixdə **********3537 sorğumömrəli gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş və ixrac prosesi həyata keçirilmişdir, daha sonra həmin malların təmir edilməsində Türkiyə Respubliaksında qeydiyyatda olan “X2 Sanayi ve Ticaret Limited” şirkəti tərəfindən qaynaqlanan səbəblərə görə müəyyən gecikmələr olması barədə şifahi olaraq telefon vasitəsilə məlumat verilmiş, müddətin xx.xx.2024-cü il tarixdə bitdiyini bildikləri halda şirkətin işlərinin çox olması səbəbindən həmin müddətin uzadılması ilə bağlı xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edilmişdir, **********3537 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş tekstil parçaların açılması, sarınması, qatlanması üçün maşınların hissəsi olan roller-sıxma silindri (S-roller, roller) yükü artıq ölkə ərazisinə xx.xx.2024-cü il tarixdə qaytarılmışdır və həmin mallar xx.xx.2024-cü il tarixdə təkrar idxal gömrük prosedurun altında yerləşdirilərək **********1330 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuşdur. Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli **********3537 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin ölkə ərazisinə geri qaytarma müddətinin son tarixi xx.xx.2024-cü il tarix müəyyən edilmişdir. "xxxx" MMC (VÖEN:**********) tərəfindən xx.xx.2024-cü il tarixli **********3537 sorğu nömrəli gömrük bəyannaməsi ilə “xaricdə emal” xüsusi gömrük prosedurunda bəyan olunan yüklərin ölkə ərazisindən geri qaytarılma müddətinin son tarixi xx.xx.2024-cü il tarix müəyyən edilsə də, adı qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən gömrük prosedurunun müddətinin uzadılmasına dair müraciət malların öhdəlik müddəti bitdikdən 13 (on üç) gün sonra, yəni xx.xx.2024-cü il tarixdə edilmişdir. Əlavə olaraq, xx.xx.2024-cü il tarixli **********3537 sorğu nömrəli gömrük bəyannaməsi ilə “xaricdə emal” xüsusi gömrük prosedurunda bəyan olunan yüklər ölkə ərazisinə geri qaytarılmış və təkrar idxal gömrük proseduru altında yerləşdirilərək **********1330 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuşdur. Dövlət Vergi Xidmətinin rəsmi saytından kommersiya hüquqi şəxslərin reyestr məlumatlarında qeydə alınmış dəyişikliklərin çıxarışına əsasən müəyyən edilmişdir ki, Şəxs MMC əvvəllər "xxxx" MMC adı altında fəaliyyət göstərmiş və sonradan kommersiya qurumu adını dəyişmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 6-cı bəndinə əsasən 6.1. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. 6.2. Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər. 6.3. Bu Qaydaların 6.2-ci bəndində göstərilən müddətdə müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. 6.4. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılması ilə bağlı müraciətə gömrük orqanları tərəfindən 2 (iki) iş günü müddətində baxılır. 6.5. Gömrük orqanları bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş şərtlərə əməl olunmadığını aşkar etdiyi halda malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılmasından imtina barədə qərar qəbul edir. Qərar qəbul olunduqdan 1 (bir) iş günü müddətində prosedur sahibi bu barədə yazılı formada məlumatlandırılır. 6.6. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılması prosesi müvəqqəti idxal xüsusi gömrük proseduru üçün müəyyən edilmiş müddətin axımını dayandırmır. 6.7. Müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. 6.8. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildikdə və ya digər gömrük proseduru altında yerləşdirildikdə, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatmış hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 499.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC -nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 499.1.1 ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3083/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3083/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver